Zəhmətin bəxş etdiyi şöhrət

 

50 illik yubileyi ilə bağlı görkəmli ədəbiyyatşünas, istedadlı şairpublisist, gözəl pedaqoqmusiqişünas Vüqar Əhmədin şəxsiyyəti, elmi və bədii yaradıcılığı haqqında bir dost kimi söz demək mənim üçün nə qədər asan olsa da, etiraf etməliyəm ki, müəyyən çərçivədə bir o qədər də çətindir. Çünki prof. Vüqar Əhmədin yaradıcılıq spektri o qədər geniş və çoxşaxəlidir ki, onu xarakterizə etmək üçün təkcə ədəbiyyatşünas olmaq azdır, mənə elə gəlir ki, digər sahələri də bilmək gərəkdir. Sirr deyil ki, dostum Vüqar Əhməd bəzi həmkarlarından fərqli olaraq sözün həqiqi mənasında Azərbaycan cəmiyyətində geniş tanınan, sevilən və hörmət bəslənilən insandır. O, alim kiminüfuz qazanıb, nəğməkar şair kimi də qəlblərə yol tapıb, pedaqoq kimi də tələbələrin sevimlisinə çevrilib, musiqişünas kimiözünü təsdiqləyib və s. Hesab edirəm ki, çoxsahəli yaradıcılıq istiqamətlərində peşəkarlıq nümayiş etdirməyin kökündə iki vacib şərt dayanır: İSTEDAD və ZƏHMƏT. Əgər bunlar olmasa yaradıcı insan məqsədinə çata bilməz. Vüqar Əhmədin xoşbəxtliyi və uğurlarının səbəbi ondadır ki, ona allah tərəfindən istedad bəxş edilmişdir. Nəzərə alsaq ki, Vüqar Əhməd istedadı zəhmətdən güc alır, bu zaman onun uğurlarının səbəbi bizim üçün tam açıqlanar...

Bir ədəbiyyatşünas kimi prof. Vüqar Əhmədin elmimiz qarşısında xidmətləri olduqca böyük və əhəmiyyətlidir. Onun ədəbiyyatşünaslıq fəaliyyətinin istiqamətlərini  ümumi olaraq aşağıdakı şəkildə qruplaşdırmaq olar: Klassikmüasir Azərbaycan ədəbiyyatı tarixi (o cümlədən Cənubi Azərbaycan ədəbiyyatı), Azərbaycan uşaq ədəbiyyatı, Azərbaycan-rus ədəbi əlaqələri və ədəbiyyat nəzəriyyəsi istiqaməti. Göründüyü kimi dövrləşmə və problematika baxımından genişliyi ilə fərqlənən ədəbiyyatşünaslıq fəaliyyəti ilə prof. Vüqar Əhməd bu elmi sahələrin  inkişafında əhəmiyyətli rol oynamış və orijinal fikirlər söyləyə bilmişdir. Heç şübhəsiz o, bir tərəfdən XX əsrin əvvəlləri rus-Azərbaycan ədəbi əlaqələrinin tarixinə nəzər salır, bu kontekstdə uşaq ədəbiyyatı problemlərinə aydınlıq gətirir, digər tərəfdən Azərbaycan uşaq ədəbiyyatının tarixi-tipoloji inkişafının ümumi mənzərəsi haqqında geniş təsəvvür yaradır, başqa bir tərəfdən isə S.C.Pişəvərinin həyat və yaradıcılığı əsasında Cənubi Azərbaycan ədəbi-ictimai, ədəbi-bədii və ədəbi-tənqidinin mahiyyəti ilə əlaqədar nəzəri-estetik mühakimələrini ortaya qoya bilirs. Onun “M.C.Pişvəri: həyatı, mühiti və yaradıcılığı” adlı monoqrafiyası (1998) Cənubi Azərbaycanda gedən milli azadlıq və milli demokratik hərakatın ictimai-siyasi zəmində inkişaf prosesi ilə yanaşı, həm də milli demokratik mətbuatın və ədəbiyyatın inkişaf problemləri haqqında müfəssəl tədqiqat əsəri hesab edilə bilər. Prof.V.Əhmədin bədii və elmi yaradıcılığı olduqca zəngindir. Onlarla sanbalı monoqrafiya, dərslik, dərs vəsaiti, yüzlərlə məqalə, tezis, müsahibə, çoxsaylı bədii əsər müəllifi kimi tanınan Vüqar Əhməd bir alim, bir şair, bir vətəndaş olaraq nəyi yazıbsa ürəkdən yazıb, bütün yazdıqlarına şəxsi məsuliyyət möhürünü vura bilib. Bu səbəbdəndir ki, prof. Vüqar Əhmədin həm elmi, həm də bədii yaradıcılığı Azərbaycan sərhədlərini aşaraq əcnəbi ölkələrdə də maraq doğurmuş, çap olunmuşdur. Əsərlərinin İran, Türkiyə, Yunanıstan, Almaniya, Rusiyas. ölkələrdə çapı fikirlərimizi təsdiqləməyə kifayət edər. Şəxsən mən iki ölkədə - Türkiyə və İranda dostumun yaradıcılığına olan rəğbətin və məhəbbətin (həm də ehtiyacın) şahidi olmuşbundan qürur duymuşam. Əslində mən prof. V.Əhmədin yubileyi ilə əlaqədar təqdim etdiyim bu yazıda yuxarıda qeyd etdiyim kimi onun olduqca böyük elmi və bədii yaradıcılığı haqqında təhlil aparmaq fikrindən uzağam. Çünki yubiley yazısının öz prinsipləri var. Amma nə edəsən ki, prof.V.Əhməddən söz düşəndə onun alimşairliyi ön sırada dayanır və adamı istər-istəməz münasibətə cəlb edir. Bu da onun bir müəllif xoşbəxtliyidir. Amma Vüqar Əhmədin başqa bir keyfiyyəti (xoşbəxtliyi deyilsə daha yaxşı ifadə olar) heç kimdə şübhə doğura bilməz: Gözəl dost, təmənnasız dost, pis günün dostu, etibarlı dost...

Çünki o kim ilə dostdursa onun cibinə, vəzifəsinə və s. görə dostluq etmir. Onun dostluğu əqidəyə, mənəviyyata söykənir. Oxuyanlara məlum olsun ki, mən yuxarıda onun haqqında gözəl dost, təmənnasız dost, pis günün dostus. ifadələrini elə-belə söz xatirinə işlətməmişəm. 2005- ci ilin yanvar ayında taleyin ağır qisməti – böyük qardaşım Arazın vaxtsız vəfatı ilə üzləşəndə V.Əhməd mənə daha çox mənəvi dayaq oldu. Qardaşımın şərəfinə şeir yazdı, mahnı bəstələtdirdi, həmin mahnını gözəl müğənni, minnətdar olduğum Tacir Şahmalıoğlunun ifasında Teleteatrda lentə yazdırdı və dəfələrlə televiziya ekranlarda yayımlatdı. Mən burada mahnının bəstəkarı V.Əhmədin qardaşı Möhsün Əhmədin adını da minətdarlıqla qeyd etmək istəyirəm. Amma bu deyilənlərə onu da əlavə etmək istəyirəm ki, Vüqar Əhməd bunları təmənnasız etdi, dost borcu kimi dəyərləndirdi. Təşəkkürlərimi belə lazımsız hesab etdi.

Məni dostum Vüqarla bağlayan mənəvi tellər olduqca möhkəmdir. Bir detalı da burada oxuculara çatdırmağı lazım bilirəm. Vüqar Əhmədin ana sevgisi insanlıq üçün nümunə ola bilər. O, rəhmətlik anasının sağlığında da ana şərəfini uca tutdu, onun vəfatından sonra da... Görünür elə bu səbəbdən mən öz rəhmətlik anamın bir vəsiyyətini məhz Vüqar Əhmədin iştirakı ilə həyata keçirməyi vacib bildim. Rəhmətlik anamın oğluma bir hədiyyəsi var idi. Əhd etmişdi ki, onu məhz oğlumun toyunda ona təqdim etsin. Lakin əcəl bu əhdi anamın ürəyində qoydu... Mən anamın həmin hədiyyəsini sonralar oğlumun toyunda hansısa hissin hökmü ilə mahnı, şeir əməllərində insanların qəlbində ana məhəbbətinə abidə ucaldan gözəl dostum Vüqarla təqdim etməyə qərar verdim elə o şəkildə icra etdim.

Bu gün prof. Vüqar Əhməd ömrünün ən gözəl çağlarını yaşayır. 50 yaşda görkəmli ədəbiyyatşünas alim olmaq, istedadlı şair kimi tanınmaq, musiqi dünyasının ənginliklərinə baş vurmaq hər kəsə nəsib olmur. Elə bu yerdə dostumun gözəl ailə başçısı, gözəl ata, mehriban qohum, canyandıran qardaş olmasını qeyd etməsəm insafsız olaram.

Əziz qardaşım! Sənin haqqında fikirlərimi yazmağa mənim ürəyimdə bir dünya söz var. Güman edirəm ki, bu kiçikVüqarnamə”də bəzi mətləblərə toxuna bildim. Mən sənin 50 illik yaşını ürəkdən təbrik edir, sənə can sağlığı arzulayıram. Səni kökü dərin, budaqları göyə doğru şaxələnən, dibi kölgəli nəhəng palıd ağacına bənzədirəm. Bu kölgədə başqaları çox sərinlənir, nəinki sən özün...

Arzu edirəm ki, bu kölgənin yaratdığı sərinlikdə bundan sonra hər 10 ildən bir beş dəfə yubileyinə gəlmiş qonaqlarını qəbul edəsən, onların ürək sözlərini dinləyəsən...

 

 

Elman Quliyev,

Azərbaycan Dövlət Pedaqoji

Universiteti“Türk araşdırmaları

elmi-tədqiqat mərkəzinin müdiri,

filologiya elmləri doktoru, professor,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Üç nöqtə.-2013.-9 yanvar.-S.-8.