İKT sahəsi gündən-günə yeniləşir

 

Müxtəlif dövrlərdə bu sahənin inkişafına ayrı-ayrı şəxsiyyətlər böyük töhvə verib

 

Qədim zamanlarda insanlar məlumat ötürücüsü kimi yüksəkliklərdə tonqal yandırmaqla bir-birinə hər hansı bir hadisə barədə xəbər göndəriblər

 Qədim zamanlarda insanlar məlumat ötürücüsü kimi yüksəkliklərdə tonqal yandırmaqla bir-birinə hər hansı bir hadisə barədə xəbər göndəriblər. Eyni zamanda hər hansı bir vacib məlumatı əhaliyə çatdırmaq üçün təbil və ya şeypur vasitəsilə insanları bir yerə toplayıblar.

Daha sonralar isə qəbilə başçılarının biri tərəfindən digərinə yazılı məlumatların göndərilməsi bu məqsədlə təyin olunan bir neçə şəxs vasitəsi ilə əldən-ələ ötürməklə həyata keçirilib.

Nəhayət, zaman keçdikcə insanlar yeni metodlardan istifadə etməyə başlayıb və məlumatların çatdırılması üçün xüsusi öyrədilən göyərçinlərdən istifadə ediblər. Uzun müddət bu metoddan istifadə etdikdən sonra artıq yazışmaların sayının artması daha etibarlı metodlardan istifadə zərurətini yaradıb. İllər ötdükcə yeni texnologiyaların meydana çıxması rabitə sistemini ən müasir mərhələyə gətirib çatdırıb. Vaxtı ilə bir məlumatı əldə etmək  ya kimləsə əlaqə saxlamaq üçün saatlarla, günlərlə hətta aylarla vaxt sərf etdiyin, əziyyət çəkdiyin halda, indi heç bir yerə getmədən və bir anda stasionar telefonlaya internetlə dünyanın istənilən nöqtəsi ilə əlaqə saxlamaq mümkündür.

 

RABİTƏ XİDMƏTİNİN DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏŞKİLİ ŞAH İSMAYIL XƏTAİNİN ADI İLƏ BAĞLIDIR

 

Dünyanın inkişaf etmiş ölkələri kimi Azərbaycanın iqtisadi inkşafının təmin edilməsində də informasiya və komunikasiya texnologiyalarının xüsusi yeri vardır və sahənin inkişaf səviyyəsi qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən amillərdəndir.

Təkcə Azərbaycan milli rabitəsi özünəməxsus zəngin inkişaf tarixinə malikdir. Böyük tarixi inkişaf yolunu keçən zaman kifayət qədər nailiyyətlər qazanılıb. Həmin nailiyyətlərin əldə olunmasında bu və digər şəxsiyyətlərin böyük rolu olub.

Hələ 1501-ci ildə Səfəvilər dövlətinin başçısı böyük Şah İsmayıl Xətai tərəfindən bu xidmətin dövlət səviyyəsində təşkil edilməsinin təməli qoyulur.

Məlum olduğu kimi dünyada telefon rabitəsinin tarixi 1876-cı ildən başlayır. Çar hökuməti dövründə neft sənayesinin inkişafı ilə əlaqədar Avropadan və digər ölkələrdən o dövrün məşhur şirkətləri, kapitalistləri axışıb Bakıya gəlirdilər. Get-gedə inkişaf edərək iri sənaye şəhərinə çevrilən Bakıda telefon şəbəkəsinin yaradılmasına ciddi ehtiyac yaranır. Ölkəmizdə ilk telefon xətti 1881-ci il dekabrın 6-da “Nobel qardaşları Cəmiyyəti” tərəfindən çəkilib. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olub. Azərbaycanda ilk rabitə müəssisəsi - poçtun yaranması isə 19-cu əsrin əvvəlinə aid edilir.

Ölkə rabitəsinin tarixində çarizmin hökmranlığından qurtulan xalqımızın müstəqilliyi dövrünün - 1918-1920-ci illərin tarixi təcrübəsi özünəməxsus yer tutur. Həmin zaman kəsiyində yaranıb fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) iqtisadiyyatın digər sahələri kimi rabitənin inkişafına da mühüm önəm verib. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan bir neçə ay sonra - oktyabrın 6-da Poçt və Teleqraf Nazirliyi yaranır. Məhz bu dövrdə müstəqil Azərbaycan rabitəsinin təşəkkülü və təkamülü yönündə əhəmiyyətli addımlar atılır.

Həmin işdə müstəqil Azərbaycan Demokratik Cümhuriyyətinin ilk rabitə nazirlərinin fəaliyyəti diqqətəlayiq yer tutur. Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk rabitə nazirləri vəzifəsində fəaliyyət göstərmiş Xudadat bəy Məlikaslanov, Ağa Aşurov, Aslan bəy Səfikürdski və Camo bəy Hacınskinin adları xüsusi qeyd edilməlidir.

XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyə çıxması uğrunda fəal mübarizə aparan istiqlal mücahidlərindən biri X.Məlikaslanov idi. Bu görkəmli şəxsiyyət AXC elan olunduqdan sonra, hökumətin birinci kabinetində dəmiryol, teleqrafpoçt naziri olur. Azərbaycan parlamentinin üzvü olmaqla, ikinci, üçüncü, dördüncü kabinetlərdə dəmiryolu naziri, beşinci kabinetdə dəmiryolu eyni zamanda sənaye və ticarət naziri və həm də hökumətin birinci müavini olur.

Xalq Cümhuriyyətinin 2-ci hökumətində rabitə sahəsinə rəhbərlik edən Ağa Aşurov isə 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament üzvü olur. Bu səbəbdən ertəsi gün bolşeviklər onu həbs edirlər.

Aslan bəy Səfikürdski AXC-nin 3 və 4-cü hökumətində təmsil edilib.O, nazir kimi rabitə sahəsində milli kadrların hazırlanmasına xüsusi diqqət verib.

Görkəmli ictimai-siyasi və dövlət xadimi Camo bəy Hacınski AXC-nin 4-cü və 5-ci hökumət kabinetlərində poçtteleqraf naziri olub. 1919-cu il martın 14-də AXC-nin 4-cü hökumət kabineti təşkil olunur. Bu kabinetdə A.Səfikürdskinin ədliyyə və əmək naziri təsdiq edilməsilə əlaqədar poçtteleqraf naziri vəzifəsinə parlamentdəki “ Sosialistlər fraksiyası”nın üzvü C.Hacınski təyin olunur. C.Hacınski bu vəzifədə sələfi A.Səfikürdskinin respublikada rabitəni inkişaf etdirmək sahəsindəki fəaliyyətini nəinki zəiflətmir, əksinə, gücləndirir və bu sahədə daha təsirli tədbirlər həyata keçirir. Təsadüfi deyil ki,C.Hacınski Nəsib bəy Yusifbəylinin 5-ci hökumət kabineti dövründə də poçtteleqraf naziri vəzifəsini tuturbu vəzifədə 1920-ci il aprelin 9-dək səmərəli fəaliyyət göstərir. C.Hacınskinin AXC dövründə rabitəni inkişaf etdirmək sahəsindəki təqdirəlayiq fəaliyyəti neçə-neçə tarixi kitablarda öz əksini tapıb.

 

İKT SAHƏSİNDƏKİ FƏALİYYƏT STRATEJİ XƏTT ÜZRƏ APARILIR

 

Müstəqil Azərbaycan Demokratik Respublikası 23 aydan sonra süquta uğradıqdan sonra rabitə sahəsinin inkişafı sovet dövründə davam etdirilir.

1924-cü ildən başlayaraq əvvəlcə Bakıda, sonra isə ölkənin digər mühüm şəhərlərində telefon rabitəsi inkişaf etdirilməyə başlayır. 1928-1929-cu illərdə artıq Bakı, Tiflis, Yerevan, Qroznı, Rostov, Moskva, Leninqrad şəhərləri ilə şəhərlərarası telefon rabitəsi, respublika daxilində isə Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Göyçay, Ləki, Yevlax, Bərdə, Ağdam, Xankəndi, Şəki, Gəncə, Ağstafa, Qazax, Şamaxı, Xızı və Quba rayonları arasında telefon rabitəsi mövcud idi.

1946-1947-ci illərdə Azərbaycanda yeni iki ATS - Gəncə və Quba, 1948-ci ildə Naxçıvan və Xankəndində tutumu 200 nömrə olan ATS-lər istifadəyə verilir.

1954-cü ildə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyəti Rabitə Nazirliyini yenidən yaradır.

Sovet Dövründə Rabitə Nazirliyinə bir neçə şəxs rəhbərlik etsə də onlar içərsində 70-ci illərdə rabitə naziri işləmiş Hüseyn Rəsulbəyovun adı böyük hörmətlə çəkilir. O, 1975-ci ildə rabitə naziri təyin edilir. Çox böyük insan olduğu qeyd edilən H.Rəsulbəyovun rəhbərliyə gətirilməsi ilə, rabitə sistemində dönüş yaradılır. O, gənc mühəndislərə şərait yaradaraq, onları irəli çəkir, vəzifə verir.

Bu gün rabitə sahəsindəki fəaliyyətimiz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. O, ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sektoru da sürətlə inkişaf etməyə başlayıb, ölkədə informasiyakommunikasiya texnologiyaları seqmenti genişlənib.

Azərbaycan rabitə sahəsində demək olar ki, bir neçə göstəricilərə görə, inkişaf etmiş ölkələrin göstəricisinə çatıb. Belə ki, internet istifadəçilərin səviyyəsi 60 faizə çatıb. Bu göstərici ümumdünya göstəricisindən 2 dəfə çoxdur.

Bu yüksək nəticələrin arxasında təkcə rabitə sektorununinformasiya infrastrukturunun inkişafı yox, həmçinin son illər informasiya, komunikasiya texnologiyalarının ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətlərində kütləvi tətbiqi və istifadəsi durur.

Bütün bu uğurlarla yanaşı yaxın 15 il ərzində bu sahənin inkişafı və prioritet sahə kimi gələcəkdə neft gəlirlərinin üstələməsi istiqamətində böyük işlər görülür.

 

 

Üç nöqtə.-2013.-10 yanvar.-S.-14.