İKT sahəsində yeni xidmətlər işə
salınmalıdır
Osman Gündüz:
«Azərbaycanda genişzolaqlı mobil internet istifadəçilərinin sayı çox azdır”
Müasir dövrdə informasiya
və kommunikasiya texnologiyaları cəmiyyətin
inkişafına təsir göstərən əsas amillərdən
birinə çevrilib
Müasir dövrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Bu amilin təsir dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm, təhsil, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edib. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş bu yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri sırasına qlobal informasiya mühitinin yaradılması, informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması, informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının yaradılması və inkişafı, təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması, demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması daxildir.
İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaq.
Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir. İKT sahəsi hazırda dünya iqtisadiyyatında ən çox inkişaf edən və gəlir gətirən sahələrdən biridir. O, davamlı iqtisadi inkişafa nail olmaq üçün son dərəcə mühüm vasitə hesab olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrin büdcə gəlirlərinin böyük hissəsi bu sektordan əldə olunan vəsaitlərin hesabına formalaşır.
Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində də müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Ölkəmizdə qeyri-neft sektorunda İKT sənayesi tikintidən sonra vergi gəlirləri gətirən ikinci ən geniş sahədir.
İKT sahəsini araşdıran mütəxəssislərin
fikirlərindən məlum olur ki, İKT isanlara zamandan və məkandan asılı olmayaraq informasiya almağa çıxışının
olmasını götərir. Mobil rabitə və internet televiziya,
radio dinləmək, qəzet
oxumaq imkanı verir. Əvvəllər yalnız
telefon cihazı kimi istifadə edilən telefonlar indi ən son ana qədər insanının internetə
çıxışına imkan verir. Həmçinin son istifadəçilərə mobil
internet ximdmətləri verir.
Bu o deməkdir ki, mobil telefon
vasitəsilə artıq
internet istifadəçisinə çevrilir. Yəni ən
axırıcı anna
qədər insanın
əli hansısa rabitə vasitəsinə çatmalıdır. Bu fnksiyanı isə mobil rabitə həyata keçirir.
İnkişaf etmiş ölkələrdə
olan ən son texnologiyalar da Azərbaycana gəlir.
Hesab edilir ki, ölkədə informasiya cəmiyyətinin
formalaşdırılması prosesini daha da sürətləndirmək
üçün bir sıra obyektiv çətinliklər mövcuddur. Məsələn, ölkədə informasiya
və kommunikasiya texnologiyalarından istifadə
ilə bağlı aparılan işlərin istiqamətlərini və
onların prioritetlərini
təyin edən, görülən işlərin
əlaqələndirilməsini təmin edən məqsədyönlü dövlət
siyasəti hələlik
tam müəyyən edilməyib.
Eyni zamanda informasiya və kommunikasiya texnologiyalarından istifadə
ilə əlaqədar
yaranan münasibətləri
tənzimləyən hüquqi-normativ
bazanın tam işlənilməyib.
Ermənistan Respublikası tərəfindən
Azərbaycanın ərazisinin
20 faizinin işgal olunması nəticəsində
bir milyondan çox qaçqının
və məcburi köçkünün mövcud
olması ilə əlaqədar, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə
hökumətin yetərincə
maliyyə vəsaitləri
ayıra bilməyib.
Bir tərəfdən informasiya
və kommunikasiya texnologiyaları sahəsində
yüksək səviyyəli
mütəxəssislər çatışmır,
digər tərəfdən
ölkəmizdən inkişaf
etmiş ölkələrə
«beyin axını» mövcuddur. Azərbaycan dilinin
informasiya və kommunikasiya texnologiyaları
sahəsində geniş
istifadə olunmasında
ciddi problemlər yaranıb. İKT sahəsində Azərbaycan
dilində ədəbiyyatın
azlığını əsas
problem kimi qeyd etmək lazımdır.
Buna görə, informasiya
və kommunikasiya texnologiyalarının imkanları
və üstünlükləri
barədə geniş
əhali kütlələrinin
az məlumatlandırılır.
Təhsilin bütün səviyyələrində
informasiya və kommunikasiya texnologiyaları
ilə əlaqədar
olan fənlərin tədrisinin müasir dövrün tələblərinə
cavab vermir. Ən əsası informasiya və kommunikasiya texnologiyalarının inkişaf
səviyyəsinə görə
şəhər və
rayonlar arasında kəskin fərq mövcuddur. Respublikada qüvvədə
olan telekommunikasiya tarifləri bir çox hallarda informasiya və kommunikasiya texnologiyalarının
tətbiqinə maneələr
yaradır. mane olan dövlət inhisarı telekommunikasiya sahəsində innovasiyaların
tətbiqini ləngidir.
"Multimedia"
İnformasiya Sistemləri
Mərkəzinin sədri
Osman Gündüzün
qənaətinə görə,
situasiya dəyişib:
«Dünyada konkret olaraq kompüter, mobil rabitə, internet istifadəçilərin sayı
inkişaf göstəriçisi
sayılmır. Yalnız bu
mobil operatorların və ya internet provayderlərinin gəlir götürməsini əks
etdirir. Əsasən genişzolaqlı internet istifadəçilərin sayı,
genişzolaqlı mobil
internet istifadəçilərin sayı inkişaf göstəricisi hesab olunur. Azərbaycanda təəssüf ki, genişzolaqlı mobil internet istifadəçilərin
sayı çox azdır. Çox az adama
rast gəlinər ki, mobil telefonla
genişzolaqlı internet əldə
edib, video danışıq
etsin. Bunu təkcə mobil
operatorlara şamil etmək olmaz. Əslində Azərbaycanda genişzolaqlı
internet istifadəçilərin sayı da azdır».
İKT mütəxəsisi hesab edir ki, İKT sahəsində yeni yeni xidmətlər işə salınmalıdır:
«Mobil rabitə ilə
danışıq, intrnet
vasitəsi ilə informasiya mübadiləsi ilə iş bitmir. Yüzlərlə xidməti işə
salmaqla İKT-nin rolunu daha da
artırmaq olar. Mobil operatorlar və
ya intrnet provayderləri digər şirkətlərlə, dövlət
qurumları ilə əlaqəyə girərək
çoxlu sayda xidmətlərin son texnologiyalarla
verilməsini təşkil
edə bilərlər.
İnkişaf etmiş
ölkələrə baxanda
görmək olur ki, çoxlu xidmət var ki ,onu müasir texnoloimyalarla daha asan etmək olur».
Qeyd edək
ki, bütün dövlətlərdə əsas
investisiyalar keyfiyyətli
rabitə üçün
avadanlıq, proqram təminatı və baza stansiyalarının qurulmasına yönəldilir. Xarici təcrübədə
hətta o da var ki, mobil
rabitə sahəsində
hər bir operatorun avadanlıqları,
proqram təminatı,
baza stansiyaları onun abonentlərinin sayına uyğun olur. Hətta kütləvi tədbirlər
olanda müəyyən
yükləmələrin olacağını
nəzərə alaraq
həmin ərazilərdə
əlavə hərəkət
edən baza stansiyalarından istifadə
olunur. Yəni həmin yerlərdə
1-2 saatlıq əlavə
stansiyalar qurulur.
Amma ölkəmizdə buna hələlik diqqət yetirilmir.
Üç nöqtə.-2013.-12
yanvar.-S.-8.