Ötən il musiqi sahəsi festivallarla yadda qaldı

 

Səadət Təhmirazqızı: “IV Qəbələ Beynəlxalq Musiqi Festivalı çox möhtəşəm keçirildi

 

Ötən il festivalda Üzeyir HacıbəylininƏsli KərəmLeyli Məcnunoperaları Şəkinin Karvansarayında tamaşaçılara təqdim olundu

 

 Ötən il Azərbaycanın musiqi sahəsində bir çox uğurlarla yadda qaldı. Bu sıradan musiqi ilə bağlı keçirilən festivalları, müsabiqələri, konsertləri qeyd etmək olar.Üç nöqtə”yə danışan sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı da 2012-ci ili musiqi sahəsində düşərli illərdən hesab etdiyini söylədi. Bildirdi ki, ötən ili musiqimiz üçün yaddaqalan uğurlu keçdiyini demək olar: “Ən önəmli hadisələr sırasında respublikamızda keçirilən bir neçə beynəlxalq əhəmiyyətli festivalları qeyd etmək olar. Bir sıra festivallar da var ki, ənənəvi olaraq hər il Azərbaycanda keçirilir. Yay aylarına təsadüf edən "İpək yolu" III Beynəlxalq Musiqi Festivalı ilk dəfə Şəkidə keçirilmişdi. İkinci il Bakımızın ev sahibliyi etdiyi festival 2012-ci ildə yenidən Şəkidə baş tutdu. Ötən il festivalda Üzeyir HacıbəylininƏsli KərəmLeyli Məcnunoperaları Şəkinin Karvansarayında tamaşaçılara təqdim olundu. Bu musiqinin möcüzəsi ilə təbiətin gözəlliyinin vəhdəti deməkdir.

Dilbər guşələrimizdən olan Qəbələdə keçirilən IV Qəbələ Beynəlxalq Musiqi Festivalı çox möhtəşəm keçirildi. Xoşbəxtəm ki, mənə bu festivallarda iştirak etmək qismət oldu. Bir tamaşaçı musiqişünas kimi keçirilən konsert proqramlarının zənginliyi, rəngarəngliyi məni çox sevindirir. Bu konsertlərin proqramları maraqlı təşkil edilmişdi. Festivalda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin çıxışlarını izləmək imkanınmız olur. İtaliyanın Kral Simfonik orkestrinin Azərbaycanda görmək bir Azərbaycanlı kimi məni çox fərəhləndirdi. Dünyaşöhrətli musiqiçilərin ifalarını təbiət qoynunda canlı dinləmək insana xüsusi zövq verir.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həsr olunan IV Beynəlxalq Musiqi Festivalının açılışı bəstəkarımızın öz doğum günündə oldu. Bu festival da çox maraqlı anlarla yadda qaldı.

Oktyabr ayında keçirilənBakı Beynəlxalq Caz Festivalı 2012”- caz musiqisinin inkişafında uğurlu addımlardandır.

Musiqimizin dahi simalarından olan Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə əlaqədar bir çox layihələr həyata keçirlirdi. Bu layihələr sırasında «Fikrət Əmirov-90» Musiqi Festivalını da qeyd etmək laızmdır. Mən F.Əmirov haqda televiziya filminin ssenari müəllifi oldum. F.Əmirova həsr olunmuş monoqrafiya yazdım. Bu sıradan F. Əmirovla bağlı keçirilən festivalın da əhəmiyyəti çox böyük oldu. Festival çərçivəsində bəstəkarın bütün əsərləri səsləndirildi. Xarici qonaqlarımız Fikrət Əmirov yaradıcılığı ilə yaxından tanış oldular.

Ən son olaraq isə ölkəmiz VI Beynəlxalq Mstislav Rostropoviç Festivalına ev sahibliyi etdi. Ənənəvi olaraq keçirilən bu festival bu il çox gözəl keçirildi. Festival çərçivəsində rəngarəng konsert proqramları tamaşaçılara təqdim olundu. Xarici orkestrlərin Azərbaycan bəstəkarının əsərini ifa etməsi musiqimiz üçün böyük nailiyyət deməkdir”.

Səadət xanım Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı barədə danışdı. Söylədi ki, 2007-ci ildə keçirilən qurultaydan sonra İttifaq Azərbayacan musiqisinin inkişafı sahəsində bir çox işlərə imza atıb: “Ötən il musiqi sahəsində ən önəmli hadisələrdən biri ilin sonlarına yaxın Bəstəkarlar İttifaqının IX qurultayının keçirilməsi oldu. Qurultay çərçivəsində bir çox xarici ölkələrdən musiqiçilər dəvət olunmuşdu. onlar musiqi sənətimiz musiqiçilərimiz haqda yüksək fikirlərini söylədilər. Xalq artisti, şöhrət ordenli professor Firəngiz Əlizadə yekdilliklə bir daha İttifaqa sədr təyin olundu”.

Ötən ilə nəzər salanda deyə bilərəm ki, musiqişünas olaraq mənim üçün uğurlu oldu. Üç dahi sənətkarımız - Seyid Şuşınski, Xan Şuşınski Fikrət Əmirov haqda ssenarim əsasında sənədli televiziya filmləri çəkildi. Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində birliyi əsasında radiodaMusiqi dünyasıMuğam dünyamızadlı verilişlərdə hər həftə çıxış edərək, musiqişünas olaraq öz fikirlərimi xalqa çatdıra bilirəm. 2012-ci il musiqi sahəmizdə çox böyük uğurlarla yadda qaldığı kimi, arzu edirəm ki, 2013-cü ildə uğurların sayı daha çox olsun” – deyə Səadət xanım bildirdi.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.-15 yanvar.-S.-13.