İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu artmaqdadır

 

Bu cəmiyyətə keçid üçün əlverişli şəraitin yaradılmasında dövlət aparıcı rol oynayır

 

Hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi, şəxsiyyət haqqında və özəl məlumatların qorunmasına da məhz dövlət təminat verir

 Müasir tələblər baxımından ölkədə informasiyakommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan bu mənada istisna hal təşkil etmirinformasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyasi məqsədlərindən biridir.

Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi amillərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan siyasi-inzibati, maliyyə, insan, texnikis. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini tələb edir.

Bu səbəbdən informasiyakommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi sahəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş dövlət siyasətinin həyata keçirilməsi üzrə milli strategiya və fəaliyyət planının olması çox vacibdir.

İnformasiya cəmiyyətinə keçid üçün əlverişli şəraitin yaradılmasında dövlət aparıcı rol oynayır və onun fəaliyyəti bir sıra seqmentləri əhatə edir.

İlk növbədə qanunvericilik bazasını formalaşdırırır və mütəmadi olaraq təkmilləşdiririr.

Ölkə daxilində informasiya texnologiyalarının tətbiqi ilə bağlı fəaliyyət təhlil edilməkdə və tənzimlənməkdədir.

Milli və dövlət informasiya sistemlərinin yaradılması, informasiya resurslarının formalaşdırılması, dövlət orqanlarnın bu istiqamətdə fəaliyyətini də idarə edir.

Yeni şəraitə münasib olan, xariciyerli sərmayələrin cəlb edilməsi və iqtisadi fəaliyyətdə ədalətli rəqabətin aparılmasına xidmət edən əlverişli mühit demək olar ki yaradılmaqdadır.

Cəmiyyətin geniş təbəqələrinin strategiyanın həyata keçirilməsinə cəlb edilməsi məqsədilə siyasi, hüquqi, iqtisadiinzibati mexanizmlərdən istifadə etməklə prosesin bütün iştirakçıları üçün bərabər şərait yaradılıb, onların fəaliyyəti əlaqələndirilib.

Hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi, şəxsiyyət haqqında və özəl məlumatların qorunmasına da məhz dövlət təminat verir.

Necə deyərlər vətəndaşların dövlət informasiya resurslarına müraciət etməsi üçün hər cür imkan yaradılıb. Ölkənin informasiya təhlükəsizliyi təmin edilib.

Milli strategiyanin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin səfərbər edilməsi, dövlət əhəmiyyətli və sosial yönümlü layihə və proqramlar dəstəklənib. Milli informasiyakommunikasiya texnologiyalarının, texnikiproqram məhsullarının istehsalı üçün əlverişli şərait yaradılıb, onların dünya bazarına çıxarılması stimullaşdırılıb. İnformasiyakommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlər, xüsusilə kiçikorta müəssisələr üçün də əlverişli şərait yaradılıb.

Müasir informasiyakommunikasiya texnologiyalarının iqtisadiyyatın bütün sahələrində tətbiqi demək olar ki, stimullaşdırılıb. Hazırda dövlət idarəetməsində və yerli özünüidarəetmədə müasir texnologiyalardan istifadə olunur. Elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. İnformasiyakommunikasiya texnologiyaları sahəsində ölkənin milli maraqlarını təmin edən beynəlxalq əməkdaşlıqda inkişaf etdrilir.

Qeyd edək ki, bu istiqamətdə Milli Strategiya qəbul olunubicra edilir. Bu informasiyakommunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alır və ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir.

Milli Strategiyanın əsas məqsədi informasiyakommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.

Göstərilən işlərin mürəkkəbliyi, böyük vəsait sərfinin tələb olunması, dünyada informasiyakommunikasiya texnologiyalarının sürətli inkişafı iqtisadiyyatı keçid dövründə olan Azərbaycan Respublikasında strategiyanın mərhələlər üzrə planlı surətdə həyata keçirilməsini şərtləndirir.

Milli Strategiya fəaliyyətin əsas istiqamətlərini və məzmununu konseptual baxımdan müəyyənləşdirdiyindən, onun gerçəkləşməsi üçün hər bir istiqamət üzrə fəaliyyət planları - milli İKT-proqramları işlənib hazırlanır və konkret işlər layihələr vasitəsilə həyata keçirilir.

Cəmiyyətin informasiyalaşdırılmasına yönəlmiş Milli Strategiya ayrı-ayrı sahələr üçün yaradılan ənənəvi konsepsiyaproqramlardan fərqli olaraq çoxaspektlidironun əhatə dairəsinə dövlət siyasəti, sosial-iqtisadi sfera, texnikatexnologiyalar, elm və mədəniyyət daxildir.

Strategiyaonun həyata keçirilməsilə bağlı fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğundur, milli maraqların qorunmasına xidmət edir, beynəlxalq qurumların - BMT-nin, Avropa Şurasının müvafiq standartlarını, tələb və tövsiyələrini, baxılan sahə üçün mühüm olan və Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş digər beynəlxalq aktların müddəalarını nəzərə alır.

Milli Strategiya ölkədə informasiyakommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsinin səmərəliliyini təmin etmək və bu prosesdə bütün maraqlı tərəflərin (dövlət strukturları, elm və tədris müəssisələri, özəl qurumlar, qeyri-hökumət təşkilatları, ictimai təşkilatlar və vətəndaşlar) iştirakı üçün bərabər şərait yaratmaq məqsədilə bir sıra əsas prinsipləri müəyyən edir.

Strategiyanın həyata keçirilməsi prosesinin müvəffəqiyyəti onun idarə edilməsinin düzgün təşkilindən bilavasitə asılıdır. Bu proses informasiyakommunikasiya texnologiylarından istifadə və onun inkişaf etdirilməsi sahəsində dövlətin siyasətini həyata keçirən idarəetmə strukturları tərəfindən əlaqələndirilir, tənzimlənir və idarə olunur.

Strategiyanın həyata keçirilməsində respublikanın digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərində vahid siyasətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə, prosesin iştirakçılarının bu istiqamətdə fəaliyyəti Xarici İşlər Nazirliyi tərəfindən əlaqələndirilir.

İnformasiya təhlükəsizliyinin dövlətin inkişafına, milli təhlükəsizliyə təsir göstərən mühüm amillərdən biri olduğundan, bu istiqamətdə aparılan fəaliyyət Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əlaqələndirilir.

Strategiyanın həyata keçirilməsi elmi əsaslarla aparılır və demokratik qaydada idarə edilir. Onun uğurunu görülən işlərin sistemli və ardıcıl olaraq aparılması, əhalinin geniş kütlələri tərəfindən dəstəklənməsi, milli dialoqa nail olunması, açıq müzakirələrin və məsləhətləşmələrin aparılması, verilən təkliflərə obyektiv baxılması, layihənin işlənib hazırlanmasında və həyata keçirilməsində maraqlı tərəflərin iştirakı təmin edilir.

Ölkənin informasiya cəmiyyətinə doğru irəliləməsininin səviyyəsini müəyyənləşdirmək üçün ölkədəki elektron vəziyyətin daimi monitorinqi aparılır. Bu məqsədlə dünya təcrübəsi əsasında milli nailiyyət göstəriciləri işlənib hazırlanır. Ölkədəki elektron vəziyyətinin daimi monitorinqionun qiymətləndirilməsi dövlətin informasiya siyasətinin əsas vəzifələrindən biridir.

 

 

Üç nöqtə.-2013.-16 yanvar.-S.-8.