Azərbaycan İKT sahəsi üçün yeni hədəflər
seçib
Əli Abbasov: “Qarşıdakı səkkiz ildə sektorun gəlirləri 8-9 milyard
dollara çatdırılmalıdır”
İyirmiillik
tariximizə nəzər salsaq, sosial-iqtisadi inkişafın mahiyyəti bir kiçik tezislə
ifadə oluna bilər
“2003-cü
ilin fevralında regionda ilk dəfə olaraq qəbul olunmuş
İKT-nin inkişafı üzrə 10 illik Milli Strategiya
2012-ci ildə başa çatıb. Digər tərəfdən
ötən il dekabrın 29-da imzalanan fərmanla “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə
yeni bir inkişaf dövrü başlayır və
konsepsiyanın hədəflərinə çatmaq
üçün İKT sahəsinin üzərinə yeni və
məsuliyyətli vəzifələr qoyulub. İyirmiillik
tariximizə nəzər salsaq, sosial-iqtisadi inkişafın
mahiyyəti bir kiçik tezislə ifadə oluna bilər. Heydər
Əliyev 1993-cü ildə hakimiyyətə gələn zaman
onu çörək növbələri
qarşılamışdı, 2013-cü ildə isə ölkəmiz
artıq kosmik ölkələr sırasına qoşulub”. Bu
fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov bildirib. Onun sözlərinə görə, İKT
sektoru 2004–2013-cü illər üzrə hər üç ildə
təxminən iki dəfə genişlənib, 2012-ci ildə
isə sektorun artım tempi təxminən 18 faiz olub: “Bu isə
ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə
yüksəkdir. MDB ölkələri sırasında ilk dəfə
2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri
telefonlaşdırılmış, 2010-cu ildə isə tam
elektronlaşdırılıb, yəni rəqəmləşdirilıb.
Keçən il şəbəkəyə, təxminən 20
min nömrə də əlavə olunaraq, “yeni nəsil şəbəkəsi”
texnologiyaları tətbiq olunub. Hesabat ilində sektora 400 milyon
ABŞ dollarından çox investisiya qoyulub”.
Nazirin fikrincə, son
üç ildə Azərbaycan MDB ölkələri
arasında geniş regionda
internet istifadəçilərinin
sıxlığına görə liderdir.
2012-ci ildə bu rəqəm 65 faizdən
təxminən 70 faizə yaxınlaşıb. Keçən ildə
İnternet xidmətlərinin keyfiyyəti
yüksəlmiş, 2011-ci illə müqayisədə xaricə
çıxış tutumu 2,2 dəfə
artmış, qiymətlər isə təxminən 35 faiz azalıb. Bu gün Azərbaycanda 1 meqabit-saniyə xidmətinin
qiyməti orta əmək haqqının təxminən
3 faizi qədərdir: “Müqayisə üçün qeyd edim ki, inkişaf
etməkdə olan ölkələr üçün bu rəqəm
orta hesabla 20 faiz civarındadır. Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft
Fondu Azərbaycanda “evlərə optika” modeli üzrə
ölkənin bütün
yaşayış məntəqələrinə yüksəksürətli
genişzolaqlı İnternet xidmətlərini
verən optik şəbəkənin
qurulması üzrə layihə hazırlayıb və 2013-cü ildə
artıq bu layihəyə 103 milyon manat vəsait
ayrılıb. Layihə üç
il müddətində həyata
keçiriləcək və yüksək rentabellidir.
2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi
reinvestisiya hesabına ödəniləcəkdir.
Əsas hədəf ucqar kəndlər də
daxil olmaqla, sürəti
10-100 meqabit-saniyə arasında olan
genişzolaqlı internetə çıxışı təmin
etmək, istifadəçilərin sayını isə təxminən
85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni
2017-ci ildə inkişaf etmiş
ölkələrin səviyyəsinə bərabər olacaq”.
Ə.Abbasov qeyd edir
ki, ötən ildə Azərbaycan dördüncü nəsil mobil
rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi
olub: “İndi bizdə
hər 100 nəfərə təxminən 110 telefon
düşür. Mobil
telefon sistemi də
2010-cu ildə MDB ölkələri arasında ilk
dəfə olaraq ölkə ərazisini
100 faiz əhatə edib. İndi mobil abunəçilərin əksəriyyəti,
həm də sürətli internet istifadəçiləridir”.
Ə.Abbasov vurğulayır ki,
Cənubi Qafqaz, Orta və
Mərkəzi Asiya ölkələri
arasında rəqəmli televiziya
yayımının ilk dəfə Azərbaycanda
tətbiq olunmasına başlanılmış və indi ölkə əhalisinin 90 faizinin
bu yayım texnologiyasına
çıxış imkanı təmin olunub. Azərbaycanda bu
gün 25 televiziya
kanalı var, onlardan
11-i ümumrespublika, 14-ü isə regional kanaldır, 15 radio
proqramı mövcuddur. Eyni
zamanda, 12 kabel
televiziyası və 20-dən çox İnternet televiziya
studiyaları fəaliyyət göstərir. Milli
Teleradio Şurasının
razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş
və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və paylanma sistemi yaradılıb ki,
planımız bu sistemi
regional mərkəzə çevirməkdir.
Bir pəncərə prinsipi
ilə işləyən vahid elektron hökumət portalı
yaradılmış və 2012-ci ilin
sentyabrından İnternet vasitəsilə
əhali və iş adamlarının
istifadəsinə verilıb. Elektron hökumət portalına 40 hökumət və
dövlət qurumu real
vaxt rejimində birləşdirilmiş və
Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş 417 xidmətdən 158 sadə
xidmət artıq portalda cəmləşdirilmiş
və İnternetə birbaşa
çıxışı olan əhalinin
istifadəsinə verilib. Elektron imza sisteminin
kompyuter və mobil telefon versiyası işə
salınmış və 2012-ci ildə təxminən 5,5 mindən
çox dövlət məmuru və vətəndaşlar
elektron imzadan istifadə
ediblər.
Dünya Bankı və Azərbaycan Mərkəzi
Bankı ilə birlikdə poçt sisteminin müasir kompyuter şəbəkəsi qurulub,
müasir idarəçilik və yeni iş prinsipləri
üzrə fəaliyyəti təmin edilmiş,
qeyri-ənənəvi xidmətlərin, o
cümlədən bank-maliyyə, elektron
dövlət xidmətləri, logistika və digər xidmətlərin
göstərilməsinə başlanıb. Lakin
qeyd etməliyəm ki,
poçt sisteminin rəqabətlilik
qabiliyyətini yüksəltmək və rentabelliliyini
təmin etmək üçün işlər
hələ davam edir. Bu gün poçt
müəyyən həcmdə dövlət büdcəsindən
və əsasən də telekommunikasiya sektorunda əldə olunan
gəlirlərdən subsidiya almaqda davam edir.
Ötən il ölkəmiz beynəlxalq aləmdə, həmçinin
genişmiqyaslı kütləvi tədbirlərin keçirilməsi
ilə yadda qalıb. Bu kütləvi tədbirlər
zamanı, həmçinin də ölkəmizin telekommunikasiya, İnternet,
radio-televiziya şəbəkələri
xüsusilə gücləndirilmiş rejimdə işləyib.
2012-ci ildə “BakuTel” beynəlxalq konfrans və sərgi ilə birlikdə BMT və
Azərbaycan hökumətinin birgə təşkilatçılığı
ilə ilin İnternet
üzrə ən böyük tədbiri
– İnternet İdarəçilik Forumu Bakıda keçirilib.
Forumda 1600-dən çox
xarici və 1200 Azərbaycan vətəndaşı
iştirak etıb, 3800 xarici
iştirakçı isə videokonfranslar
vasitəsilə Foruma qoşulmuşlar.
İKT-nin daha sürətli
inkişafı üçün 2012-ci ildə
İKT-nin İnkişafı Dövlət
Fondu, Yüksək Texnologiyalar
Parkı, İnformasiya Təhlükəsizliyi
Mərkəzi və İnformasiya Təhlükəsizliyi
üzrə Dövlət Agentliyinin
yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları
imzalanıb. İKT
məhsul və xidmətlərinin ixrac həcminin
artırılması üçün vergi güzəştlərinin tətbiqinə
qərar verilib.
“Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasına əsasən hədəfimiz İKT-nin
illik artımını təxminən
18-20 faiz ətrafında saxlamaqla,
qarşıdakı səkkiz ildə sektorun
gəlirlərini 8-9 milyard ABŞ
dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət
mühitinin
yaxşılaşdırılması, sektora
olunan fiskal və monetar güzəştlər, ixrac
potensialının artırılmasına yönəlmiş
siyasət, regional İKT
resurslarının, yüksək texnoloji məhsul
və xidmətlərin yaradılması, güclü
insan kapitalına əsaslanan innovativ sahibkarlığın
inkişafı hesabına nail olunması
planlaşdırılıb.
Beləliklə,
“Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası
çərçivəsində informasiya
texnologiyalarını daha da
inkişaf etdirməsi, biliklərə əsaslanan
iqtisadiyyatın formalaşdırılması,
qarşıdakı 8-10 il ərzində qeyri-neft sektorunun
inkişafını təmin etməklə, ölkədə ÜDM-in həcminin iki dəfə
artırılması məqsədi qarşıya qoyulub. İqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya
texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz
artımını təmin etmək, beləliklə, 2020-ci ilə
qədər İKT sektorunun həcminin təxminən
4 dəfə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlərə nail
olunması istiqamətində müəyyənləşən
strategiyaya uyğun olaraq, ilk növbədə,
ölkədə internetin hərtərəfli
inkişafını təmin etmək - genişzolaqlı,
sürətli internetin istifadəsini, həcmini
gələcək 3 ildə 85 faizə, minimum
sürətini 10 meqabit saniyəyə
çatdırmaq planlaşdırılır.
Üç
nöqtə.-2013.-18
yanvar.-S.-9.