İKT sahəsində əhəmiyyətli
layihələr həyata keçiriləcək
Əli Abbasov: “2013-cü il
ölkənin kosmik sənayesinin
inkişafı üçün əhəmiyyətli
olacaq”
Fondun təqdim etdiyi
qrantlar müsabiqə yolu
ilə seçilən və Fondun fəaliyyət
istiqamətinə uyğun olan
layihələrə veriləcək
“Azərbaycanda 2013-cü ildə İKT sahəsində bir sıra iri layihələr həyata keçiriləcək”. Bu fikirləri dünən “2013-cü il İKT ili” ilə baglı keçirilən mətbuat konfransında Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, 2013-cü il Azərbaycanda İKT ili elan olunub və cari il ərzində bu sektorda bir sıra əhəmiyyətli layihələr həyata keçiriləcək: «Bunlardan Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması, 3 ili əhatə edəcək Azərbaycan regionlarında genişzolaqlı internetin inkişafı layihəsi, rəqəmsal TV yayımına tam keçid, elektron hökumət portalının imkanlarının genişləndirilməsi, texnoparkların yaradılması və sair kimi layihələri misal kimi gətirmək olar».
Ə.Abbasov həmçinin
bildirir ki, 2013-cü il ölkənin kosmik sənayesinin
inkişafı üçün əhəmiyyətli
olacaq və Azərbaycan 2016-cı ildə
orbitə artıq ikinci peykini
buraxacaq: «İlk süni peykin fevralın
7-dən 8-nə keçən gecə orbitə
buraxılacağı gözlənilir».
İKT
İNKİŞAF FONDUNUN NİZAMNAMƏ KAPİTALI 15
MİLYON MANAT OLACAQ
Nazir qeyd edir ki, yaxin günlərdə Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nizamnamə layihəsinin təsdiq olunacağı proqnozlaşdırılır: “Onun nizamnamə fondunun 15 milyon manat olacağı gözlənilir. Məlum olduğu kimi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu dövlət başçısının 2012-ci il 15 mart tarixli sərəncamı ilə yaradılıb.
Fondun məqsədi Azərbaycanın İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir. Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap (“start-up”) şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcək. Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və Fondun fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcək. İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədilə vençur maliyyələşməsi həyata keçiriləcək”.
Nazirin fikirlərinə görə, Fondun digər vacib vəzifəsi İKT sahəsində fəaliyyəti stimullaşdırmaq məqsədilə perspektivli və sürətlə inkişaf edən İKT şirkətlərinə investisiyaların yatırılması, o cümlədən birgə şirkətlərdə payçı şəklində investisiyaların yerləşdirilməsindən ibarətdir. Fondun həyata keçirdiyi investisiya siyasəti İKT sektoruna yerli və xarici investisiyaların cəlb olunmasının təşviqindən ibarət olacaq. Belə ki, birgə şirkətlərdə payçı kimi iştirak edərək, Fond öz-özlüyündə dövlətin İKT sahəsində qarantı kimi çıxış etmək və Azərbaycanın İKT sektorunun birbaşa xarici investisiyalar üçün etibarlığını artırmaq niyyətindədir.
O qeyd edir ki, ölkədə innovasiya yönümlü fondun yaradılması növbəti dəfə göstərir ki, dövlər İKT sahəsinə xüsusi diqqət ayırır.
Fondun vəsaitlərindən müxtəlif strukturlar istifadə edə biləcək ki, bu da ölkədə İKT sahələrinin maliyyə tərkibinin səmərəli tətbiqinə və inkişafına kömək edir: “ Fond innovasiya yönümlü layihələrə daha operativ kömək etməyə imkan verəcək və ölkəyə xarici kapitalın cəlb edilməsi üçün əlverişli mühit yaradacaq. İT sektoru dinamik dəyişir, bununla əlaqədar yenilənmə prosesi maliyyə dəstəyi tələb edir. Burada söhbət təkcə texnologiyalar haqqında deyil, habelə mövcud məsələnin hüquqi tənzimlənməsindən gedir. Kadrların mövcudluğu heç də az əhəmiyyət kəsb etmir və bu planda hələ müxtəlif boşluqlar var".
Nazirin qənaətincə, insan
resursları ilə bağlı məsələnin həll
edilməsi üçün müxtəlif
mənbələrə diqqət ayırmaq və müxtəlif
strukturlardan insanları cəlb etmək,
onların işini qiymətləndirmək,
mütəxəssisləri, ekspertləri, elmi
potensialı cəlb etmək, xarici
şirkətlərlə birgə layihələr
reallaşdırmaq, beynəlxalq forumlar təşkil
etmək lazımdır. Bütün bunlar Azərbaycanda informasiya
cəmiyyətinin formalaşması prosesində müsbət əksini
tapacaq.
2015-ci İLDƏN ANALOQ
TELEVİZORLARIN İSTEHSALI DAYANDIRILACAQ
Konfransda
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycanda rəqəmsal TV yayımına
keçid layihəsi çərçivəsində aztəminatlı ailələrə
müvafiq zəruri avadanlıqların pulsuz verilməsi ilə əlaqədar 5 milyon manat həcmində vəsaitin xərclənməsi
gözlənilir: “Hazırda
ölkə əhalisinin
90%-i rəqəmsal
TV-dən istifadə edir. Azərbaycanda fəaliyyət göstərən
televiziyalar rəqəmsal
yayıma keçib.
Əsas məsələlərdən biri
əhalinin rəqəmsal
TV yayımına baxmaq
üçün müvafiq
avadanlıqların olmasıdır
ki, bu avadanlığın
qiyməti 30-50 manat təşkil edir. Qeyd edim ki, 2015-ci ildən analoq televizorların istehsalı
dayandırılacaq».
Ə.Abbasov onu da bildirib ki, Azərbaycandakı
aztəminatlı ailələr
sözügedən avadanlığı
pulsuz alacaq: «Hazırda ölkədə
120 mindən artıq aztəminatlı ailə mövcuddur ki, onlara bu avadanlıqlar
pulsuz veriləcək.
Bu istiqamətdə 5 milyon manat vəsaitin
ayrılması gözlənilir».
Nazir həmçinin
qeyd edib ki, 2013-cü ildə ölkədə analoq yayım dayandırılacaq
və tam rəqəmsal
TV yayımına keçiriləcək.
Hökumət rəsmisi bəyan edib ki, Azərbaycanda
daşınan nömrələr
layihəsinin (Mobile Number Portability) tətbiqinə bu ilin aprel ayından
gec olmayaraq başlanılacaq. Nazirin sözlərinə görə,
layihənin icrasında
müşahidə olunan
ləngimənin səbəbi
mobil rabitə operatorlarının hamısının
buna tam hazır olmaması ilə bağlıdır: «Layihənin
tətbiqi üçün
yalnız mobil rabitə operatorları deyil, fiks olan
sabit operatorlar da buna hazır
olmalıdır və
onların texnoloji baxımdan tam hazır olmaması bu layihənin tətbiqini ləngidir».
Buna baxmayaraq, Ə.Abbasov qısa zaman ərzində prosesə
start veriləcəyini vurğulayıb:
«Hesab edirəm ki, layihənin tətbiqi hər ay baş verə bilər və düşünürəm ki,
bu layihəyə aprelin 1-dən gec olmayaraq başlanılacaq».
AZƏRBAYCANDA İNTERNET AZADLIĞI
AVROPADA OLAN İNTERNET AZADLIĞI SƏVİYYƏSİNDƏDİR
Qeyd edək
ki, Azərbaycanda
Mobile Number Portability xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin
abunəçinin istəyinə
uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması
mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr»
xidmətinin köməyi
ilə abunəçilər
operatorun dəyişdirilməsi
zamanı telefon nömrələrini saxlamaq
imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə
(050, 051, 055, 070 və ya
077) abonent nömrəsinin
tam miqrasiyasını nəzərdə
tutur. Xidmətin tətbiqi abonentlərə
operatoru dəyişəcəyi
təqdirdə, telefon
nömrələrini saxlamaq
imkanı verəcək.
Bu isə o deməkdir
ki, abunəçinin operatoru dəyişəcəyi
halda yeni nömrə almaq, köhnə nömrəsinin
yaddaş kitabçasında
olan nömrələri
köçürmək və
nömrənin dəyişməsi
barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat
göndərmək zərurəti
qalmayacaq.
Azərbaycanda internet azadlığına da toxunan Ə. Abbasov əlavə edib ki, ölkədə
internet azadlığı Avropada
olan internet azadlığı
səviyyəsindədir: “Azərbaycanda
internetdə azadlığa
limit qoyulmur. Hər bir təşkilatın,
siyasi partiyanın
internet saytı var, istədikləri informasiyanı
sərbəst yaya bilirlər. Ölkədə facebook istifadəçilərinin
sayı 1.000.000-a yaxındır”.
Daşınan nömrə xidmətinə
keçidlə də
bağlı danışan
nazir bildirib ki, ölkədəki mobil operatorların bəzi texniki problemləri var: “Buna baxmayaraq hesab edirik ki, aprel
ayına kimi proses başa çatacaq”.
Üç nöqtə.-2013.-22 yanvar.-S.-9.