Azərbaycanda internetdə azadlığa limit qoyulmur
Hər bir təşkilatın,
siyasi partiyanın internet
saytı var, istədikləri
informasiyanı sər bəst yaya bilirlər
Azərbaycanda internet azadlığı
Avropada olan internet azadlığı səviyyəsindədir. Azərbaycanda internetdə azadlığa
limit qoyulmur. Hər bir təşkilatın, siyasi partiyanın internet saytı var, istədikləri informasiyanı
sərbəst yaya bilirlər. Ölkədə facebook istifadəçilərinin
sayı 1 milyona yaxındır.
Bu arada Avropa Rabitə Operatorları Assosiasiyası
(ETNO) "Google" və "Facebook" kimi iri internet-şirkətlərdən
onların trafikinin provayderlərin şəbəkəsində
yaratdığı yüklənməyə
görə ödəniş
almağı təklif
edib. "ETNO" təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına
(ITU) göndərib. Məlumat üçün
bildirək ki, sözügedən layihə
2012-ci ilin dekabrına
təyin edilmiş iclasda müzakirə olunacaq.
"ETNO"-nun üzvləri
bildirirlər ki, müasir şəbəkələr
üzrə böyük
həcmli trafik ötürülür. Provayder isə bu trafiki
təmin etmək üçün keyfiyyətli
infrastruktur yaratmalıdır.
Bu isə xeyli
vəsait tələb
edir. Assosiasiya nümayəndələrinin fikrincə, trafiki təmin edən internet-şirkətlər infrastruktur
xərclərini provayderlər
arasında bölüşdürməlidir
və xərclərin
bölüşdürülməsi ilə bağlı müddəa beynəlxalq telekommunikasiya reqlamentinə
daxil edilməlidir.
Onu da
qeyd edək ki, qərargahı Brüsseldə yerləşən
"ETNO" assosiasiyasına Avropanın 38 telekommunikasiya
şirkəti daxildir və burada sözügedən məsələnin
müsbət həll olunacağına böyük
ümidlər bəslənilir.
Lakin bununla belə böyük şirkətlərdən
internet trafikinin yüklənməsinə
görə vergilərin
tutulmasının əleyhinə
olanlar da var.
Bir sıra iqtisadçı
ekspertlər hesab edirlər ki, trafikin yüklənməsinə
görə verginin tutulmasının heç
bir iqtisadi əsası yoxdur və bu, şirkətlərə
gələcəkdə problemlər
yarada bilər. İqtisadçıların qənaətincə, bütün şirkətlər
öz gəlirlərindən
müəyyən vergiləri
ödəyirlər və
bununla da onların fəaliyyətləri
qanuniləşir. Bundan başqa,
yəni qanunla nəzərdə tutulmayan
vergilərin şirkətlər
tərəfindən ödənilməsini
tələb etmək beynəlxalq normalara və hüquqlara tərs mütənasibdir.
Sözügedən məsələ ilə bağlı fikirlərini açıqlayan Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya
Texnologiyaları İnstitutunun
direktoru Rasim Əliquliyev bildirib ki, hazırda internet bütün dünyada informasiya cəmiyyətinin
qurulması prosesini öz
üzərinə götürməkdədir.
«Yəni internetin
imkanları artdıqca,
yeni xidmətlərin tətbiqi genişləndikcə,
sosial şəbəkələr
inkişaf etdikcə, saytların sayı artdıqca müxtəlif xarakterli məlumatları,
yəni delta informasiyaları,
səsi, videonu, audionu sanki özünə
çəkir.
Məsələ bundan ibarətdir ki,
dünyada bir
informasiya assimmetriyası
deyilən anlayış
var. Bütün dünya
ölkələri eyni
səviyyədə inkişaf
etməyib. Buna görə də fərqlərə baxmadan internetin hər yerdə eyni səviyyədə olması
üçün imkanları
yoxdur» - deyən R.Əliquliyev əlavə
edib ki, inkişaf etmiş ölkələrin imkanları
çox geniş olduğundan onlarda provayderlərin məlumatları
saxlama, xüsusi xidmətləri göstərmək
şansları da böyükdür.
İnternet üzərində
olan trafik mənbələrinin dünyanın
müxtəlif ölkələrində
yerləşdiyini xatırladan
institut direktoru hesab edir ki,
bu da bir
növ ədalətsiz
bir mühit yaradır: «Yəni internet
üzərində ayrı-ayrı
insanlar, ayrı-ayrı
ölkələr bundan
istifadə etdikcə müəyyən
qiymət siyasəti ilə rastlaşırlar.
Çünki hər bir ölkənin
özünün qiymət
siyasəti, iqtisadi mexanizmləri var. Amma buna baxmayaraq dünyada, qeyd etdiyim kimi, informasiya
balansının pozulması,
informasiya assimmetriyasının
mövcud olması belə problemləri meydana gətirir. Ona görə də internetin özü get-gedə informasiya dünyasını, virtual məkanı
öz üzərinə
götürdükcə belə
problemlər daha tez-tez ortaya çıxacaq.
Çünki internetin özünün
də, hər bir prosesdə olduğu kimi, iqtisadi əsasları, iqtisadi siyasəti vardır. Onun xərclərini
ödəmək lazımdır.
Məsələn, trafiklərin daşınması
çox böyük xərc tələb edir. Bunun saxlanması qismən az xərc tələb
etsə də, daşınmasında olan
problemin həlli bu gün dünyada
mühüm məsələlərdən
biridir.
Çünki informasiya assimmetriyası getdikcə genişlənir
və eyni zamanda peyk operatorları
məlum ölkələrin
əlindədir. Yəni hər
bir kəs ondan bərabər istifadə edə bilmir. İnternetin qiymətlərinin sürətlə aşağı
düşməməsinin səbəbləri
də elə bundan ibarətdir ki, informasiyanı daşıyanlar, peyklər,
provayderlərin hamısı
inkişaf etmiş ölkələrdədir. Ona görə də belə bir disbalansın
yaranması dünyada
müzakirə olunan məsələdir.
Onun üçün
də ölkəmizdə Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi
BMT qarşısında məsələ
qaldırıb ki, dünyada olan informasiya assimmetriyası aradan götürülsün,
ayrı-ayrı ölkələr,
məsələn, Azərbaycanın
ətrafında olan ölkələr də bundan istifadə etmək imkanı əldə edə bilsinlər. Elə
"Trans-Avrasiya Super İnformasiya
Magistralı"nın
missiyası da ondan ibarətdir ki, Şərqdə olan informasiya Azərbaycan vasitəsi ilə Qərbə nisbətən ucuz qiymətə daşınsın.
Eyni zamanda Azərbaycan
Qərb üçün
bir növ Şərqə DATA mərkəzləri
toplamaqla, məsafəni
qısaltmaqla xərcləri
azalsın. Ona
görə Azərbaycan
da dünyada olan bu prosesdə
yaxından iştirak edir, öz töhfəsini
vermək istiqamətində
çalışır və
region ölkələri üçün
belə bir layihəni ortaya qoyur. Ona görə də
həmin qiymət məsələsinə toxunaraq
bildirirəm ki, hazırda bu məsələ ilə bağlı son söz demək mümkün deyil.
Çünki hələlik bu,
dünya tərəfindən
müzakirə olunan mövzudur. Hazırda müxtəlif
şirkətlər trafikdən
daha çox istifadə edirlər.
Öz kontentlərini iqtisadi bir əmtəə kimi bazara çıxardırlar,
çoxlu gəlir əldə edirlər.
Çoxlu gəlir əldə
edənlər də əlbəttə ki, çoxlu pul verməlidir. Məntiq bunu
deyir. Ona görə də
dünyada internetin tənzimlənməsi aktual
məsələdir».
R.Əliquliyevin sözlərinə görə,
hazırda bütün
dünyada internetin hüquqi tərəfləri
ilə yanaşı, onun iqtisadi tənzimlənməsi
məsələsi də
gündəmdə duran
mövzulardan biridir. İnstitut direktorunun qənaətincə, internetin
iqtisadi tənzimlənməsi
də beynəlxalq hüquqa, beynəlxalq əməkdaşlığa əsaslanmalıdır:
«Çünki ayrı-ayrı
ölkələrin iqtisadi
əsasları ilə
bütün interneti tənzimləmək qeyri-mümkündür.
Ona görə də məsələ aktualdır
və dünyada internetin özünün digər problemlərlə
yanaşı, onun iqtisadi əsaslarının,
pul siyasətinin, maliyyə siyasətinin formalaşması da müzakirə mövzusudur».
İnternet trafiklərini
yükləyən şirkətlərin
isə gəlirlərindən
nə qədər vergi verməli olduğunu indidən deməyin çətinliyini
önə çəkən
R.Əliquliyevin sözlərinə
görə, buna səbəb hər bir ölkənin özünün mili maraqlarının, iqtisadi təhlükəsizlik siyasətinin
mövcudluğudur: «Dünya
üzrə qlobal iqtisadi təhlükəsizlik
anlayışı bu günlər hələ idarə olunan proses deyil. Ona görə
də hər bir ölkənin vergi, iqtisadi maraqları və siyasəti var. Bu səbəbdən
də güman etmirəm ki, dünya üzrə internetin iqtisadi şəkildə tənzimlənməsi
üçün hələlik
hansısa bir normaları olsun.
Sadəcə olaraq bu, çağırışlar və
baxışlardır. Aparıcı, informasiya iqtisadiyyatı
ümumdaxili məhsulun
böyük bir hissəsini təşkil edən və üstəlik, internet iqtisadiyyatı
inkişaf edən ölkələrdə bu məsələ daha aktualdır. Çünki onların gəlirləri göstərilən informasiya
xidmətlərindən əldə
olunur. Ona görə də
Avropa ölkələrində,
Amerikada bu məsələ daha aktual hesab olunur.
Hələlik Azərbaycan üçün
bu, o qədər də təhlükə yaratmır, o qədər də aktual deyil. Lakin zaman keçdikcə, əlbəttə, Azərbaycan
da bu məsələlərə
toxunacaq və ölkəmizdə internet iqtisadiyyatı
formalaşdıqca bu səpkili problemlər Azərbaycana da aid olacaq və ölkəmiz beynəlxalq
səviyyədə qəbul
edilmiş tənzimləmə
normalarına qoşulacaq.
Üç nöqtə.-2013.-24 yanvar.-S.9.