“Əsli və Kərəm” 25 illik fasilədən sonra tamaşaya qoyuldu
Operada fədakar məhəbbətin
gücü, insanın mənəvi
gözəlliyi tərənnüm olunur
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyera
tamaşası – dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin “Əsli və
Kərəm” operasının premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən verilən
məlumata görə, 25 illik fasilədən
sonra yeni quruluşda hazırlanan “Əsli və Kərəm”in
rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev,
musiqi rəhbəri və dirijoru
əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu
rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
Premyera tamaşasında əsas
partiyaları Opera və Balet
Teatrının gənc solistləri, respublika
muğam müsabiqəsinin laureatları
Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa edib. Gənclərlə
yanaşı, tamaşada həmçinin
teatrın təcrübəli solistləri – xalq
artisti Şahlar Quliyev (Keşiş), əməkdar
artistlər Sabir Əliyev (Şah),
Nizami Bağırov (Paşa),
solistlərdən Nəzər Bəylərov (Sofi),
Mütəllim Dəmirov (Şeyx) və b. çıxış ediblər.
Ü.Hacıbəylinin yaradıcılığına xüsusi yeri olan bu operanın ilk tamaşası 1912-ci il
mayın 18-də Opera və Balet teatrının binasında keçirilib. Operada fədakar
məhəbbətin gücü,
insanın mənəvi gözəlliyi tərənnüm olunur.
Aygün
Üç nöqtə.-2013.-25
yanvar.-S.-13.