İKT müasir həyatın ən gəlirli fəaliyyət sahəsinə çevrilib

 

İqtisadiyyatın bir çox sahələri arasından məhz İKT sektoru ön plana çəkilib

 

Kommunikasiya texnologiyaları, kompüterlər, mikroelektronika, nanotexnologiyas. informasiya cəmiyyətinə keçidi təmin edən və informasiya texnologiyaları inqilabına səbəb olan texnologiyalardır.

Sözügedən inqilablar meydana gələndə onlardan ilk olaraq bəhrələnən və ya çox keçmədən müəyyən nəticələr əldə edən İngiltərə, Fransa, Almaniya, İsveç, ABŞ və s. ölkələr iqtisadi inkişafı təmin edən yeni texnologiyalar yaratdılar və dünya iqtisadiyyatında əhəmiyyətli yer əldə etdilər. Həmin ölkələr bunun məntiqi davamı kimi bu gün də İKT sahəsində dünyada lider ölkələrdəndir.

Deməli, burada əhəmiyyət kəsb edən xüsusiyyət, dövrün mövcud müasir texnologiyalarının istifadə və istehsalını doğru şəkildə həyata keçirməkdir. Beləliklə, İKT sahəsində lider olmaqiqtisadi inkişafı təmin etmək üçün informasiya cəmiyyətini səciyyələndirən informasiyakommunikasiya texnologiyaları və digər yeni texnologiyaların ilk mərhələdə istifadəçisi və daha sonra istehsalçısına çevrilmək həyati zərurətdir. Yalnız belə olduğu halda ölkələr yüksək standartlar çərçivəsində inkişafı təmin edə bilirlər.

Son illərin statistikası göstərir ki, Azərbaycan İKT sahəsində regionda liderliyini qoruyur. Bu, şübhəsiz ki, müəyyən faktorlara söykənir. Hələ bir neçə il bundan əvvəl Azərbaycanda İKT sektorunu inkişaf etdirmək barədə formalaşan "İKT sahəsi üzrə dünya standartlarına uyğun qanunvericiliyin formalaşması Azərbaycanı yaxın bir zamanda İKT üzrə regional liderə çevirə bilər" fikri zaman keçdikcə geridə qalmış oldu "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Elektron imzaelektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında", "Poçt haqqında", "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olundu.

Bu qanunlarda rabitə və informasiya texnologiyaları sahəsi üzrə geniş islahatların aparılması, telekommunikasiya şəbəkələrində geniş modernləşmə işlərinin həyata keçirilməsi, xüsusiləşdirilmiş sərbəst iqtisadi zona-texnopark yaratmaqs. nəzərdə tutulması gələcək perspektivlərin konturlarını müəyyənləşdirdi.

Azərbaycanda İKT sahəsində əldə olunan uğurlar müvafiq olaraq cəmiyyətin xarakterinə də təsir etdi. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasını daha da sürətləndirən və onun İKT sahəsində regionda liderliyini möhkəmləndirən amillərin sırasında insan faktorunu və rəqabəti unutmaq olmaz. İnkişaf rəqabətin məhsuludur və hər bir mərhələ müəyyən zaman tələb edir. İnnovasiya sistemlərindən bəhrələnərək İKT infrastrukturunun durmadan yüksəldilməsi əlaqəli olaraq digər proseslərin, o cümlədən istifadəçilər tərəfindən yeni texnologiyaların mənimsənməsi ilə bağlıdır.

Fikrimizcə, Azərbaycanda İKT istifadəçilərinin xidmətlərdən lazımi səviyyədə istifadə etməməsi barədə fikri təsdiqləmək mümkün deyildir. İzahatdan da göründüyü kimi, bütün dünyada yeni texnologiyalar o qədər sürətlə inkişaf etməkdədir ki, ilk növbədə, onun istifadəçilər tərəfindən mənimsənilməsi müəyyən vaxt tələb edir. Məsələn, 3G-dən istifadədə olduğu kimi. Bütün mobil operatorlar tərəfindən tətbiqinə cəmi bir neçə ay bundan əvvəl başlanılmasına baxmayaraq, artıq 2 milyondan çox istifadəçisi vardır. Bu müddət üçün heç də aşağı göstərici deyildir. Başqa bir misal internet-bankçılığı göstərmək olar. Çox az müddət içərisində respublikada bu xidmətlərdən yararlanan istifadəçilərin sayı artmaqdadır.

Qloballaşma proseslərinin cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz etməsi ilə geniş vüsət aldığı dövrdə dünyada, o cümlədən də Azərbaycanda əsas məqsəd elmi-texniki tərəqqinin nailiyyətlərindən bəşəriyyətin rifahı naminə istifadə olunmasıdır. Müasir texnologiyaların, internetin mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının beynəlxalq aləmdə təbliği, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, dünya azərbaycanlılarının həmrəyliyi ideyalarının yayılmasında rolu böyükdür. İctimai fikrə təsir imkanları baxımından televiziyaradio ilə yanaşı, müasir dövrdə elektron kütləvi informasiya vasitələri xüsusi çəkiyə malikdir.

Bu gün milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində Azərbaycan fəal iştirak edir. İKT-nin dinamik inkişafı digər sahələrlə yanaşı, televiziyaradio, KİV-in rəqəmsallaşması, fəaliyyət sahəsinin genişlənməsi, KİV-in fəaliyyətində peşəkarlığın artırılması üçün böyük imkanlar yaratıb.

Müasir dövrdə ölkəmizin iqtisadi cəhətdən güclənməsi və vətəndaşların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar. İKT-nin cəmiyyətə, sosial-iqtisadi, siyasi, mədəni-mənəvi inkişafa təsiri yeni XXI əsrin insanını, insanlar arasında münasibətləri və yeni istehsal vasitələrini formalaşdırır.

Beləliklə, İKT yeni sosial-iqtisadi formasiyanın - informasiya cəmiyyətinin yaranması və formalaşmasının əsasını, bünövrəsini qoyur. Bu gün fərəhlə deyə bilərik ki, bütün dünyada olduğu kimi, İKT-nin cəmiyyətin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və söz azadlığının təminatındakı rolu ön plana çəkilib.

Son illərdə dünyada informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İKT infrastrukturuna və xidmətlərinə çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edir. İnternettexnologiyalar həyatımızın əvəzolunmaz tərkib hissəsinə çevrilmiş və iqtisadiyyatın elə bir sahəsi qalmaib ki, orada İKT-nin imkanlarından istifadə edilməsin. Bu məqamlar İKT-nin prioritet elan edilməsini şərtləndirən vacib amillər olublar. Həmçinin bu siyasət informasiya cəmiyyətinin inkişaf etməsinə, milli informasiyakommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsinə və ölkə üzrə əhatəsinin genişlənməsinə xidmət edir. Prezident İlham Əliyev ilk dəfə İKT sektorunun prioritet sahə olduğunu elan edərkən Azərbaycan iqtisadiyyatının gələcəyinin bilavasitə bu sahə ilə bağlı olacağını vurğulaib. Bu gün tarixən təbii ehtiyatlara əsaslanan Azərbaycan iqtisadiyyatının texnolojiinnovasiya tutumlu iqtisadiyyata keçid məsələsi aktualdır. Təbii ehtiyatlardan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli inkişafa hesablanmış uzaqgörən siyasətin tərkib hissəsidir və iqtisadiyyatın bir çox sahələri arasından məhz İKT sektorunun ön plana çəkilməsi bilavasitə onunla əlaqədardır ki, İKT müasir həyatın ən gəlirli fəaliyyət sahəsinə çevrilib.

 

 

Üç nöqtə.-2013.-26 yanvar.-S.-9.