Azərbaycan İKT sahəsində beynəlxalq layihələrdə iştirak edir

 

Strateji layihələrdə iştirak ölkəmizin beynəlxalq internet ilə bağlantısını yaxşılaşdıracaq

 

Gənclər və yüksək intellektə malik mütəxəssislər öz istəklərini reallaşdırmaq üçün məhz belə şəraiti olan ölkələrə üz tutur

 

 Bu il Azərbaycanda İKT ilidir. Belə sual oluna bilər ki, bəs indiyə qədər İKT sahəsində Azərbaycan hansı beynəlxalq layihələrdə iştirak edir onun respublikamıza faydası nədir? Aparılan müşahidələrə görə, bu gün Azərbaycan bir neçə böyük regional layihələrə cəlb olunub. Onlardan xüsusi olaraq "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), Regional İnnovasiya Zonası (RİZ), Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace" "Avropa-Asiya Yüksəksürətli İnformasiya Magistralı" layihələrini qeyd etmək olar.

Avrasiya regionunda dünyanın inkişaf etmiş cəmiyyətləri ilə müqayisədə insanların səmərəli qiymətlərlə internetə qoşulma imkanlarının məhdud olmasını, istehlakçıların qoşulma üçün həddən artıq yüksək haqq ödəməsini regionun beynəlxalq qoşulmalarla zəif təchizatı sahəsində dünyada mövcud olan "rəqəmli fərqliliyi" nəzərə alaraq Azərbaycanın "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın" (TASİM) yaradılması təşəbbüsü ilə çıxış etməsi regional əhəmiyyətə malikdir. Bu layihə İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan qeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcək. Hazırda layihənin reallaşdırılması beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri beynəlxalq təşkilatlarla birgə işlər görülür.

Avrasiya regionunda "rəqəmli fərqliliyi" aradan qaldırmaq ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərəliliyindən bəhrələnməsi məqsədilə Azərbaycan hökuməti sözügedən layihənin BMT-nin Baş Assambleyasında müzakirə edilməsinə Assambleyanın 64-cü sessiyasında bu barədə qətnamənin yekdilliklə qəbul edilməsinə nail olub.

Qətnamədə bu layihənin regionda nəinki İKT-nin, həmçinin minilliyin məqsədlərinə - yoxsulluğun savadsızlığın azaldılmasına, ümumiyyətlə, sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi, eləcə Azərbaycanın layihənin həyata keçirilməsi üzrə regional səyləri koordinasiya etmək təşəbbüsü alqışlanıb. Hazırda layihənin reallaşdırılması üzrə işlər davam etdirilir. Azərbaycanın "Europe Persia Express Gateway" layihəsində iştirak etməsi, ölkəmizin "texnoloji hub"a çevrilməsi strategiyasının bir hissəsi olaraq, Azərbaycanı yeni tranzit marşrutunun yaradılması üçün istifadə etməyə imkan yaradır.

Güman edilir ki, Azərbaycanın bu layihədə iştirakı ölkəmizin beynəlxalq interneti ilə bağlantını yaxşılaşdıracaq. Ümumiyyətlə, layihə sayəsində Avropadan Omana, Frankfurt şəhərindən başlayaraq Polşa-Ukrayna-Rusiya-Azərbaycan-İran Oman ərazisindən keçməklə çox böyük tutumlu, keyfiyyətli rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcəkdir. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı kabellərə alternativ olaraq ən qısa yoldur. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm ehtiyat marşrut olaraq seçilib. Adı çəkilən layihədə iştirak, Azərbaycanın "Delta Telekom" operatorunun yüksək texnoloji səviyyəsini göstərir.

Ümumilikdə Azərbaycan böyük coğrafi kommersiya potensialına malikdir ki, bu da ölkənin "texnoloji hub" olmasına təkan verir. TASİM, "Azərkosmos", "Avropa-Asiya Yüksəksürətli İnformasiya Magistralı" Regional İnnovasiya Zonası layihələri qarşıya qoyulan məqsədlərə çatmaqda bizə dəstək olacaq.

İKT sektoru üzrə İnvestisiya Fondunun yaradılması fikri maraqla qarşılanıb. Bu fondun yaradılmasında məqsəd nədən ibarət ola bilər?

Rabitə İnformasiya Texnologiyaları Nazirliyin (RİTN) məlumatına görə, bu fondu yaratmaqda əsas məqsəd İKT sektoruna daxil olan yeni Azərbaycan şirkətlərinə dəstək olmaq bu yolla İKT sahəsinin inkişafına təkan verməkdir. İnvestisiya Fondunun qarşısında yeni elmtutumlu innovasiyayönümlü layihələrin yaradılması, ixtisaslı mütəxəssislərin layihələrə cəlb olunması, mikro nanoelektronika sahəsində istehsal, proqram təminatı region bazarlarına informasiya verilməsi kimi vacib məsələlər üzrə dövlətin maliyyə resurslarından istifadə imkanı yaratmaq məqsədi qoyulub. İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin rəqabət qabiliyyətini artırmaq bu şirkətlərə xarici investisiyaların cəlb olunmasına xidmət göstərmək fondun İKT sektorunun iqtisadi durumunun inkişafına yönələn prioritet fəaliyyət istiqaməti olacaq.

RİTN-in diqqət mərkəzində saxladığı əsas məqam İKT sahəsi üzrə yüksək biliklərə malik olan azərbaycanlı mütəxəssislərin işlə təmin olunmasıdır. İxtisaslaşmış İnvestisiya Fondunun vacib məqsədlərindən biri belə gənc istedadların yeni layihələr ətrafında cəmləşməsini təmin etməkdir. Fondun dəstəyi sayəsində elmi-tədqiqat innovativ işlə məşğul olmaq istəyən mütəxəssislərin startap-layihələrə cəlb olunması, bu kimi yeni firmaların qısa müddət ərzində uğurla möhkəmlənməsi mənfəət əldə edilən səviyyəyə çatmasına nail olmaq mümkün olacaq. İKT sahəsinin ölkə iqtisadiyyatında rolunu xüsusi qeyd edən Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov deyir ki, inkişaf etmiş ölkələrdə məhz elm tutumlu sahələrin inkişafı hesabına iqtisadi artımın 65-70%-i təmin olunur: “Azərbaycanda isə buna nail olmaq üçün hələlik lazımi qədər intellektual kapital formalaşmayıb. Bir neçə il əvvəl yaradılmış Elmin İnkişafı Fondu bəzi layihələrə 1 milyon manatdan artıq vəsait ayırsa da, gözlənilən səmərə əldə olunmayıb. Ölkədə elm sahəsinə ayrılan vəsaitin ÜDM-ə nisbəti 1%-dir, halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 2-3% arasında dəyişir.

“Price waterhouse coopers” beynəlxalq konsaltinq qrupununDünya 2050-ci ildəadlı məruzəsində qeyd olunur ki, yaxın onilliklər ərzində inkişaf etməkdə olan ölkələr ÜDM-in artım tempinə görə Qərb ölkələrini geridə qoyacaq yeniinkişaf qütblərinin yaranmasına gətirib çıxaracaq. Proqnozlara görə, 2050-ci ilə təxminən 54 trilyon dollar dəyərində əmtəə xidmətlə Çin dünyada 1-ci yeri tutacaq”.

Başqa cür düşünənlər var. Belə ki, tanınmış isveç iqtisadçısı Qorxuya düşmüş biznes” (Funking Business) adlı kitabın müəllifi Kyel Nordstrem hesab edir ki, ABŞ yaxın onilliklərdə dünya iqtisadiyyatında lider olaraq qalacaq. Bu ölkədə yaradılmış biznes mühiti onu digər ölkələrlə müqayisədə insanlar üçün daha cəlbedici edib. Məhz bu səbəbdən ABŞ-a miqrasiya daim artmaqdadır. Gənclər yüksək intellektə malik mütəxəssislər öz istəklərini reallaşdırmaq üçün məhz belə şəraiti olan ölkələrə üz tutur. Son 30 ildə Qərbi Avropadan ABŞ-a 450 mindən çox ali təhsilli gənc miqrasiya edib. Nəticədə elm texnika sahəsində ən yeni ixtiralar məhz ABŞ-ın payına düşür.

Bu ilin əvvəlində Ümumdünya İqtisadi ForumuQlobal risklər 2013” adlı hesabat təqdim edərək, yaxın onillikdə dünyanın əsas təhlükələri kimi, varlı yoxsullar arasında yaranmış gəlir fərqlərinin dərinləşməsi, maliyyə institutlarının müflisləşməsi, əhalinin qocalaşması bununla bağlı pensiya sistemində yaranan problemlər, ekoloji gərginliyin artması digər riskləri göstərib. Ölkənin gələcək iqtisadi inkişaf doktrinasında dünyada gözlənilən qlobal miqyaslı risklərin nəzərə alınması bu istiqamətdə müvafiq tədbirlərin görülməsi Azərbaycanın davamlı inkişafına imkan verəcək.

 

 

Üç nöqtə.-2013.-30 yanvar.-S.-9.