İKT iqtisadi
transformasiyanın vacib həlqəsinə
çevriləcək
Təbii sərvətlərdən
texnoloji və innovasiya
tutumlu iqtisadiyyata keçid reallaşmaq
üzrədir
Təbii sərvətlərdən
texnoloji və innovasiya
tutumlu iqtisadiyyata keçidin reallaşdırılması üçün hüquqi
bazanın təkmilləşdirilməsi ilk
addım olmalıdır
Təbii ehtiyatlar xalqımızın ən qiymətli sərvətidir, amma neft-qaz ehtiyatlarının artım potensialı tükənmək xüsusiyyətinə malikdir və yaxın illərdə təbii ehtiyatların hasilat səviyyəsi stabil olaraq qalacaqdır. Bu səbəbdən ölkə iqtisadiyyatının təbii ehtiyatlardan texnoloji və innovasiya tutumlu iqtisadiyyata transformasiya olunması hökumət qarşısında duran vacib məsələlərdən biridir. Ölkə rəhbəri təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan texnoloji tutumlu və biliklərə əsaslanan iqtisadiyyata keçid yolunda İKT-ni prioritet sahə elan edib. Prezidentin İKT sahəsinə göstərdiyi diqqət və qayğı, məqsədyönlü və uzaqgörən siyasət, həyata keçirilən region əhəmiyyətli layihələr və dövlət proqramları İKT-ni iqtisadi transformasiyanın vacib həlqəsinə çevirib.
Hesab edilir ki, təbii sərvətlərdən texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçidin reallaşdırılması üçün hüquqi bazanın təkmilləşdirilməsi ilk addım olmalıdır. Burada texnoloji və innovativ tutumlu şirkətlərin dövlət tərəfindən xüsusi güzəştlər ilə dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Bu güzəştlər öz növbəsində texnologiya, elm və innovasiya tutumlu şirkətlərə xarici və yerli investisiyaların qoyulması prosesini sürətləndirməlidir.
Yüksək texnologiyalara və innovasiyalara əsaslanan iqtisadiyyatın bərqərar olması insan resursunun inkişafı ilə bilavasitə əlaqədardır. Yalnız insan faktoru innovasiyanın daşıyıcısı rolunda çıxış edir və yeni ideyaların yaranmasına şərait yaradır. Bu səbəbdən ölkə iqtisadiyyatında səmərəliliyə nail olmaq üçün istifadə olunan texnika və texnologiya ilə yanaşı, həmçinin insan resursunun inkişafına da ciddi diqqət ayrılır.
Müasir tələblərə cavab verən İKT infrastrukturunun qurulması ilə bərabər, insan kapitalının da formalaşdırılması zəruri məsələdir.
Bu istiqamətdə xüsusi olaraq "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq olunmuş və bu Proqram çərçivəsində çoxlu sayda gənc dünyanın tanınmış universitetlərində təhsil alırlar. RİTN- də "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" yaradılmış və dünyanın nüfuzlu informasiya texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanıb. Artıq 160 yaxın gəncin bakalavr və magistr pillələrində dünyanın aparıcı universitetlərində təhsil almalarına dəstək verilir.
Həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirdiyi "AzGRİD" layihəsi çərçivəsində yüksək texnologiyalar üzrə gənc alim və mütəxəssislərin hazırlanmasına, onların tanınmış beynəlxalq elmi mərkəzlərdə təcrübə keçməsinə dəstək göstərilir.
Bu gün nəinki şəhər və kəndlər, həm də qitələr, regionlar və ölkələr arasında rəqəmsal uçurum mövcuddur. Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirmələrinə görə, internetin yayılma səviyyəsi inkişaf etmiş ölkələrdə 73,8%, inkişaf etməkdə olan ölkələrdə isə 26,3%, sabit telefon şəbəkəsinin inkişaf səviyyəsi Avropa ölkələrində 39,1%, MDB ölkələrində 26,3%, Afrikada 1,4%, mobil şəbəkənin yayılma səviyyəsi Avropa ölkələrində hər 100 nəfərə 119 ədəd, MDB ölkələrində 143 ədəd, Afrika ölkələrində isə 53 ədəd təşkil edir. Dünyada mövcud olan rəqəmsal fərqi qeyd etmək üçün daha çox nümunələr göstərmək olar.
Təbii ki, bu uçurum şəhər və kəndlər arasında da mövcuddur. Hər bir dövlətin İKT siyasətində əsas hədəflərdən biri də ölkədə sosial təbəqələr və coğrafi məkanlar arasında olan rəqəmli fərqi aradan götürmək və İKT-nin yaratdığı üstünlüklərindən ölkənin hətta ən ucqar yaşayış məntəqələrində yaşayan insanların istifadəsinə imkan yaratmaqdır.
Bu istiqamətdə Azərbaycanda da çox ciddi tədbirlər görülür və layihələr həyata keçirilir. Bu gün artıq ölkənin ən ucqar yaşayış məntəqələrində belə telefon rabitəsi imkanlığı yaradılib, ölkənin telefon şəbəkəsi tam elektronlaşdırılib və 1200 kənd ATS-dən 720-də optik bağlantı və ADSL xidməti göstərilməsi təmin edilib.
Görülmüş işlərin nəticəsidir ki, son 5 il ərzində kənd ATS-lərinin elektronlaşma faizi 71%-dən 100%-ə, hər 100 nəfərə düşən sabit şəbəkə abunəçilərinin sayı kəndlərdə 5,9-dan 7,1-ə yüksəlib. Bu bir dövlət, iki özəl şirkət tərəfindən Azərbaycan ərazisi optik kabel vasitəsi ilə informasiya şəbəkələri ilə təmin olunur. Artıq bütün rayon mərkəzləri və 30 faiz kəndlər optik şəbəkəyə qoşulub. Bürün kəndlərin optik şəbəkə ilə tam əhatə olunması isə 2013-cü ilin birinci yarsına planlaşdırılıb.
Hesab edilir ki, şəhər və kəndlər arasında rəqəmsal uçurumun olmaması hər bir ölkənin İKT siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə Azərbaycanda işlər məqsədyönlü şəkildə həyata keçirilir.
Hazırda respublikamızda İKT sahəsində fəaliyyət göstərən özəl şirkətlərin fəaliyyətinə dövlət tərəfindən lazımi dəstək verilir. Təsadüfi deyildir ki, bu sahədə çox sayda özəl müəssisə, operator və provayderlər fəaliyyətdədir. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin çoxu qeyri-dövlət rabitə müəssisələrinin payına düşür. Yuxarıda qeyd etdiyim kimi, 3-cü nəsil (3G) mobil rabitə xidmətləri üzrə özəl operatorlara lisenziyaların verilməsi, internet xidmətləri üzrə tariflərin son illər ərzində dəfələrlə aşağı düşməsi , genişzolaqlı internetin çəkisinin sürətlə artması, regionlarda provayderlərin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması bu bazarda rəqabət şəraitini yaxşılaşdırmaqla yanaşı, provayderlərin istifadəçilərə göstərdiyi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.
Yüksək texnologiyaların tətbiqindən danışanda internet xüsusi vurğulanmalıdır.
Hazırda Azərbaycanda internetin inkişafı üçün
böyük potensial mövcuddur. Respublika ərazisinin fiber-optik magistral şəbəkələrlə
tam əhatə olunması,
bütün yaşayış
məntəqələrinin telefonlaşdırılması və
telefon şəbəkəsinin
elektronlaşdırılması və mobil telefon
şəbəkələrində 3G texnologiyasının, həmçinin
yaxın gələcəkdə
4G (LTE) xidmətlərinin tətbiqi
ölkənin istənilən
nöqtəsində yüksəksürətli
internetə çıxış
imkanı yaradır.
Bu seqmentdə özəl
sektorun rolu davamlı olaraq artmaqdadır. Ölkədə 40-a yaxın internet xidmət provayderi və 600-dən çox
internet-klub fəaliyyət
göstərir. Hazırda ölkəmizin
qlobal internet şəbəkəsində
qoşulma sürəti
100 Gbitsaniyəni ötmüşdür
ki, bu da
respublikamıza bölgə
ölkələrinə internet xidmətlərini ixrac etməyə imkan verir. Əhalinin internetdən istifadəsini
genişləndirmək məqsədilə
ölkədə son 4 ildə
internetin qiyməti 10 dəfəyədək azaldılıb.
Bu sahədə gözlənilən
yeniliklərə gəldikdə
isə, ilk növbədə
genişzolaqlı internet xidmətləri
ilə bağlı mövcud vəziyyət,
2015-ci ilədək proqnozlar
və eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının
(BTİ) Rəqəmli İnkişaf
üzrə Genişzolaqlı
Komissiyasının müəyyənləşdirdiyi
hədəflərə uyğun
olaraq hazırladığımız
"Azərbaycanda genişzolaqlı
internet xidmətlərinin inkişafı
üzrə Fəaliyyət
Proqramı"nı qeyd
etmək istəyirəm.
Bu proqramın reallaşması ilə ölkəmizin BTİ və
digər mötəbər
beynəlxalq təşkilatlarda
reytinqinin, genişzolaqlı
internet infrastrukturunun potensialının
və ondan istifadə imkanlarının
artırılması, habelə
ictimai yerlərdə yüksəksürətli internetə
simsiz çıxış
təmin ediləcəkdir.
Bununla yanaşı, milli kontent inkişaf etdiriləcək və ölkədaxili trafikin həcmi artacaq.
"Telekommunikasiya haqqında"
Azərbaycan Respublikasının
Qanununa əsasən, telekommunikasiya sahəsində
fəaliyyət göstərən
operatorlar, provayderlər,
digər hüquqi və fiziki şəxslər, habelə
avadanlıqların istehsalçıları
və təchizatçıları
telekommunikasiya şəbəkələrinin
yaradılmasında və
inkişaf etdirilməsində,
xidmətlərin göstərilməsində
bərabərhüquqlu subyektlər
hesab edilirlər.
Üç nöqtə.-2013.-31 yanvar.-S.-9.