“Mən çox
şanslı insanam”
Almaz Orucova: “Səhnə
istedadı olanları
saxlayır, olmayanları
yavaş-yavaş sıradan
çıxarır”
Muğam sənəti Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Muğam şərəfli sənət olaraq, folklorumuzu özündə yaşadan sənətdir. Bu şərəfli sənəti layiqincə daşımaq hər kəsə qismət olmur. Çünki sənətdə uzun müddət qalmaq üçün istedadını, səsini sənətinlə tamamlamağa çalışmalı, bu yolda qarşına çıxan bütün çətinlikləri dəf etməlisən. Muğam ifaçısı, əməkdar artist Almaz Orucova məhz belə sənətkarlardandır. O, bu həftə “Şənbə qonağı”mızdır. Əməkdar artistin muğama sevgisi, sənətinin sirrləri və bir çox mövzulara toxunduğu müsahibəsini sizlərə təqdim edirik.
Rəqsanə: Almaz xanım çox gözəl səsiniz var. Bu səsinizə görə, özünüzü layiq olduğunuz pillədə hesab edirsiniz?
A. Orucova: Təbii ki, uzun illərdir bu sənətin içindəyəm və oxuyuram. Dövlət konsertlərində iştirak edirəm, xarici
ölkələrdə çıxış edirəm. Bütün bunlarla bərabər
dövlətdən də layiqli qiymətimi
almışam. Bu gün
əməkdar artistəm. Azərbaycan Dövlət
Filormoniyasında çalışıram. Bir
az təmbəlliyim var,
amma vaxt tapdıqca dəvət
olunan hər bir tədbirdə
iştirak etməyə
çalışıram. Bu gün Allaha şükür layiq olduğum yerdəyəm və efirlərdən
də hər zaman dəvət alıram. Getdiyim də olur, getmədiyim
də.
Aygün: Amma
o qədər də üzdə deyilsiz. Sanki
özünüz buna can atmırsız?
A. Orucova: Düzdür, daha çox özüm can atmıram. Son illər ölkəmizdə
muğamla bağlı
çox gözəl müsabiqələr keçirildi,
istedadlı xanəndələr
üzə çıxdı.
Onlar layihənin iştirakçısı
olaraq çox asanlıqla tanınmağa
başladılar. Dünya bu
müsabiqəyə baxdı.
Bu müsabiqə gənc istedadların şansı oldu. Belə deyək də, bu gənclərlə zaman və vaxt
fərqimiz var. Bizim vaxtımızda tanınmaq
çox çətin
idi. Reklama, efirə addım-addım
gedirdik. Amma bu gənclərin şansı
oldu ki, layihənin iştirakçısı
olaraq üzdə olub daha çox
reklam qazandılar.
Heç
kəs pis qəbul etməsin. İndiki uşaqlar elə bilirlər ki, həyatda təcrübə
toplayıblar, ikinci dəfə dünyaya gəliblər və hər tərəflidirlər.
Maşallah-maşallah. Amma inanın indiki
uşaqlar çox fəaldılar. Çağrılmayan yerə də getməyə çalışırlar.
Bu yəqin ki,
zəmanənin tələbidir,
yoxsa beyinlərinin təfəkkürüdür. Bunlar bu qədər fəaldırlar. Çox cəlddirlər.
Hər şey də, maşallah qazanırlar.
Təki qazansınlar. Onlar zəmaninin
yaxşı vaxtına
düşdülər. Ona görə də istəyərdim ki, əllərində olan şansları dəyərləndirib
daha da irəli
getməyə çalışsınlar.
Tutaq ki, mən neçə
illər çalışandan
sonra maşın ala bildim. Amma indiki gənclər
sənətə gələndən
qısa vaxt sonra maşın alırlar. Hər birinin sağlığına
qismət. Hər biri
sənətə təzə
başlayan uşaqlardılar.
Bu onların ola
bilər ki, şansıdır. Biz ona qarışa bilmərik. Amma qarşımıza çıxan şansı
layiqincə dəyərləndirməliyik.
Aygün:
Addım-addım çətinliklə
irəliləsəniz də,
yəqin ki, sizin də istədiyiniz
yerə gəlib çatmaq üçün
hansısa şansınız
olub?
A. Orucova: Mənim üçün ən böyük şans tanrının mənə
verdiyi səs və mədəniyyətdir,
insanlıqdır, sadəlikdir,
səmimiyyətdir. Bəzən sadəliyi
sadəlövhlük kimi
qəbul eliyənlər
və bundan istifadə eliyənlər
də olur. Amma insan nə qədər
ucalara qalxsa da sadəliyini qoruyub saxlamalıdır.
Bu gün hər kəs bir az çaş-baş
düşüb. Özlərinə öndəyəm, birinciyəm,
“Ulduz” deyənlərin
sayı çoxalıb.
Nələrləsə fəxr edirlər.
Amma mənim üçün ən böyük şans atamın-anamın
verdiyi tərbiyə və tanrının verdiyi səsdir. Mən özümü şansız
hesab etmirəm. Mən çox şanslı insanam. Bəlkə gec ola bilər, amma güc olur. Amma mən özümü şanslı sayıram.
Rəqsanə: Pedoqoji fəliyyətlə
məşğul olmursunuz.
Buna mane olan nədir?
A. Orucova: Pedaqoji fəaliyyətlə məşğul
olmuram. Ola da
bilmirəm. Mədəni Maarif Texnikomundan müəllimə işləmək
üçün dəvət
almışam. Amma inanırsız
iki ildir deyirəm ki, gedib orda işləyəcəm.
Amma Azərbaycan Dövlət Filormoniyasında çox tədbirlər olur. Həm də evdə uşağa da baxmaq lazımdır.
Bir az
mənə vaxt baxımından çətindir.
Həm də ki, səbrim
də yoxdur.
Aygün:
Bəlkə sizin tələbəniz olmaq istəyənlər var. Onlarla
Almaz xanım öz sirlərini bölüşmək istəməzmi?
A. Orucova: Ümumiyyətlə,
mən heç
internet arxasında da oturmuram. Çox səbrsiz insanam.
Fərdi
olaraq bir, yaxud 5 uşaqla məşğul olmaq səbrim yoxdur. Mümkün
deyil.
Rəqsanə: Gənc muğam
ifaçılarından nə
dərəcədə razısız?
A. Orucova: Gənc muğam ifaçıları
arasında çox istedadlı gənclər
var. Mirələm Mirələmov,
Ehtiram Hüseynov, Güllü Muradova, Arzu Əliyeva, Zabitə Alıyeva, Səbinə Ərəbli
istedadlı gənc muğam ifaçılarımızdandır.
Yaxşılarla yanaşı,
bir az
orta səviyyədə
olanları var. Sənət
belədir ki, nə qədər reklam olunsalar da, səhnə istedadı olanları saxlayır, olmayanları yavaş-yavaş sıradan
çıxarır.
Rəqsanə: Sizcə televiziyalar
keyfiyyətli sənətçilərə
üstünlük verir,
yoxsa başqa kriteriyalar daha öndədir?
A. Orucova: Bu fikri bütün kanallara aid eləmirəm. Amma bu dəqiqə
keyfiyyətdən çox
kəmiyyətə üstünlük
verirlər.
Aygün:
Elə muğam müsabiqələrində çıxan
iştirakçılar var
ki, çox gözəl istedadı olmasına baxmayaraq üzdə deyillər. Sizcə onlar niyə üzdə ola bilmirlər?
A. Orucova: Səbəbi özlərində axtarmalıdırlar.
Həm də ola bilər
ki, istedadlı olsalar da efirlərdən
dəvət almırlar.
Amma ən əsas səbəbi özlərində
axtarsalar daha yaxşı olar.
Rəqsanə: Almaz xanım sizin üçün sənət, yoxsa ailə daha öndə olub?
A. Orucova: Hər bir yaşın, zamanın öz düşüncə tərzi
var. Mən sənətə
yeni gəldiyim vaxtlar bəlkə də fikirləşərdim
ki, sənət daha birincidir. Amma indi gec də
olsa da fikirləşirəm
ki, hər şeydən öndə ailədir. Şükürlər olsun bu gün bir övladım
var.
Aygün:
Oğlunuz artıq
8-ci sinifdə oxuyur. Muğama marağı varmı?
A. Orucova: Yox.
Aygün:
Bəs marağı olsaydı necə istəyərdiz muğam ifaçısı olsun?
A. Orucova: İstəməzdim.
Hər bir peşənin üzvü elə bilir ki, onun
işindən çətini
yoxdur. Amma mən düşünürəm
ki, bizim sənət həm fiziki yorğunluqdu, həm də zaman, vaxt çatışmazlığı
ilə seçilir.
Bizə çox çətindir.
Psixoloji və fikizi olaraq çox yoruluruq.
Aygün:
Amma həm də qürurverici bir sənət sahibisiz…
A. Orucova: Bəli, həm də şərəfli bir peşədə çalışırıq.
Fərqli və hörmətli
bir sənətdir.
Muğamımız günü-gündən inkişaf edir. Dünya səviyyəsində daha çox tanınır.
Fərqi
yoxdur mən və ya başqa
biri ölkəmizi xaricdə təmsil etsin. Hər bir muğam
ifaçısının uğuru
mənim qələbəmdir.
Əsas odur Azərbaycan adı uca tutulsun,
bayrağımız yüksəklərdə
dalğalansın.
Aygün:
Sizə muğamı daha çox sevdirən nədir?
A. Orucova: Muğam mənə kökdən gəlir. Mənim valideynlərimin çox
gözəl səsləri
olub. Kökümüzdən qanımızdan mənə
bunu sevdiriblər.
Amma zaman keçdikcə, insan tədricən yaşa dolduqca sanki başqa cür olur. Vaxtilə muğamı bəyənməyənlər
yaşa dolduqca muğama daha çox meyl edirlər. Zaman keçdikcə insan
kökə daha çox bağlı olur. İnsan axı laylay,
segahla dünyaya gəlir. Laylay segah tərkibli
melodiyadır. Mənə elə
gəlir ki, nə qədər qəlbi daş insan olsa da,
istər-istəməz nə
vaxtsa muğama köklənəcək. Muğamla yanaşı,
mən lirik mahnıları da çox sevirəm. Son zamanlar istedadlı
müğənnimiz Sahib İbrahimovla
duetlər oxumuşuq.
Efirlərdə bir yerdə
çıxış etmişik.
İnternetdə də həmin
mahnıları dinləyə
bilərsiz. Bu mahnıların ardı gəlir.
Rəqsanə: Başqa sənətçilərdən
duet təklifi gəlsə
necə dəyərləndirərsiz?
A. Orucova: Mən Zakir Əliyevlə duetlər ifa etmişəm, yenə də oxuya bilərəm.
Səbuhi İbayevlə oxumaq
istəyərdim.
Aygün:
Estrada müğənnilərindən təklif gəlsə onlarla oxuyarsız?
A. Orucova: Qeyri-normal bir şey kimi
baxmaram. Novruz bayramı ərəfəsində
ANS televiziyasının bir
layihəsi var idi. Estrada müğənniləri
ilə muğam ifaçıları duet oxuyurdular.
Mən də Sevda Ələkbərzadə
ilə Maykl Ceksonun mahnısını
duet oxudum. Muğam
və estrada
sintezi idi. Normal qəbul olundu.
Rəqsanə: Hansı yeni işləriniz var ki, yaxınlarda təqdim edəcəksiz?
A. Orucova: Yeni işlər
həqiqətən çoxdur.
Duet mahnılarımız qurtarsın. Özümün də mahnılarım olacaq. Mahnılar tam hazır olandan
sonra Sahib İbrahimovla
birlikdə bir disk də buraxmaq istəyirik.
Aygün:
Bu il konsert
olacaq?
A. Orucova: Neçə vaxtdır solo konsert vermək istəyirəm, amma hələ də qalıb. Bu konsertin sponsorlarından
asılıdır. Mümkün olsa təbii ki, gözəl bir konsert proqramı
ilə tamaşaçılarımızın
qarşısına çıxmaq
istəyərəm.
Aygün, Rəqsanə
Üç nöqtə.-2014.- 26 aprel.- S.13.