Müdafiə hüququ dövlət orqanlarının cinayət-prosessual fəaliyyəti ilə də təmin olunur

 

Onların üzərinə qoyulmuş müdafiə hüquqlarının təmini üzrə öhdəliklərini yerinə yetirməməsi kobud prosessual pozuntu kimi qiymətləndirilir

 

Bütün ölkələrin konstitusiyalarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının müəyyənləşdirdiyi və həll etdiyi başlıca məsələlərdən biri şəxsiyyətin hüquqi statusu (vəziyyəti) məsələsidir. Konstitusiyanın II

bölməsində ifadə olunan normalar da məhz bu məsələyə həsr edilib. Bəs şəxsiyyətin hüquqi statusu (vəziyyəti) dedikdə nə başa düşülür? Şəxsiyyətin hüquqi statusu (insanın konstitusion statusu) dedikdə, Konstitusiyada təsbit edilən əsas insan və vətəndaş hüquqlarının (azadlıqlarının) və vəzifələrinin məcmusu başa düşülür. Bu hüquqları (azadlıqları) iki qrupa bölmək olar: Insan hüquqlarına (azadlıqlarına);

- vətəndaş hüquqlarına. İnsan hüquqlarına yaşamaq hüququ, azadlıq hüququ, təhlükəsizlik hüququ, mülkiyyət hüququ, şəxsiyyətin ləyaqət hüququ, şəxsi və ailə sirrini saxlamaq hüququ aid edilir. Ayrılmazlıq insan hüquqlarının (azadlıqlarının) vacib prinsiplərindən biridir. Bu prinsipə görə hüquqlar (azadlıqlar) insanın doğulması və mövcudluğu ilə yaranır. Məhz bu səbəbdən onları insanın özündən ayırmaq olmaz. İnsan hüquqlarının (azadlıqlarının) təminatı dedikdə, onların dövlət tərəfindən qorunması başa düşülür. Dövlət hüquqları (azadlıqları) qorumaq üçün müəyyənh tədbirlər nəzərdə tutur və müəyyənləşdirilir. Hüquq və azadlıqlar əsasən iki yolla müdafiə edilir: ümumi yollaxüsusi yolla.

Ümumi yolla müdafiə dedikdə, məhkəmə vasitəsilə həyata keçiriləm müdafiə başa düşülür. Ona məhkəmə müdafiəsi də deyilir. Bu, hüquqların (azadlıqların) müdafiə olunmasının əsas və universal yolu hesab edilir. Ona görə ki, məhkəmələr heç kəsdən asılı olmayıb, müstəqildir və yalnız qanuna tabedirlər. Xüsusi yolla müdafiə isə dövlət icra hakimiyyət orqanları tərəfindən həyata keçirilən müdafiə deməkdir. Ona inzibati qaydada müdafiə də deyilir. Vətəndaş hüquq və azadlıqları isə dövlət tərəfindən qanun əsasında müəyyən edilir. Vətəndaşlara bu hüquq və azadlıqları dövlətin özü verir. Onlar insanın anadan olması (doğulması) ilə əldə edilmirbuna görə də təbii (anadangəlmə) hüquq və azadlıqlar sayılmır. Özü də həmin hüquqların (azadlıqların) verilməsi və müəyyən edilməsi şəxsin dövlətin vətəndaşı olması faktı ilə (vətəndaşlıq faktı ilə), onun dövlətə mənsub olması faktı ilə bağlıdır. Vətəndaş hüquq və azadlıqları sırasına aiddir:

- seçki hüququ;

- siyasi partiyalarda birləşmək hüququ;

- dövlətin idarə olunmasında iştirak etmək hüququ;

- dövlətin və cəmiyyətin siyasi həyatında iştirak etmək hüququ;

- müraciət etmək hüququ s.

Göründüyü kimi, vətəndaş hüquqları əsasən siyasi xarakterə məzmuna malikdir. Bunula bərabər, bəzi sosial-iqtisadi hüquqlar da vətəndaş hüquqları sırasına aid ola bilər. Vətəndaş hüquqları da dövlət tərəfindən qorunur müdafiə edilir, yəni təmin edilir. Ona görə ki, insan hüquqları kimi vətəndaş hüquqları da Konstitusiyada nəzərdə tutulub.

Aydındır ki, insan hüquqlarına yaşamaq hüququ da daxildir. Bunun üçün müdafiə hüququ da çox önəmlidir. Məsələn, cinayət prosesində müdafiə hüququnun daha səmərəli təmini, insan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsindən istifadə olunmasını tələb edir. Hüquqşünas Elxan Quliyevin sözlərinə görə, şübhəli ya təqsirləndirilən şəxsin müdafiə hüququ dedikdə, şübhəli ya təqsirləndirilən şəxsə qarşı yaranmış şübhə ya elan edilmiş ittihamla əlaqədar müdafiə olunmaq üçün istifadə etmək cinayət mühakimə icraatının gedişində özlərinin hüquq qanuni mənafelərini həyata keçirmək üçün şübhəli ya təqsirləndirilən şəxsə verilmiş hüquqların məcmusu başa düşülür. Şübhəli ya təqsirləndirilən şəxsin müdafiə hüququnun təmini isə qanunla onlara verilmiş prosessual hüquqlardan, həmçinin mənafelərinin qorunması üçün qanunla qadağan olunmayan digər üsullardan istifadə etmək imkanı verilməsini ehtiva edir. Qeyd etmək lazımdır ki, şübhəli ya təqsirləndirilən şəxsin müdafiə hüququ təkcə onların özü müdafiəçisi tərəfindən realizasiya olunmur, həm dövlət orqanlarının (müstəntiq, prokuror, təhqiqatçı, məhkəmə) cinayətprosessual fəaliyyəti ilə təmin olunur. Həmin orqanların onların üzərinə qoyulmuş müdafiə hüquqlarının təmini üzrə öhdəliklərini yerinə yetirməməsi kobud prosessual pozuntu kimi qiymətləndirilir. Bu isə məhkəmə tərəfindən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ya yuxarı instansiya məhkəməsi tərəfindən hökmün ləğv edilməsinə səbəb olur. Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror ya məhkəmə zərərçəkmiş, şübhəli ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidirlər. Cinayət prosesini həyata keçirən orqan zərərçəkmiş şəxsin mülki iddiaçının ya onun qanuni nümayəndəsinin, şübhəli, yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki cavabdehin cinayət prosesi gedişində özlərinin dəvət etdiyi nümayəndənin hüquqi yardımdan istifadə etmək hüququnu gözləməlidirlər. Zərərçəkmiş şəxsin ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etmək hüququ yoxdur.

Elxan Quliyev bildirir ki, cinayət prosesində müdafiə hüququnun daha səmərəli təmin edilməsi İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin presedentlərinə, həmin presedentlərdə ifadəsini tapan müddəalara müraciət edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası 25 yanvar 2001-ci il tarixdə Avropa Şurasına daxil olmaqla özünün qanunvericiliyini onun tətbiqi təcrübəsini Avropa standartlarına uyğunlaşdırmaq barədə öhdəlik götürmüşdür. Dövlətin Avropa Şurasının üzvü olmasından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanımasında ilk növbədə Azərbaycan vətəndaşı faydalanır. Vətəndaşlar İnsan hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə hüquq mühafizə orqanlarının fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. 30 mart 2006-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunur ki, «Azərbaycan Respublikası «İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya onun Protokollarının təfsiri tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarmı təmin etməlidir.

 

Ardı var  

 Üç nöqtə.-2014.- 2 aprel.- S.9.