Öz sənətimlə mübarizəyə həmişə hazıram”

 

Fidan Hacıyeva: “Ekranlarda klassik musiqilərə az yer verilməsi məni qane etmir

 

Opera sənətinin tanınmış müğənnisi, Azərbaycan opera sənətini xarici ölkələrdə layiqincə təmsil edən opera müğənnisi, əməkdar  artist Fidan HacıyevaŞənbə qonağı”mızdır. Hazırda Fidan Hacıyeva ciddi-cəhdlə konsert proqramına hazırlaşır. Opera müğənnisinin müsahibəsini sizlərə təqdim edirik.

- Aprelin 19-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəksiniz. Konsertdə tamaşaçıları hansı yeniliklər gözləyir?

- “Sevgili canan” adlı solo konsert verəcəm. Bu konsert illər ərzində gördüyüm işlərin böyük bir hesabatıdır. Bundan öncə də çox konsertlərim olub. Amma bu konsertə xüsusu hazırlaşıram. Konsertdə ən sevimli əsərlərim və yeni yazılmış əsərlər olacaq. Elə obrazlar var ki, heç vaxt oxumamışam. İfa etməyi arzulamışam. “Koroğlu” operasında “Nigar”, “Arşın mal alanda “Gülçöhrə”. O obrazları konsertimdə ifa edəcəm. Konsertdə mənimlə birlikdə böyük orkestr çıxış edcəcək. Orkestr dirijor Cavanşir Cəfərov rəhbərlik edəcək. Ona təklifimi qəbul etdiyi üçün təşəkkürümü bildirirəm. Çox gözəl layihədir. Bu konsert operanın sintezi pop-caz qrupunun birləşməsi olacaq. Yeniliklər olacaq. Simfonik orkestr ilə estrada musiqisinin birləşməsi olacaq. Çoxlu musiqiçilər dəvət etmişik. Çingiz Mustafayev ilə duet ifa edəcəyik. Simfonik orkestrin çox gözəl musiqiçiləri olacaq. Konsertdə insanları səsimlə, musiqimlə zövqlərini oxşamağa çalışacam. Mənim ən böyük arzum odur. Səhnədə yüzdən çox musiqiçi fəaliyyət göstərəcək. Monitorlarda obrazlarımın şəkilləri, video çarxlar olacaq. Mənə ailəm çox kömək edir. Çox çətin məsuliyyətli bir proektdir. Bu yaxınlarda Londonda konsert verdim. O konsertimdə çox çətin oldu. Mən bir konsertlə deyil, ildə bir neçə solo konsertlə çıxış etmək istəyirəm. Bir azərbaycanlı qızı kimi musiqimizi dünyada layiqlincə tanıtmaq mənim borcumdur. Böyük sənət insanlarının sözlərindən zövq almaları üçün bir neçə əsəri ingilis dilinə tərcümə etmişəm. Bu konsertin bir özəlliyi Londondakı konsertin nümayişinin ilk dəfə burada olmasıdır.

- Bir çox xarici ölkələrdə konsert proqramı ilə çıxış etmisiz. Xarici ölkələrdə sizi necə qarşılayırlar? Daha çox hansı ölkələrdə konsert proqramı ilə çıxış edibsiz?

- Çox ölkələrdə konsert proqramı ilə çıxış etmişəm. Yaponiyada , Almaniyada, Avtriyada, İtaliyada, Londonda, Rusiyanın şəhərlərində, Türkiyənin bir çox şəhərlərində və.s kimi ölklələrdə solo konsertlərim olub. Əsas məqsədim Azərbaycan musiqisini dünyaya çatdırmaqdır.

- SizKarmen”, “Aida”, “Koroğlu”, “Sevil”, “Arşın mal alanoperalarını ifa etmisiz? Sizin daha çox tanınmanızda hansı opera mum rol oynadı?

- “Karmenoperası mühüm olub. İnsanlar mənə səhnəmizin Karmeni deyirlər. Karmen xanım deyə müraciət edirlər. O adı mənə çox yaraşdırılar. İnsanların qəlblərində Karmen kimi qalmışam. Bu mənə çox xoşdur.

- Həm sənətin yüksəkliyində olmaq, həm ev xanımı olmaq sizin üçün çətin deyil ki? Bunları necə çatdıra bilirsiniz?

- Mən öz üzərimdə çox çalışıram. Mənimlə işləyən insanlar bilirlər ki, məndə bir dəqiqə boş dayanmaq yoxdur. Bütün günü çalışıram. Öz dostlarıma çox çalışmalarını deyirəm. Çox çalışın, isə edin o zaman qabağa gedəcəksiniz. Belə bir söz var. Səndən hərəkət, məndən bərəkət. Hərəkət zamanı bərəkəti görəcəksiniz. Mənim üçün öz üzərimdə çalışmaq həmişə birinci yerdədir.

- Hazırda Azərbaycanda opera sənəti sizi dərəcədə qane edir qane etmir?

- Yaxşıdır. Opera teatrında gözəl səslərimiz var. O teatrda çox gözəl tamaşalar var. Ekranlarda klassik musiqilərə az yer verilməsi məni qane etmir. Düzgün yanaşmaq lazımdır. Xalqımıza bu musiqiləri sevdirmək lazımdır.

 

- Həm sənətin yüksəkliyində durmaq, həm ev xanımı olmaq sizin üçün çətin deyil ki?

- Hər şeyə vaxt tapmağa çalışıram. Vaxtım çox azdır. İstirahətə vaxtım olmur. Axşamlar telefonlarımı söndürürəm. Ailəmlə vaxt keçirirəm. Çox sənət adamları məclisləri olurlar. Mən çalışıram ki, axşamlar evdə olum. Konsertlərim olanda vaxtında gedirəm vaxtında da evimdə uşaqlarımın içində oluram. Gecə uşaqlarımın üstünü özüm örtməliyəm.

- Uşaqlarınızı gələcəkdə musiqi sahəsində görmək istəyirsiniz?

- Uşaqlarımın musiqiyə istəkləri olsa, niyə olmasın. Mən onlara kömək edərəm. Özləri müəyyən etsinlər.

- Sizin yoldaşınız milliyətcə ingilisdir. Azərbaycanda daha çox xoşuna gəlir?

- O artıq neçə illərdir Azərbaycanda yaşayır. Özünü azərbaycanlı sayır. Deyir ki, artıq məndə ingilislik qalmayıb. Adət-ənənələrimizi, istiqanlılığımızı çox bəyənir. Artıq Azərbaycan dilində danışır. Muğamımızı çox sevir. Bizim rəqslərimiz, yeməklərimiz, bayramlarımız xoşuna gəlir.

- Uşaqlarınız evdə daha çox hansı dildə danışırlar?

- Azərbaycan dilində danışırlar. Ona görə ki, biz hamımız Azərbaycan dilində danışırıq. Həmişə azərbaycan dilində danışırlar. Rus dilində bilmirlər. Azərbaycan ingilis dilini bilirlər.

- Siz qeyd etmisiz ki, opera sənətinin inkişafı üçün xarici dilləri bilmək lazımdır. Hansı dilləri bilirsiniz?

- İngilis dilində təmiz danışıram. İtalyan, rus, bir az fars dilində bilirəm. Ona görə bütün dillərdə oxuyuram. Çox çalışqan insanam. Bütün günü kitablar oxuyuram.

- Hanı kitabları oxuyursunuz?

- Romanları çox sevirəm.

- Fidan Hacıyeca həyatda necə insandır?

- Həyatda səhv etməməyə çalışıram. Hər bir addımı düşünüb atıram. Səhvlər çox baha başa gələ bilər.

- Uşaqlarınıza həyatda necə insan olmaqlarını məsləhət görüsünüz?

- Elm sahibi olmalarını məsləhət görürəm. Elmlə məşğul olsunlar. Bütün fənləri bilsinlər. Sualı onlara verən zaman səhv etməsinlər. Düzgün cavab versinlər. Ali təhsilli olsunlar. Bunları təkcə öz uşaqılarıma deyil, bütün Azərbaycan övladlarına arzulayıram.

- Bu günkü nailiyyətləriniz üçün kimə borclusuz?

- Mən həyatda müəllimim professor Hüseyn Əliyevə borcluyam. O insana böyük təşəkkürümü bildirirəm.

- Opera sənəti çətin sənətdir. Necə oldu bu sənətə gəldiniz?

- Mən Bülbül adına Bakı Musiqi məktəbinin fortopiano sinfini bitirmişəm. Sonra Konservatoriyanın vakal sinfinə daxil oldum. 5 yaşımdan musiqi ilə məşğul olmuşam.

- Fidan Hacıyeva özünü həyatda güclü hesab edir?

- Çox kövrək insanam. Amma bu sənətdə çox güclü insanam. Özümü güclü insan hesab edirəm. Öz sənətimlə mübarizəyə həmişə hazıram. Heç vaxt heç kimə fikir vermirəm. Həmişə öz işimlə məşğul oluram. Allahıma yalvarıram ki, mənə güc versin. Öz sənətimlə həmişə vətənimə qulluq etməyə hazıram. Bəzi insanlar mənə niyə başqa ölkədə yaşamırsan. Mən öz vətənimdə yaşamaq istəyirəm. Ömrümü Azərbaycanda dünyada Azərbaycan musiqisini tanıtmağa həsr etmək istəyirəm.

- Çətin anlarınızda kimə müraciət edirsiniz?

- Allahıma dua edirəm. Heç vaxt yaxınlarıma çətinliklərimin olduğunu demirəm. Dualar çox kömək olur. Mənə pislik edən insanlara heç eləmirəm. Allahımdan kömək istəyirəm. Onların öz cəzalarını çəkdiklərini görürəm.

- Paxıllıqlara çox məruz qalmısız?

- Paxıllıqları görmürəm. Görmək istəmirəm. Hər bir insan sənətdədirsə, zirsvədədirsə onu sevənlər sevməyənlər olur. Bu artıq bir tarixdir.

- Opera sənətçilərindən kimi dinləyirsiniz?

- Firəngiz Əhmədova, Fidan Xuraman bacılarına, müəllimim Hüseyn Əliyevə qulaq asıram.

- Ekranda çox kübar rəsmi xanım kimi görsənirsiniz? Bəs həyatda necə insansız?

- Həyatda çox sadə bir insanam.

- Qarşıda konsertlə bərabər hansı planlarınız var?

- Teatrda tamaşalarım olacaq. Novruz Aslanovdan mahnım var. O mahnıya klip olacaq. Cahangir Qurbanovun mahnıları var. Maraqlı teatr tamaşalarımız var.

 - Bitirdiyiniz Universitet: Bakı Musiqi Akademiyası

 - Bildiyiniz dillər: ingilis-dili, rus-dili, fıransız, italyan

 -Hobbiniz: Hobbim yoxdur

- Alışqanlığınız: Dostlarımla axıra qədər dostluq etmək

- Kariyera xəyallarınız: Artıq etmişəm

- Sevdiyiniz şəhər: Bakı, London

- Sevdiyiniz müğənni: Adriano Çelo

- Sevdiyiniz aktyor aktrisa: Culio Robert, Bred Pit

- Yaxınlarınza bağışladığınız hədiyyə: Londondan gətirdiyim geyimlər

- Ailə vəziyyətiniz: Evli

- Övladınız: Üç uşaq

 

Rəqsanə Həsənova

 Üç nöqtə.-2014.- 5 aprel.- S.13.