Mülkiyyət münasibətlərinin qorunması hüquqi sistemin vacib vəzifəsidir

 

    Cəmiyyətin iqtisadi bazisinin əsasını mülkiyyət münasibətləri təşkil edir

 

Bütün ictimai quruluşların iqtisadi əsası kimi mövcud mülkiyyət münasibətlərinin qorunması istənilən hüquqi sistemin vacib vəzifəsidir. Belə qorunmanın hüquqi vasitələri hüquq sahələrinin əksəriyyətində nəzərdə tutulub. Belə vasitələr mülkiyyət münasibətlərinin müdafiəsi və məxsusluğun tənzimlənməsinin ümumi prinsiplərini müəyyənləşdirən dövlət hüququnda; özgə əmlakına hüquqazidd qəsd etməyə görə məsuliyyət müəyyən edən cinayət və inzibati hüquqda; işçilərin işverənə vurduğu əmək zərərinə görə maddi məsuliyyətini tənzimləmək kimi məsələləri həll edən əmək hüququnda; maddi nemətlərin mənsubiyyətinə aid xüsusi münasibətləri əhatə edən torpaq və ailə hüququnda və digər hüquq sahələrində, o cümlədən, əlbəttə mülki hüquqda nəzərdə tutulub. Hüquqşünas Adil Əliyev bildirib ki, sonuncu özünün mülki hüquqi üsullarını və ya mülkiyyət hüququnu müdafiə vasitələrini müəyyən edir. Lakin mülkiyyət hüququnun qorunması işində mülki hüququn müxtəlif norma və institutları eyni rol oynamır. Onun sözlərinə görə onlardan bəziləri maddi nemətlərin buya digər subyektlərə mənsubiyyətini müəyyənləşdirir, yaxud təsbit edirbununla onları qoruyur, qanunun müdafiəsi altına alır . «Məsələn, əvvəllər bizim qanunlara məlum olmayan əmlak təsərrüfatlarını, təsərrüfat cəmiyyətlərini və şirkətlərini mülkiyyətçi hesab etməklə»,- o deyir. Digərləri mülkiyyətçilərə onlara mənsub olan hüquqi həyata keçirməyə şərait yaradır və bu mənada onların qorunması üçün əhəmiyyətlidir (məsələn, ayrı-ayrı mülkiyyət hüququ obyektlərinin və onlarla əqdlərin dövlət qeydiyyatlarının vacibliyi haqqında qaydalar). Üçüncülər, özgə əmlakı ilə qeyriqanuni fəaliyyət göstərməklə mülkiyyətçiyə maddi zərər vurmaqla mülkiyyət hüququnu pozanlar üçün əlverişsiz nəticələr müəyyən edirlər və verilmiş hüququ qanunazidd qəstlərdən bilavasitə qoruyurlar. Bununla əlaqədar olaraq, mülki hüquqda bu münasibətlərin normal və maneəsiz inkişafını təmin edən onun bütün normalarının köməyi ilə mülkiyyət münasibətlərinin qorunmasını və yalnız göstərilən hüququn pozulması halında tədbiq edilən daha darxüsusi anlayış kimi mülkiyyət hüququnun müdafiəsini bir-birindən fərqləndirirlər. Bu halda mülkiyyət münasibətlərinə qarşı hüquq pozuntusunun törədilməsi ilə əlaqədar tədbiq edilən mülki-hüquq üsulların toplusu nəzərdə tutulur. Adil Əliyev deyir ki, bunlar mülki hüquqların müdafiəsi üsullarının müxtəlif növləridir. Mülki hüquqlar xüsusən də bu hüquqların bir növü olan əşya hüquqları (o cümlədən mülkiyyət hüquqları) qanunla mühafizə edilir. Dövlətin və hüququn ən vacibmühüm vəzifələrindən biri mülkiyyət münasibətlərinin mühafizə etməkdən ibarətdir. Ona görə ki, hər bir cəmiyyətin iqtisadi bazisinin əsasını həmin cəmiyyətdə hakim olan mülkiyyət münasibətləri təşkil edir. Normalsivil iqtisadi dövriyyə mülkiyyət münasibətlərinin hüquqla hərtərəfli, geniş və etibarlı qaydada mühafizə edilməsini tələb edir və nəzərdə tutur. Bu münasibətlər hüququn bütün sahələri tərəfindən mühafizə edilir. Xüsusi ilə mülkiyyət münasibətlərinin hüquqi cəhətdən qorunmasıda konstitusiya (dövlət), inzibati, maliyyə, əmək və cinayət hüququ kimi hüquq sahələrinin rolu və əhəmiyyəti böyükdür. Şübhəsiz ki, bu sahədə aparıcı rol konstitusiya hüququna məxsusdur. Konstitusiyanı 29-cu maddəsi mülkiyyət hüququna həsr edilib. Bu normada mülkiyyət hüququnun qanunla qorunması (mühafizə edilməsi) haqqında vacibmühüm müddəa ifadə edilib. Həmin müddəanın mülkiyyət münasibətlərinin hüququ tənzimlənməsində prinsipial əhəmiyyəti var. Hüququn sahələrindən biri olan cinayət hüququ mülkiyyət münasibətlərini cinayət əməllərindən (qəsdlərdən) qoruyur və mühafizə edir. CM-in 23-cü fəsli özündə mülkiyyət münasibətlərinə qəsd edən əməllərə görə cinayət məsuliyyəti müəyyənləşdirən (177-189 maddələr) birləşdirir. İnzibati hüququn əsas mənbəyi olan İnzibati Xətalar Məcəlləsinin daşıdığı vəzifələrdən biri mülkiyyəti qorumaqdan ibarətdir. Həmin Məcəllənin 8-ci fəsli (69-75-ci maddələr) mülkiyyətə qəsd edən inzibati xətaların dairəsini müəyyən edirbu xətalara görə inzibati məsuliyyət nəzərdə tutur. Mülkiyyət münasibətlərinin qorunmasında əmək hüququ da müəyyən rol oynayır. Əmək hüququ müəyyən edir ki, əmək vəzifələrini yerinə yetirərkən özünün hüquqazidd hərəkəti ilə müəssisə, idarə və təşkilatın əmlakına (mülkiyyətinə) zərər vuran işçi maddi məsuliyyətə cəlb edilir. Mülkiyyət münasibətlərinin mühafizə edilməsində maliyyə hüququ da iştirak edir. Maliyyə hüquq normaları dövlətin maliyyə fəaliyyəti sahəsində əmələ gələn münasibətləri tənzimləyir. Belə ki, pul vəsaitlərinin yığılması, bölünməsi və ondan istifadə olunması sahəsində dövlətin fəaliyyəti bu normalarla tənzimlənir; Bu normalar dövlət büdcə vəsaiti ilə bağlı münasibətləri də tənzimləyir ki, həmin vəsait Azərbaycan dövlətinin mülkiyyətidir (MM-in 153-cü maddəsinin 3-cü bəndi); maliyyə hüquq normaları həm də vergi məsələlərini tənzimləyir ki, vergi dövlət mülkiyyət hüququnun əmələ gəlmə əsaslarından biridir. Göstərilən münasibətlərin qorunmasında ən irifundamental sahələrindən biri olan mülki hüququn, şübhəsiz ki, özünə məxsus yeri vardır. Mülki hüququn yarımsahəsi hesab edilən əşya hüququ əsas məqsəd və vəzifələrindən biri subyektlərin mülkiyyət hüquqlarını qorumaqdan ibarətdir. Mülkiyyət münasibətlərinin mülki hüququn müəyyən etdiyi qaydalarnormalar əsasında mühafizə edilməsi “mülkiyyət hüququn mülki-hüquqi qorunması” anlayışı ilə əhatə edilir1. Bu anlayış iki mənada işlədilir: geniş mənada; məhdud mənada. Geniş mənada mülkiyyət hüququnun mülki-hüquqi qorunması dedikdə, mülki hüquqda nəzərdə tutulan və cəmiyyətdəki iqtisadi münasibətlərin normal və maneəsiz inkişafını təmin edən bütün üsul və vasitələrin məcmusu başa düşülür3. Bu üsul və vasitələr mülki hüquq normalarına nəzərdə tutulmuşdur ki, həmin normaların vasitəsilə mülkiyyət hüququnun qorunması həyata keçirilir. Birinci qrup normalar mülkiyyət hüququnun əmələ gəlmə əsaslarının, ikinci qrup normalalr mülkiyyət hüququna xitam verilməsi üsullarını, üçüncü qrup normalar mülkiyyətçinin malik olduğu səlahiyyətin həcmini, dördüncü qrup normalar mülkiyyət hüquqnun həyata keçirilməsinin hədlərini və bu hüquqların məhdudlaşdırılmasını, beşinci qrup normalar mülkiyyət hüququnun obyektlərinin ayrı-ayrı növlərinin hüquqi rejiminin, altıncı qrup normalar əşya hüquqnu pozan subyektlər üçün mənfi (arzuolunmayan) nəticələri müəyyən edir.

Göründüyü kimi Azərbaycanda vətəndaşların mülkiyyəti həm qanun səviyyəsində, həm də hökumətin həyata keçirdiyi siyasət çərçivəsində qorunur. Lakin bir sıra hallarda mülkiyyətlə bağlı problemlər də ortaya çıxır ki, bu da daha çox özəlləşdirmə, qanunsuz tikililər və dövlət ehtiyacları üçün alının torpaqlara ödənilən kompensasiyalarla bağlı olur. “Mülkİctimai Assosiasiyasının sədri Dilarə Vəliyeva mülkiyyət hüquqları ilə bağlı problemlərin hələ müstəqilliyin ilk illərində yaşandığını deyib. Onun sözlərinə görə, həmin vaxtlar özllləşdirmə ilə bağlı qanun layihəsi hazırlanırdı və Milli Məclisdə də bununla bağlı müzakirələr gedirdi: “Bununla bağlı bir sıra problemlər ortaya çıxmışdı ki, onlardan birikooperativ binalarda qeyri-yaşayış sahələrinə aid idi. Belə ki, rəhbərlik tərəfindən qərar verilmişdi ki, iaşə və məişət obyektləri qısa müddətdə özəlləşdirilsin. Kooperativ binaların tikilməsi 1959-cu illərə qədər gedib çıxır. Həmin ildə SSRİ Nazirlər Kabinetinin qərarına görə, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı onların öz vəsaitləri hesabına kooperativ binalar inşa edilə bilər. Lakin qeyri-yaşayış sahələri dövlət hesabına tikilməlidir. 90-cı illərdə araşdırma apararkən məlum oldu ki, Azərbaycanda kooperativ binalardakı qeyri-yaşayış sahələrinin inşası dövlət tərəfindən aparılmayıb. Lakin bununla bağlı nə binaların payçılarında, nə də dövlətdə faktlar olmadığı üçün mübahisəli məsələlər meydana çıxdı. Misal üçün, dövlət binalarında bir kvadratmetrin qiyməti 47 rubl idisə, kooperativ binalarda bu, 87-90 rubl arasında dəyişirdi. Bunun özü də həmin sahələrin dövlət tərəfindən deyil, payçılar tərəfindən tikildiyini göstərirdi”. Sonradan xüsusi mülkiyyətlə bağlı da bəzi problemlərin ortaya çıxdığını deyən D.Vəliyeva qeyd edib ki, əvvəllər mülkiyyətlə bağlı qanunlarda boşluqlar çox idibu, müəyyən məmurların neqativ yollara əl atmasına şərait yaradırdı:Lakin bu gün mülkiyyət hüququnun qorunması ilə bağlı qanunlardakı boşluqlar xeyli azalıb. İnsanlar üçün mülkiyyətlə bağlı şəraitlər yaxşılaşdırılıb. Buna baxmayaraq problemlər var, bunun mövcudluğu isə, vətəndaşların hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyət sahəsində son illər ən böyük problem isə, qeyri-qanuni tikililərlə bağlı olub ki, burada əsas səbəbkar belə tikililərini inşa edən vətəndaşlardır”. O. dövlət başçının bütün tikililərin sənədləşdirilməsi prosesinin aparılmasını nəzərdə tutan sərəncamını yüksək qiymətləndirdi.

 

   Üç nöqtə.-2014.- 9 aprel.- S.9.