Ceyhun
Mirzəyev insanları heyrətə gətirəcək
gözəl rollar oynayıb
Əbdül Mahmudbəyov: Çox
emosional, hər şeyi ürəyinə salan insan idi
Rasim Balayev: Bəlkə
də məndə aktyorluğun ilk qığılcımları onun rolunu görəndən
sonra yarandı
Bu gün aprelin
9-da Ögey ana filminin baş qəhrəmanı-balaca
İsmayıl rolunun ifaçısı Ceyhun Mirzəyevin doğum
günüdür. 11 yaşında Görüş filmində Şıxəlinin
oğlunun obrazını yaradan,
12 yaşında Ögey anaya dəvət alan Ceyhun Mirzəyev kinostudiyada
müxtəlif peşələrdə
çalışıb. Assistent, rejissor köməkçisi,
aktyor olub. Rejissor kimi
bir çox filmlər çəkib.
Mozalan satirik
jurnalının bədii
rəhbəri olub.
Xalq artisti Rasim Balayev Üç nöqtəyə
Ceyhun Mirzəyevlə
bağlı xatirələrini
bölüşüb: Mən
balaca olanda Ögey ana filmi ekranlara çıxmışdı. Ceyhun Mirzəyev
filmdə balaca İsmayıl rolunu oynayırdı. Filmə dəfələrlə
baxmışdım. Onun obrazını
çox sevmişdim.
Hətta
ona yaxşı mənada paxıllığım
tutmuşdu. Onun yerində
olsaydım onun kimi oynaya bilərdimmi
deyə düşünürdüm.
Bəlkə də məndə
aktyorluğun ilk qığılcımları
bu filmi görəndən sonra yarandı. Sonralar Ceyhun bir neçə filmilərdə
də çəkildi.
Mən İnstituta birinci kursa daxil olanda,
o ikinci kursda oxuyurdu. Səməndər Rzayevlə bir
kursda oxuyurdular. Ondan sonra şəxsi münasibətlərimiz başladı.
Biz dost olduq. Ceyhunun çəkdiyi və
oynadığı filmlər
hələ də yaddaşlardadır. Filmləri uğurlu
oldu. Sonuncu filmi Fəryad
idi və filmdə baş rolu oynayırdı. Ceyhun çox istedadlı adam
idi. Onda qəribə müşahidəçilik
istedadı vardı.
Ceyhun sakit adam deyildi.
Bir yerdə dayana bilmirdi. Oynadığı rollar kimi idi. O Mozalan satirik jurnalında çoxlu sujetlər çəkib. Ceyhun Azərbaycan kinosunda
öz dəst-xətti,
öz yeri olan sənətkardır.
Təəssüf ki, həyatdan
çox cavan getdi. Hələ nə yaşı
var idi. 48 yaşında dünyasını
dəyişdi. Hələ çox
şeylər edə bilərdi. Buna baxmayaraq,
az müddət
ərzində çox
işlər gördü
və Azərbaycan kinosu tarixində onun rolları yaşayır. Bundan sonra da yaşayacaq. Fəryad filmində balaca İsmayılın davamı olaraq çəkilən obrazı
da çox gözəl və ağır obrazdır.
Şəxsi münasibətimizə dayanaraq deyim ki, onun aktyorluğa
çox istedadı və meyli var
idi. Amma boyu bir az balaca olduğundan rejissorluğa
meyl elədi. Ceyhun baş rollarla bərabər kiçik rollarda da oynayıb.
Xırda
rollarda oynadığı
obrazlar da yadda qalıb. Ötəri rollar olmayıb. O rolunu çox gözəl oynayırdı.
İstedadı ilə obrazını
tamaşaçılara sevdirə
bilibdir. Allah rəhmət eləsin.
Əməkdar incəsənət xadimi
Şeyx Əbdül Mahmudbəyov Ceyhun Mirzəyev ilə tələbə yoldaşı
olduğunu bildirdi: Ceyhun bizimlə 1962-ci ildə Mirzə ağa Əliyev adına Azərbaycan
Dövlət teatrına
qəbul olan zaman artıq məşhur bir aktyor idi. Ceyhun artıq
oturuşmuş aktyor olub. Ceyhun Mirzəyev insanları
heyrətə gətirəcək
gözəl rollar oynayıb. Biz hamımız fəxr edirdik ki, Ceyhun
küçədə bizimlə
gedir. Hamı görsün ki,
Ceyhunla yoldaşıq.
Bundan əlavə o çox istedadlı insan idi. Onun axırıncı filmi Fəryad böyük mükafatlara layiq bir əsərdir.
Ceyhun çox emosional, hər şeyi ürəyinə salan insan idi. Ögey anada
İsmayıl rolunu çox bəyənirəm.
O film sırf ailə münasibətində Azərbaycanın
mənfi və müsbətlərini açıb
ortaya qoyan ən gözəl əsərdir. Filmdə çoxlu gözəl
aktyorlar, musiqi, rejissor yaradıcılığı
var. Orada sənət
var. Mənim yadımdadır
ki, Moskvada Ekranjurnalında Ceyhunun böyük bir şəklini vermişdilər.
Ceyhun bir az gec evləndi. Çox yaxşı xanımı
var idi. Ceyhun arada xəstələnmişdi.
Onun hesabına 15 il yaşadı.
Ceyhunun bir qızı var. Nataliya xanım Ceyhunun dəfnindən sonra uşağını
da götürüb getdi. Bu gün
Azərbaycanda heç
kəsi qalmadı.
Anası
rəhmətə gedib.
Bizə yalnız onun gözəl əsərləri
qaldı. Allah balasını xoşbəxt
eləsin.
Həsənova, Rəqsanə.
Üç nöqtə.- 2014.- 9 aprel.-
S.13.