Konstitusiya aktı bütün vətəndaşlarının qanun qarşısında bərabər olduğunu təsdiq edir

 

Azərbaycan müxtəlif etnik-dini qrupların ənənəvi dözümlülük harmonik birgə yaşayışı üzərində qurulmuş bir ölkədir

 

Azərbaycan müxtəlif etnikdini qrupların ənənəvi dözümlülükharmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülhharmoniya şəraitində yaşayıb və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır. Ölkəmizin 20 faiz ərazisini işğal etmiş qonşu Ermənistanla silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, erməni silahlı qüvvələri terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan Azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlara mənsub olan şəxslərdən ibarət (kürdlər, ruslar, yəhudilər və s.) təxminən 1 milyon qaçqın və məcburi köçkünün, həmçinin keçid dövrünün problemlərinin mövcudluğuna baxmayaraq, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasətini davam etdirir.

«Milli azlıqların taleyi tamamilə ölkənin xoş məramından və demokratiyanın dərəcəsindən aslıdır. Bu açıq faktdır ki, xeyli azlıqlar irqi ayrı-seçkilikdən əziyyət çəkir”. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sözügedən qurumun davam etməkdə olan növbəti yaz sessiyasında “Avropada ənənəvi milli azlıqların vəziyyəti və hüquqları” mövzusunda müzakirələr zamanı çıxışında dilə gətirib. Onun dediyinə görə, eynilik-şəxsi mədəniyyət və din hüququ doğma hesab olunmalıdır. S.Fətəliyeva qeyd edib ki, heç bir dövlət oz vətəndaşını danmır, onun dinini və təhsilini numayiş etdirir, həmçinin, mədəniyyətini zənginləşdirir. “Etnik azlıqlar üçün olan huquqları nə təmin edir? Hüquqlar əğər təmin olunarsa, yəni, birincisi, etnik qrup parlamentdə təmsil olunsa, ikincisi, dövlət bütun etnik azlıqların, dini azadlıqlarını təmin etsə, üçüncüsü, azlıqların mədəni irsinə hörmət olunsa. Biz fəxr edirik ki, bunların hamısı Azərbaycanda təmin olur. Azərbaycan müxtəlif etnik-dini qrupların ənənəvi dözümlülükharmonik birgəyaşayışı üzərində qurulmuş çoxmillətli və çox dinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də, ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunurlar. Milli azlıqların sıx yaşadıqları ərazilərdə yerli əhalinin nümayəndələri, yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər parlament və dövlət qurumlarında təmsil olunur”-deyə o, bildirib.

S.Fətəliyevanın bildirdiyinə görə, ölkəmizdə provaslavkatolik kilsələri, yahudi sinaqoqları dövlət tərəfindən bərpa olunurtikilir. “Bütün etnik qruplar üçün ölkənin siyasi həyatında iştirak edə biləcəyi mühiti yaratmaq lazımdır. Cəmiyyətdən sərhədlər götürülməlidir ki, hər kəs öz dininə, mədəniyyətinə əməl edə bilsin. Dövlət və vətəndaşlar arasında qarşılıqlı işbirliyi olmalıdır. Əğər ölkə etnik azlıqların hüquqlarını təmin etsə, diğər tərəfdən də azlıqlar ölkənin milli maraqlarından ayrılmamaılıdır. Qarşılıqlı hörmət və ölkənin inkişafı uğrunda mübarizə, hansı etnik qrupa məxsus olmaqdan aslı olmayaraq, bütün xalqı birləşdirir”-deyə, S.Fətəliyeva vurğulayıb.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə Macarıstandan olan deputat Ferens Kalmarın hazırladığı “Avropada ənənəvi milli azlıqların vəziyyəti və hüquqları” adlı məruzə ətrafındakı müzakirələrdə çıxış edərək ölkəmizdə bu sahədəki müsbət ənənələrdən, aparılan uğurlu siyasətdən bəhs edib, milli azlıqlara qarşı aqressiv siyasət aparan işğalçı Ermənistanla bağlı acınacaqlı vəziyyətdən danışıb.

“Azərbaycan da çoxmillətli, çoxdinli, çoxmədəniyyətli bir ölkədir və təbii ki, bu problem bizim üçünciddi məna kəsb edir. Azərbaycanın Quba rayonunda dəniz səviyyəsindən 2350 metr hündürlükdə 5000 il yaşı, 2 min nəfərə qədər əhalisi olan Xınalıq kəndi yerləşir. Bu kəndin yalnız onlara məxsus olan dili və 47 hərfdən ibarət əlifbası var ki, yalnız orada işlənir. Bununla belə Xınalıq dili ayrıca olaraq tədris edilir, dövlət tərəfindən dərs vəsaitləri nəşr edilir, əvvəllər ilin tən yarısı dünya ilə əlaqəsi kəsilən bu kəndə xüsusi yol çəkilib. Ruslar, yəhudilər, talışlar, tatlar, gürcülər və 20-dan artıq digər milli azlıq Azərbaycanda mehriban bir ailədə yaşayır, onların məktəbləri, nəşrləri, mətbuat orqanları var”.

R.Hüseynov bu gün Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistanda bir nəfər azərbaycanlının qalmadığına diqqət çəkib: “Amma Azərbaycanda ölkə vətəndaşı olan 30 minə yaxın erməni yaşayır. Bu fakt milli azlıqlara dözümlü münasibəti ifadə edən çox ibrətli göstəricidir”.

R.Hüseynov milli azlıqlar problemi ilə bağlı təhlükəli bir məqama da diqqət yönəldərək bəzən müəyyən xarici qüvvələrin ayrı-ayrı ölkələrdə milli azlıqlardan separatist məqsədlərlə istifadə etdiyini vurğulayıb: “Məsələn, Ermənistanın sistemli şəkildə apardığı monoetnik dövlət yaratmaq siyasəti ona gətirib çıxarıb ki, əvvəlcə 300 mindən artıq azərbaycanlı həmin ölkədə yüz illər boyu yığcam yaşadığı ərazilərdən qovulub, ardınca da digər milli azlıqlar tədricən ölkədən çıxarılıb. Bu ölkədə milli azlıqlarla əlaqədar problemlər şəbəkəsini biryolluq həll etmək və daha heç vaxt bu haqda narahatlıq duymamaq üçünadam yoxdur, problemyoxdur” xətti əsas götürülüb”. 995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir. Bəli, bu gün mili azlıqların hüquqları ölkəmizdə qanunlarla hərtərəfli qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasisosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyasının 44-cü maddəsinə əsasən, «hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz».

«Mədəniyyət» haqqında Qanunun 11-ci maddəsində isə milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir. «Təhsil» haqqında Qanunun 6-cı maddəsi və «Dövlət dili» haqqında Qanunu 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər. «Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı» haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşıyır.

 

  Üç nöqtə.-2014.- 11 aprel.- S.9.