Miqrantların hüquq və azadlıqları qorunur

 

Aytən Mustafayeva: Azərbaycanlı emiqantların xaricdə hüquqlarının qorunması ilə bağlı boşluqlar var

 

Min illərdir insanlar daha yaxşı həyat axtarışında miqrasiya edirlər. Bunların arasında daha çox sosial imkanlar əldə etmək, daha yaxşı şəraitdə, daha təmiz ekoloji yerdə yaşamaq, yaxud xaricdə yaşayan ailəsinə, dostlarına qovuşmaq arzusunda olanlar da tapılır. Lakin bəzi miqrantlar miqrasiyanı qeyri-iradi edirlər, evlərini tərk etməyə məcbur olurlarbu şəxslər konfliktlər, təbii fəlakətlər və ya insan alveri təhlükəsindən öz evlərini tərk edən məzlumlardır. Dünyada qaçqınların və məcburi köçkünlərin sayı 43 milyondan artıqdır. Əslində, sığınacağa ehtiyacı olan bir adam belə varsa, bu, artıq böyük rəqəmdir. Hazırda dünyada 232 milyondan artıq şəxs isə miqrasiya edir. Ona görə də “Miqrasiyaqlobal mövzudurqlobal diqqət tələb edir. BMT ekspertlərinin hesablamalarına görə, dünyada hər 35 nəfərdən biri miqrantdır. Bu səbəbdən Azərbaycanda miqrantların problemləri, eləcə də azərbaycanlı emiqantların xaricdə hüquqlarının qorunması məsələləri çox vacibdir. «Bunun üzərində düşünmək lazımdır. Bu istiqamətdə hələ də bəzi boşluqlar var. Bunları həll etmək üçün beynəlxalq təşkilatlarla işləmək lazımdır». Bunu AMEA-nın Konfliktologiyaİnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva Bakıda “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda dövlət rəhbərliyi tərəfindən bu problemə çox böyük diqqət yetirilir. Lakin hələ həll edilməmiş bəzi məsələlər var ki, onlar müzakirə edilərək çıxış yolu tapılmalıdır: “Azərbaycan son zamanlar işçi yerləri təqdim edən ölkə kimi xaricilər üçün maraqlı ölkəyə çevrilib. Bundan əlavə, xaricdəki azərbaycanlı emiqranların hüquqları, xaricdə yaşayan azərbaycanlıların problemləri müzakirə edilməlidir. Müharibələr, hansısa problemlər, təbii fəlakətlər olur. İnsanların hüquqlarının qorunması hər bir ölkə üçün vacibdir”.

Azərbaycanlı emiqrantların xaricdə hüquqlarının qorunması probleminə geniş yer verən millət vəkilinin fikrincə, onların ölkə nümayəndəlikləri ilə əlaqələri, ölkəyə qayıtdıqdan sonra yaşayışlarındakı sosial təminat məsələlərinə xüsusi diqqət yetirilməlidir. A.Mustafayeva qeyd edib ki, Azərbaycan tranzit ölkə kimi tranzit miqrantların problemləri ilə üzləşir: “Qeyri-leqal miqrasiya bütün ölkələrdə var. Miqrantların Azərbaycana gəlişi ilə bağlı üzləşdiyi problemlər qalmaqdadır. Bu, onların qeydiyyatla bağlı üzləşdiyi poblemlər, kvotalar və digərləridir”.

Onun fikrincə, miqrasiya siyasəti sahəsində konstruktiv fəaliyyətin istiqamətləndirilməsi məqsəduyğundur.

Azərbaycan nəinki xaricdə yaşayan azərbaycanlı emiqrantların maraqları və hüquqlarının qorunmasında maraqlıdır, həm də ölkəmizdə yaşhayan miqrantların hüquqlarının qorunması üçün ciddi işlər görür. Bu barədə İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, ölkədə fəaliyyət göstərən dövlət orqanları, beynəlxalq təşkilatlar, QHT-lər və icmalarla birgə şəbəkə şəklində əməkdaşlıq edilir, miqrantların hüquqlarının müdafiəsi, onlara yaşcins baxımından həssas yanaşmanın vacibliyi, geniş maarifləndirmə işi aparılması istiqamətində işlər görülür. Müvəkkil sığınacaq axtaran miqrantlara hüquqipsixoloji yardımların göstərilməsinin, miqrantların müxtəlif qrupları üzrə təlim-tədris mərkəzlərinin yaradılmasının, habelə saziş qurumlarına və başqa beynəlxalq təşkilatlara dövlət hesabatlarının hazırlanmasına vətəndaş cəmiyyətinin iştirakı ilə, ictimai dinləmələr şəklində, konkret aspektlər üzrə miqrantları da cəlb etməklə müzakirələr keçirilir. Ombudsman miqrantlarla aparılarkən dinamikaya diqqət yetirilməsinin zəruriliyini, ölkəmizdə miqrantların sayının və onların axınının tez-tez dəyişdiyini, miqrantların təkcə sayına deyil, həm də gəlmə səbəblərinə diqqət yetirməyin vacibliyini qeyd edir.

Müvəkkil Miqrasiya Məcəlləsinin qəbul olunması ilə bağlı bu istiqamətdə hüquqi maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini, ölkədə və dünyada miqrasiya üzrə baş verən yeniliklərin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, həmçinin Azərbaycan Respublikası vətəndaşlarına çatdırılması məqsədilə birgə hüquqi nəşrlərin, plakatların işlənib hazırlanmasını, miqrantların hüquqları mövzusunda birgə maarifləndirmə seminarlarının keçirilməsini, qanunsuz miqrantların saxlanma yerlərində saxlanılan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün sosial tədbirlər keçirilməsini, pulsuz hüquq məsləhətxanalarının yaradılmasını, miqrantlar üçün Azərbaycan dili kurslarının təşkil edilməsini təklif edib. Ümumiyyətlə, miqrantların hüquqlarının qorunması daima diqqət mərkəzində olmalıdır. Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 18 dekabr 1990-cı il tarixdə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiya qəbul edib. 4 Dekabr 2000-ci ildə isə Baş Assambleya həmin Konvensiyanın qəbul tarixini Beynəlxalq Miqrant Günü kimi müəyyənləşdirib. Elə həmin vaxtdan 18 dekabr dünyanın bir çox ölkələrində həm dövlət orqanları, həm qeyri-hökumət təşkilatları tərəfindən Beynəlxalq Miqrant Günü kimi qeyd edilir.

BMT-yə üzv dövlətlərə, həmçinin hökumət və qeyri-hökumət təşkilatlarına həmin gün miqrantların əsas hüquq və azadlıqlarına dair məlumatların ictimaiyyətə çatdırılması, təcrübə mübadilələri vasitəsilə onların müdafiəsinin təmin edilməsi tövsiyə olunur. «4-15 sentyabr 2006-cı ildə keçirilən görüşlərdə Baş Assambleyanın Beynəlxalq Miqrasiyaİnkişaf üzrə Yüksək Səviyyəli Dialoqunda iştirak edən 132 üzv dövlət bir sıra mühüm məsələləri bir daha təsdiqləyib. Birincisi, onlar beynəlxalq miqrasiyanın düzgün siyasətlə dəstəkləndiyi təqdirdə həm mənşə, həm də təyinat ölkələrində inkişafa müsbət töhfə verə biləcək fenomen olduğunu xüsusi qeyd ediblər. İkincisi, beynəlxalq miqrasiyanın faydalarından bəhrələnmək üçün miqrantların əsas hüquq və azadlıqlarına hörmətlə yanaşmağın əhəmiyyətini vurğulanıb. Üçüncüsü, onlar beynəlxalq miqrasiya sahəsində əməkdaşlığın ikitərəfli, regionalqlobal səviyyədə gücləndirilməsinin vacibliyini bəyan ediblər»,- Dövlət Miqrasiya Xidməti rəisinin müavini müavini Pərviz Musayev deyib..

Onun sözlərinə görə, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalaramüasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindəndir. «Bu vəzifələr sırasında həmçinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, insan alveridaxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması önəmli yer tutur,- o deyib.

Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə əməkdaşlıq edir. Hazırda miqrasiya sahəsində əməkdaşlığa dair Moldova, Qazaxıstan, Qırğızıstan, UkraynaBelarus dövlətləri ilə ikitərəfli sazişlər mövcuddur. Bundan başqa, bu yaxınlarda Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair saziş imzalanıb. Rusiya Federasiyası ilə bu cür sazişin layihəsi hazırlanıb. Əməkçi miqrantların hüquqlarının müdafiəsi, sosial təminatı, işə düzəlmə prosedurlarının asanlaşdırılması bu sazişlərin əsasını təşkil edir. Onun sözlərinə görə, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə ölkədə bir sıra zəruri normativ hüquqi aktlar qəbul edilib, institusional və təşkilati tədbirlər həyata keçirilib, əcnəbilərin ölkəyə gəlməsi, ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırıb.

Üç nöqtə.- 2014.- 12 aprel.- S.9.