Azərbaycanda hər kəs
istədiyi dinə etiqad edir,
istədiyi kimi ibadət edə bilir
Milli azlıqları ictimai həyatın bütün
sahələrinə inteqrasiya
edib
XX əsrin sonunu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyyələndirmək olar. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşib. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan “sivilizasiyaların toqquşması” nəzəriyyəsi meydana çıxıb və öz tərəfdarlarını tapıb. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər. Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirib və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir: “Dində məcburiyyət yoxdur”. Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstəriblər. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynayıb. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşüb və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar edib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı əsl dini etiqad azadlığı da əldə etdilər. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşdı.
Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilib. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Açılış mərasimində sabiq prezident Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak edib. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryamın Miladı baş kilsəsi bərpa olunub. Polşalı keşiş Yerji Pilyusun səyləri nəticəsində qeydiyyatdan keçən respublikanın katolik icması da hakimiyyətin qayğısından kənarda qalmır. İlk iclaslar dindarların mənzillərində keçirilirdi, 2000-ci ildə isə bu məqsədlər üçün bina alınıb ə o kiçik kilsəyə çevirilib.Katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir, Halzırda respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunub. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və indi də yoxdur. Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 15 noyabr 1998-ci il tarixdə yəhudi icmaların rəhbərləri ilə keçirilən görüşdə qeyd etmişdi: “Respublikada belə hadisələr baş vermir və biz onların yaranmasına heç vaxt imkan verməyəcəyik”.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində
nadir təcrübəsi xaricdə yüksək
qiymətləndirilib və tanınib. Rum patriarxı I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək
Azərbaycanda rəsmi
səfərdə olub.
Şərqi Roma pravoslav
kilsəsi başçısının
səfərinin əsas
məqsədi müxtəlif
dinlərə etiqad edən insanların narahatçılığına səbəb olan bir çox mürəkkəb məsələlərdə
qarşılıqlı anlaşma
və razılığa
nail olmaq, sıx münasibətlər yaratmaq,
habelə dinlərarası dialoqu daha irəli aparmaqdan ibarət olub. Azərbaycana gəlişindən əvvəl patriarx üç müsəlman
ölkəsinə səfər
edib. Onun etirafına görə,
respublikamızdakı dövlətdini
konfessiyalar münasibətləri,
habelə ənənəvi
və qeyri-ənənəvi
dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir.
O demişdir: “Mən buradakı tolerantlığın
səviyyəsindən məmnunam.
Azərbaycanda hər kəs
istədiyi dinə etiqad edir, istədiyi
kimi ibadət edə bilir”.
Qeyd etmək
lazımdır ki, ölkə rəhbərliyi
mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların
ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev
müntəzəm olaraq
ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik
edir. Belə ki, milad bayramı ilə əlaqədər dövlət
başçısının Azərbaycandakı pravoslav
icmasına ünvanladığı
müraciətdə qeyd
olunur ki, tarixən respublikada formalaşmış tolerantlıq
və dözümlülük
Aazərbaycan cəmiyyətini
səciyyələndirən gözəl bir ənənəyə çevrilmişdir.
Sənəddə deyilir:
“Xeyrin şər üzərində qələbə
çalmasını və
azadlıq ideyalarını
təcəssüm edən
bu bayram hər il dünyanın
bütün xristianları
tərəfindən böyük
təntənə ilə
qeyd olunur. Azərbaycanın iki yüzillik
tarixə malik olan pravoslav icması da, özünün dini dəyərlərinə sədaqət
nümayiş etdirərək,
milad bayramı günlərində, insanlar
arasında olan səmimiyyət və dostluğun artmasına yönəldilmiş xüsusi
mərasimlər təşkil
edir, bayramın layiqli qeyd olunması
üçün, müxtəlif
tədbirlər keçirir”.
Azərbaycanda tolerantlığın formalaşmasında dini liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır. Bu baxımdan Moskva şəhərində keçirilən
cənubi Qafqaz ölkələri və Rusiyanın dini liderlərinin görüşünü
müsbət qiymətləndirmək
olar. Adı çəkilən tarixi görüş müvafiq sənədin qəbulu ilə yeunlaşıb. Bu sənəddə qeyd edilib ki, Qafqaz
xalqları arasında
inamın bərpa olunması üçün
“milli azlıqları ictimai həyatın bütün sahələrinə
inteqrasiya etmək, onların dini əqidə azadlığını
təmin etmək, öz mədəniyyət
və dillərinin inkişaf etməsinə imkan vermək lazımdır”.
Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilir
ki, bu gün
Azərbaycanda heç
kimə ixtiyar verilməyib ki, dinləri dözümsüzlük
aləti, təcavüz,
zorakılıq və
qətllər üçün
vasitə kimi təqdim etsin və ya onlardan
istifadə etsin. Əksinə,
dinlərin dostluğu
və qarşılıqlı
ehtiramı əsl tərəqqi və sülhün zəngin mənbəyini təşkil
edir.
Üç nöqtə.-2014.-
18 aprel.- S.9.