Parlamentdə insan hüquqlarına dair konvensiya müzakirə edildi

 

Rəbiyyət Aslanova: «Bizim işimiz təkcə Avropa Şurasına, Avropa Məhkəməsinə üzv olmaqla bitmir»

 

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclasında «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Avropa Şurası tərəfindən hazırlanmış sözügedən Konvensiyanın 1950-ci ildə ortaya qoyulduğunu və 1953-cü ildə ratifikasiya edildiyini xatırladaraq bildirib ki, həmin sənəd BMT-ninİnsan Hüquqları Bəyannaməsi”ndən sonra dünyada insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı ən böyük, ən mükəmməl sənəddir. Komitə sədrinin sözlərinə görə, adıçəkilən Konvensiyada insan hüquq və azadlıqlarının təmin edilməsinin beynəlxalq standartları təsbit olunub. Azərbaycan tərəfindən 2000-ci illərin əvvəllərində həmin Konvensiyanın ratifikasiya edildiyini deyən R.Aslanova bildirib ki, ümumiyyətlə, insan hüquq və azadlıqlarının təmin edilməsi, bu yöndə beynəlxalq qanunvericiliyə əməl olunması ölkəmizin ən prioritet istiqamətlərindəndir.Bizim işimiz təkcə Avropa Şurasına, Avropa Məhkəməsinə üzv olmaqlayaxud da, beynəlxalq konvensiyaları, sazişləri ratifikasiya etməklə bitmir, məhdudlaşmır» – deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.

MM Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov isə Protokol barədə məlumat verərək bildirib ki, Avropa Şurası bu gün Avropa Məhkəməsinin yükünün azaldılmasına çalışır. Avropa Şurasının əsas problemlərindən biribudur ki, Avropa Məhkəməsinin yükü azaldılsın. Çünki 2012-ci ilin əvvəllərinə kimi Avropa Məhkəməsində baxılmaq üçün növbəsini gözləyən 160 minə yaxın var idi və təbii ki, bu, böyük rəqəmiydi. Bu, eyni zamanda, Avropa Məhkəməsinin nüfuzuna müəyyən dərəcədə xələl gətirirdi. Ona görə Avropa Şurası Avropa Məhkəməsinin yükünün azaldılması, onun , fəaliyyət səmərəliliyinin artırılması üçün məlum Konvensiyaya 14, 15 və 16 saylı protokollar əlavə etdi. İlk belə bir Protokol – 14 saylı Protokol 2006-cı ildə ortaya qoyulsa da, Rusiyanın uzun müddət onu ratifikasiya etməməsi səbəbindən işləyə bilmirdi. Düz 4 ildən, yəni, 2010-cu ildə Rusiyanın həmin Protokolu ratifikasiya etməsindən sonra məhz Avropa Məhkəməsinin yükünün azaldılması istiqamətində işlər həyata keçirilməyə başlandı. Bunun nəticəsidir ki, 2013-cü ildə baxılmalı olan işlərin sayı 130 minə, bu ilin əvvəllərində isə təxminən 95 minə enib. İndi ratifikasiya edilməsi təklif olunan 15 saylı Protokol da elə bu qəbildəndir. Yəni, həmin Protokol da Avropa Məhkəməsinin yükünün azaldılmasını nəzərdə tutur”- deyə, L.Hüseynov qeyd edib. O, eyni zamanda bildirib ki, həm Avropa Şurası, həm Avropa Məhkəməsi üzv dövlətlərdən həmin məhkəmə instansiya ünvanlanan şikayətlərin sayının azalmasında da maraqlıdır. “Bu gün Avropa Məhkəməsinə edilən şikayətlərin təxminən 40 faizi Rusiya, Ukrayna və İtaliyanın payına düşür. Ona görə həm Avropa Məhkəməsi, həm də Avropa Şurası istəyir ki, həmin məhkəməyə edilən şikayətlərin sayı azalsın”- deyə, o, sözlərinə əlavə edib. Geniş müzakirələrdən sonra qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub. Qanun layihəsinin bu il qəbul olunacağı g.zlənilir.

Aydındır ki, bu məhkəməyə Azərbaycandan da şikayətlər daxil olur. Bəs, Azərbaycanla bağlı əsasən hansı hüquqların pozulması ilə bağlı məsələlər qaldırılır? Hüqunşünas Çingiz Əsgərov bildirdi ki, Avropa Məhkəməsi öz qərarlarında Avropa Konvensiyasında təsbit edilmiş müxtəlif hüquq və azadlıqların pozulmasına dair şikayətlərə baxıb. Bu qərarların əksəriyyətini Avropa Konvensiyasının 6-cı maddəsinin, yəni ədalətli məhkəmə baxışı hüququnun pozulması ilə bağlı qərarlar təşkil edir. Lakin bu o demək deyil ki, bütün bu işlərdə söhbət yalnız məhkəmə baxışı zamanı insanların prosessual hüquqlarının pozulmasından gedir. «Qeyd edim ki, ölkə məhkəmələrinin çıxardığı qərarların icrası məsələsi də Avropa Konvensiyasının 6-cı maddəsi ilə əhatə olunur. Bu mənada, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və ya məcburi köçkün vəziyyətinə düşmüş şəxslər tərəfindən digər şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəmələrin çıxardığı qərarların icra edilməməsi ölkəmiz üçün müəyyən problem yaratmışdır. Lakin, bildiyiniz kimi, son zamanlar qaçqınların və məcburi köçkünlərin yenimüasir tələblərə cavab verən yaşayış yerləri ilə təmin edilməsi üçün çox işlər görülmüşdür və yaxın zamanlarda bu sahədə məhkəmə qərarlarının icrası ilə bağlı bütün problemlər tamamilə aradan qaldırılacaqdır. Eyni zamanda qeyd etmək istərdim ki, Avropa Məhkəməsi bu işlərlə bağlı qəbul etdiyi qərarlarda şəxslərin pozulmuş hüquqlarını bərpa etmək üçün Azərbaycan hökumətinə bir neçə mümkün çıxış yolu tövsiyə edib. Ümumiyyətlə, Avropa Məhkəməsinin dövlətlərə bu cür göstərişlər verməsi olduqca mübahisəlidir. Avropa Məhkəməsi öz qərarlarında yalnız buya digər hüququn pozulmasını müəyyən edir, Konvensiyaya əsasən Məhkəmənin qərarlarının icrasına nəzarət etməli orqanAvropa Şurasının Nazirlər Komitəsi isə həmin

Məlumdur ki, Avropa Konvensiyası suveren dövlətlər arasında bağlanmış çoxtərəfli beynəlxalq müqavilədir və ona görə də Konvensiya əsasında təsis olunmuş Avropa Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsində subsidiar, yəni əlavə mexanizm kimi çıxış edir. Başqa sözlə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi cavabdeh dövlətin məhkəmə, inzibati və digər orqanlarını əvəz edə və bununla da həmin dövlətin məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəməsinə çevrilə bilməz. Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarlarına müvafiq olaraq, hətta müəyyən bir işdə pozuntu müəyyən edilsə belə, onun qərarları başlıca olaraq deklarativ xarakter daşıyır, pozulmuş hüquqların bərpası üçün həyata keçirilməsi zəruri olan tədbirlərin seçilməsi isə ümumilikdə dövlətin vəzifəsidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, İnterlaken Bəyannaməsində Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsini milli məhkəmələrin baxdığı və barəsində qərar çıxardığı faktlarya qanunvericilik məsələlərinə yenidən baxmaqdan çəkinməyə, Konvensiyanın təfsiri və tətbiqində öz subsidiar rolunu nəzərə almağa dəvət edibdir. Avropa Məhkəməsi tərəfindən insan hüquq və azadlıqları haqqında Konvensiyanın pozulması müəyyən edildikdə, bu məsələyə Ali Məhkəmənin Plenumunda baxıla bilər və yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilə bilər. Məhkum edilmiş şəxsin sırf Avropa Məhkəməsinin qərarına əsasən azad edilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb.

Ümumiyyətlə, Avropa ölkələrində qəbul edilmiş təcrübəyə uyğun olaraq, Avropa Məhkəməsinin qərarları dövlətdaxili məhkəmələrində hüququn şərhi qismində tətbiq olunur. Bir sözlə, Avropa Məhkəməsinin buya digər dövlətin məhkəmələrinə göstəriş verməsi əsassızdır və qəbul edilə bilməz.

 

   Üç nöqtə.-2014.- 24 aprel.- S.9.