Onun yalnız aktyor sənəti yox, şəxsiyyəti də öyrənilməlidir”

 

Şeyx Əbdül Mahmudbəyov: “Mənim elçiliyimi , toyumu da Həsənağa Turabov edib

 

Səidə Quliyeva: “Onun sənətinin böyüklüyü o qədər geniş idi ki, hər bir rejissor onu filmə çəkməyi arzu edirdi

 

Bu gün canlandırdığı obrazlarla tamaşaçılar tərəfindən sevilən əvəzolunmaz xalq artisti Həsənağa Turabovun doğum gündür. O Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Aktyor haqda xatirələrini “Üç nöqtə”yə danışan əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov onun böyük şəxsiyyət olduğunu bildirdi: “Mənim elçiliyimi də, toyumu da Həsənağa Turabov edib. O mənim üçün mənəvi dayaq olub. Həsənağa Turabov gözəl sənətkar, aktyor, ictimai-siyasi xadim olmaqla yanaşı, həm də gözəl dost, nümunəvi ailə başçısı olub. Böyük sənətkar olmaq olar. Amma böyük əxlaq sahibi olmaq çətindir. Bütün əxlaqi xüsusiyyətlərin hamısı Turabovda cəmləşmişdi. Belə insanlara böyük pedaqoq, sənətkar, həm də böyük şəxsiyyət demək lazımdır. Təhsil ocaqlarında Həsənağa Turabov məktəbi tədris olunmalıdır. Onun tək aktyor sənəti yox, şəxsiyyəti də öyrənilməlidir. Şəxsiyyəti olmayan insanın sənəti də olmur. Həsənağa müəllim uşaq kimi kövrək bir adam idi. Bir kəlmə sözlə onu aldatmaq olurdu. Söz deyən kimi gözü dolurdu. Bir nəfərin ayağına bir daş dəysəydi öz işini atıb onunla məşğul olurdu. Son qəpiyini belə paylaşan bir adam idi. Bizim Turabovla həm xaricdə və ölkə daxilində səfərlərimiz, aylarla dağda-dərədə çəkilişlərimiz olub. Onun qəribə bir rahatlığı və aurası var idi. Ümumiyyətlə, böyük sənətkarlar uşaq kimi sadə olmalıdırlar ki, rejissorlar onlardan istədiyi rolu ala bilsin. Həsənağa Turabov kimi insanların itkisi həm ailəsinin, həm xalqının itkisidir. Belə insanların əvəzi yoxdur”.

Xalq artisti Səidə Quliyeva seide quliyeva44dedi ki, Həsənağa Turabov çox öndə gedən sənətkar olub: “O, çox tez yaddaşlarda qaldı. Tamaşaçı ona baxan kimi yadda saxlayırdı. Elə sənətkarlarımız var ki, illərlə bu sənətdədirlər, amma tamaşaçının yadında qalmırlar. Ona çox gecXalq artistiadı verdilər. O vaxt fəxri ad almaq çox çətin idi. Onun çəkdiyiQanlı ZəmifilmindəQaçaq Nəbiobrazını oynayırdı. Həsənağa Turabov çox şirin bir aktyor idi. Səhnədə tamaşaçını özünə cəlb edə biliridi. Onun sənətinin böyüklüyü o qədər geniş idi ki, hər bir rejissor onu filmə çəkməyi arzu edirdi. Tofiq Kazımov “Hamlet” rolunu Həsənağa Turabova verdi. O vaxct biz tələbə idik. Biz səhnədə bu vaxta qədər görmədiyimizHamletigördük. Çox təəssüflər olsun ki, o tamaşadan yalnız fotoşəkilləri qalıb. Mən onunla AnarınSizi deyib gəlmişəmtamaşasında oynamışam. Turabov Cəlil Məmmədquluzadə obrazını, mən Şərəfobrazını oynayırdım. Onun zəhmliyin içində bir mülayimlik var idi. Sizə onun haqda bir əhvalatı danışmaq istəyirəm. Mənim övladım anadan olmuşdu. Uşağıma vaxtım olmadığına görə, bacım gəlib baxırdı. Teatrda çox rol verirdilər. Mən çatdıra bilmirdim. Həsən müəllimə dedim ki, mənim oğluma dayə tutmağa imkanım yoxdur. Dedi ki, Səidə get mən sənin üçün şərait yaradaram. Mənim oynadığım rollardublyor”a verildi. O çox əliaçıq, qəlbi təmiz insan idi. Hər kəsə kömək etməyə çalışırdı. Çox qəribə tale yaşadı. Həsənağa müəllimin övladı rəhmətə getdi. Əgər Daşqın rəhmətə getməsəydi mənə elə gəlir ki, Həsənağa müəllim uzun müddət yaşayacaqdı. Çox yaraşıqlı kişi idi. Amma övlad dərdi onun belini qırdı. Mən onu qısa müddət görməmişdim. Görəndən sonra dedimİlahi insanda bu qədər dəyişərmiş”. Bala dərdi insanın bu qədər belini qırarmış. Həsənağa Turabov öləndə oğlunun yanında basdırılmağı vəsiyyət eləmişdi. Bu günləri qəbirsitanlığa gedəndə oğlu ilə Həsənağa Turabovun qəmli gözlərini görəndə insan özünü pis hiss edir”.

Həsənova, Rəqsanə

Üç nöqtə.-2014.- 24 aprel.- S.13.