“Bəzən
insanın öz işinə başı o qədər qarışır ki, övladına vaxt
ayıra bilmir”
Naibə Allahverdiyeva: “Təhsil
almayan insan həyatda daha çox çətinliklər
çəkir”
Əməkdar artist Naibə Allahverdiyevanın qızı Məryəm 590 balla Azərbaycan Dillər Universitetinin “ingilis-rus dili” fakültəsinə daxil olub. Bununla bağlı Naibə Allahverdiyeva öz təəssüratlarını “Üç nöqtə”yə danışdı: “Ali məktəbə daxil olan bütün uşaqları təbrik edirəm. Qızımı da təbrik edirəm. Ona təşşəkkür edirəm ki, mənim üzümü ağ elədi. Bu işdə valideynlərin çox böyük əziyyəti var. Onların maddi və mənəvi cəhətdən çox böyük dəstəkləri var. Övladlar da sağ olsunlar ki, valideynlərini sevindirirlər. Həmişə qızıma deyirdim ki, mütləq savadlı və cəmiyyətə xeyir verən bir insan olmalıdır. İnsan əgər savadlı olursa, o işığa doğru can atır. Bunu qızıma uşaqlığından demişəm. Təhsil almayan insan həyatda daha çox çətinliklər çəkir, dünyagörüşü zəif olur”.
Əməkdar artist qızından daha yüksək bal gözlədiyini də qeyd etdi: “Məryəmdən daha yüksək bal gözləyirdim. Onun qabiliyyətinə bələdəm. Normal bal yığdı. Əsas odur mənim də, özünün də arzuladığı universitetə daxil oldu. Qızım “ingilis və rus dili” fakültəsində oxuyacaq. Başqa fakültələrə də balı çatırdı, özü istəmədi. Mənim övladımda özünə güvən var və bu xüsusiyyətini yüksək qiymətləndirirəm. Mən hər şeydən qorxuram, ürəyim əsir, lakin Məryəm məndən tamamilə fərqlidir vƏ tamamilə başqa xarakterli insandı. O, ancaq irəli getməyi düşünür. Ümumiyyətlə, özünə inamı çox güclüdür. Sevinirəm ki, o məndən çox fərqlidir”.
Naibə Allahverdiyeva dedi ki, imtahana görə çox həyəcan keçirib: “Tez-tez özümə, «qızım universitetə qəbul olacaqmı?» sualını verirdim. Tək Məryəmin universitetə daxil olmaq xəbərini eşitdikdən sonra rahatladım. Hazırda evdə otururam. Qızım deyir ki, istirahətə gedək. Şokda idim. Çox həyəcan keçirmişdim. Sanki əlim-ayağım bağlanmışdı. Etiraf edim ki, həddindən artıq stres keçirirdim. Dünəndən artıq rahatlaşmağa başlamışam”.
Aktrisanın sözlərinə görə, valideynlər uşaqlarının gələcəyi üçün ilk növbədə məktəblə əlaqədə olmalıdırlar: “Bəzən insanın öz işinə başı o qədər qarışır ki, övladına vaxt ayıra bilmir. Amma nə qədər çətinlik olsa da, valideynlər öz övladlarına vaxt ayırmalıdırlar. Müəllimələrlə əlaqə saxlamaq, övladlarının gündəlik oxuduğu dərslərə fikir vermək lazımdır. Uşağı boş buraxmaq olmaz. İlk növbədə ətrafına, dostluq etdiyi insanlara diqqət edilməlidir. İnsan ailədə bir cür, cəmiyyətdə başqa cür tərbiyə alır. Unutmayaq ki, övladlarımız müxtəlif ailələrdə tərbiyə olmuş uşaqlarla əlaqədə olurlar. O uşaqların təsir altına düşməməsinə diqqət edilməlidir. Qızıma çoxlu məsləhətlər verirəm. Qız övladı böyütmək çox çətindir. Zəmanə dəyişib, əvvəl başqa cür idi. İndi isə çox çətindi”.““Bəzən insanın öz işinə başı o qədər qarışır ki, övladına vaxt ayıra bilmir”
10:00, 08.08.2014 - Mədəniyyət | Oxunma sayı: 18
naibe allahverdiyevaNaibə Allahverdiyeva: “Təhsil almayan insan həyatda daha çox çətinliklər çəkir”
Əməkdar artist Naibə Allahverdiyevanın qızı Məryəm 590 balla Azərbaycan Dillər Universitetinin “ingilis-rus dili” fakültəsinə daxil olub. Bununla bağlı Naibə Allahverdiyeva öz təəssüratlarını “Üç nöqtə”yə danışdı: “Ali məktəbə daxil olan bütün uşaqları təbrik edirəm. Qızımı da təbrik edirəm. Ona təşşəkkür edirəm ki, mənim üzümü ağ elədi. Bu işdə valideynlərin çox böyük əziyyəti var. Onların maddi və mənəvi cəhətdən çox böyük dəstəkləri var. Övladlar da sağ olsunlar ki, valideynlərini sevindirirlər. Həmişə qızıma deyirdim ki, mütləq savadlı və cəmiyyətə xeyir verən bir insan olmalıdır. İnsan əgər savadlı olursa, o işığa doğru can atır. Bunu qızıma uşaqlığından demişəm. Təhsil almayan insan həyatda daha çox çətinliklər çəkir, dünyagörüşü zəif olur”.
Əməkdar artist qızından daha yüksək bal gözlədiyini də qeyd etdi: “Məryəmdən daha yüksək bal gözləyirdim. Onun qabiliyyətinə bələdəm. Normal bal yığdı. Əsas odur mənim də, özünün də arzuladığı universitetə daxil oldu. Qızım “ingilis və rus dili” fakültəsində oxuyacaq. Başqa fakültələrə də balı çatırdı, özü istəmədi. Mənim övladımda özünə güvən var və bu xüsusiyyətini yüksək qiymətləndirirəm. Mən hər şeydən qorxuram, ürəyim əsir, lakin Məryəm məndən tamamilə fərqlidir vƏ tamamilə başqa xarakterli insandı. O, ancaq irəli getməyi düşünür. Ümumiyyətlə, özünə inamı çox güclüdür. Sevinirəm ki, o məndən çox fərqlidir”.
Naibə Allahverdiyeva dedi ki, imtahana görə çox həyəcan keçirib: “Tez-tez özümə, «qızım universitetə qəbul olacaqmı?» sualını verirdim. Tək Məryəmin universitetə daxil olmaq xəbərini eşitdikdən sonra rahatladım. Hazırda evdə otururam. Qızım deyir ki, istirahətə gedək. Şokda idim. Çox həyəcan keçirmişdim. Sanki əlim-ayağım bağlanmışdı. Etiraf edim ki, həddindən artıq stres keçirirdim. Dünəndən artıq rahatlaşmağa başlamışam”.
Aktrisanın sözlərinə görə, valideynlər uşaqlarının gələcəyi üçün ilk növbədə məktəblə əlaqədə olmalıdırlar: “Bəzən insanın öz işinə başı o qədər qarışır ki, övladına vaxt ayıra bilmir. Amma nə qədər çətinlik olsa da, valideynlər öz övladlarına vaxt ayırmalıdırlar. Müəllimələrlə əlaqə saxlamaq, övladlarının gündəlik oxuduğu dərslərə fikir vermək lazımdır. Uşağı boş buraxmaq olmaz. İlk növbədə ətrafına, dostluq etdiyi insanlara diqqət edilməlidir. İnsan ailədə bir cür, cəmiyyətdə başqa cür tərbiyə alır. Unutmayaq ki, övladlarımız müxtəlif ailələrdə tərbiyə olmuş uşaqlarla əlaqədə olurlar. O uşaqların təsir altına düşməməsinə diqqət edilməlidir. Qızıma çoxlu məsləhətlər verirəm. Qız övladı böyütmək çox çətindir. Zəmanə dəyişib, əvvəl başqa cür idi. İndi isə çox çətindi”.
Rəqsanə
Üç nöqtə.-2014.- 8 avqust.- S. 13.