“O balığın
quyruqları”
Arif Quliyev: “Əziyyətsiz
kimsə nəyə nail
olursa, bu sadəcə xəcalət
cəkməyinə gətirib
çıxarar
İllərdən bəri dadlı-duzlu
yumoru ilə üzümüzə təbəssüm
qondurub, ifası ilə bizləri elə qəşş etdirən, az
qala nəfəsimiz kəsən Arif Quliyev. Həmişə deyib-gülən
gördüyümüz aktyorun
əslində qəlbinin dərinliklərində böyük kədər yatır. Kiçik yaşlarından valideyn
nəvazişindən məhrum olan, mehrini yaratdığı obrazlara
salan gülüş
ustası onlarla yaşayıb, onlarla deyib-gülüb. Bəli,
müsahibim görkəmli gülüş
ustası, Respublikanın xalq artisti Arif Quliyevdir.
“Nə danışım ki,”
Mən ikinci sinifdə oxuyan zaman müəllim mənə sual verdi ki, Ay Arif bala sənə 9 alma veriblər. Ondan ikisini yemisən neçəsi qalıb? Məndə dedim Ay müəllimə axi mən heç alma yeməmişəm. (gülür) Uşaqlıq xatirələrim beləcə yadıma düşür… danışım sizə. Amma nə danışım ki?, mənim uşaqlıqım internatda məktəbində keçib. Mən 1950-ci ildə indiki Şirvan şəhərində anadan olmuşam. İnternat məktəbində böyümüşəm. Bu məktəbdə 4 ilim keçib. Uşaqlıqda idman həvəskar idim. Qaçış üzrə yarışlarda 3-cü dərəcəli diplomla mükafatlandırılmışdım. Qaçışla yanaşı futbola böyük həvəsim olub. Bir gün uşaqlarla futbol oynamaq qərarına gəldik və mən qapıçı idim. Qonşu məktəbin uşaqları bizim qapıdan 3-4 top keçirirdilər, amma özləri bir topda buraxmırdılar. Uşaqlar mənə deyirdilər ay arif niyə belə edirsən axı topları buraxırsan? Və biz uduzduq… Məndə dedim o boyda meydançada topu ora-bura vurursuz və yazıq topu dilxor edirsiz. Məndə icəri topu buraxıram ki, qoy top orada istirahət eləsin, onu vurmasınlar, tə¬pik¬ləməsinlər….
“Otellayam”
İnternat məktəbini bitirdikdən sonra 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun «Dram və kino aktyorluğu» fakültəsinə daxil olmuşam. Burada teatra həvəsim başladı və özümdən cürbəcür obrazlar düzəldirdim. Təssəvür edin ki, otaqda 20-25 nəfər qalırdıq. Mən yataq otaqının ortasına bir pastel qoydum yastıqdan da bir adam düzəldirdim. Guya o Dezzomona, mən də Otellayam gəlmişəm onu boğmağa. Bu səhnəni dediyim o 25 nəfərə göstərirdim. Uşaqlıq, gənclik illəri insanların həyatında unudulmaz illərdəndir. Mənim həyatımın hər anı xatirədi elə yeri gəlmişkəndə bir xatirə də danışım. Texnikomda oxuyan zaman bir nəfər soruşdu ki, Arif texnikomda əyanidə oxuyursan yoxsa? Dedim yox gündüzdəyəm. Dedi yox e keç əyaniyə əyani yaxşıdı…
“Bərkə-boşa düşdüm”
1968-ci ildə texnikomu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişəm və orada işlədim. Mingəçevirdə bir qıza aşıq olmuşdum. Qızla qərar verdik ki, görüşək. Payız ayı idi və mənimdə paltarım yox idi. Mənimlə işləyən oğlanların biri pencək, digəri isə şalvar verdi mənə. Geyinib getdim görüşə qızı evə yolla salanda məhlənin oğlanları mənə sataşdılar ki, bizim blokda sən qız dalınca gəlmisən? Elə burdaca dava düşdü. Mənə hörmətə 1-2 təpik vurdular. pencəyin qolu və şalvar cırıldı. Qayıdıb gəldim oğlan paltarını istədi dedim döyüldüm və paltarlar cırıldı…
Daha sonra əsgərlik illərim başladı. Qızım, orda da mənim gözəl xatirələrim var. Bir gün komandir bizə dedi ki, düzlən fərəgət qaç. Hamı qaçdı qabaqa amma mən dayandım. Komandir dedi: Quliyev sən niyə qaçmırsan? dedim mən hələ start götürməmişəm… Əsgərlik həyatı ona görə maraqlıdı ki, insan orada bərkiyir, möhkəmlənir, dostluğun qədrini bilir, necə deyərlər məndə bərkə-boşa düşdüm.
Əsgərliyi bitirdikdən sonra 1973-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyorluğu” fakültəsinə daxil olmuşam. Həmin illərdə həm Beton kombinatında işləyirdim, həm də universitetdə təhsil alırdım. Universitetdə də yataqxanada qalırdım, yenə, bir nəfər tanış dedi harda qalırsan? Dedim yataqxanada qalırdım, amma indi köçdüm obşitelə. Dedi valla yaxşı etmisən yataqxanadan zəhləm gedir. Arif müəllim gülür… Mən bəzən dərslərə də girmirdim. Müəllimlər arada dərsdə də görsən deyirdilər mənə. Mənsə mən qiyabıya keçmişəm deyirdim. Çünki, işləyirdim və yorğun olurdum…
“Gözün aydın”
Aktyorluq sənəti elə bir sənətdir ki, bunu ancaq gərək öz ürəyinlə seçəsən. Bu sənəti seçirsən ona görə ki, digər fənləri oxumaq olur ama aktyorluqu, sənəti oxuyub öyrənmək qeyri mümkündür, onu sadəcə hiss etmək lazımdır. Sənət rüşeymi, abu-havası, sənət xətti o istedad insanın daxilində olmalıdır onu hiss edib canlandırmaq gərəkdi. Əyər aktyorluq sənətinə sadəcə oxumaq üçün gəlsən yarı yolda qalacaqsan. Necə ki, şair, bəstəkar, rəssam onlar hamısı özlərində o istedadı duyur. Məsələn, Səttar Bəhluluzadə arıq, cılız barmaqları ilə necə tabblolar, sənət əsərləri yaradıb. Bu onun ürəyindən gələn hislərdir. Bizim sənətimizdə elədir. Obrazı yaradırsansa onu hiss etməlisən, duymalısan və onu təbii şəkildə canlan¬dır¬malısan. Deyəsən bu hissi indi də yaşadım… 1975-ci ildə unversitetə biz 3-cu kurs “Gözün aydın” tamaşası verirdik və mənimdə rolum “Salyaniski” idi. Bizi izləməyə Şəmkir Bədəlbəyli və Teatrın direktoru Bala Qasımov gəlmişdilər. Onlar orada məni gördülər və məni dəvət etdilər. Beləcə Musiqili Komediya Teatrına bununlara yaradıcılıq illərim başladı.
“Zirvədən aşağı”
Mənim sehirli çubuqum olsaydı eh… O çubuqu bütün ehtiyacı olan insanlara tuşlayardım və deyərdim allah sizə kömək olsun. Elə edərdim ki, kişilər öz ailələrinin qabaqında üzü qara olmasınlar. Çox təəssüf ki, istəyə hərdən həll etmək olmur, çünki bununcun madiyyatın çatmır və sadəcə istəməkdə qalırsan. Məncə istək özü elə böyük bir şeydi.
Hər ilin öz gözəlliyi, mənası dəyəri var. Həmişə uşaq qalsan, gənc qalsan onun bir mənası olmaz. Yunan filosofu Herakil demişkən “Hər şey dəyişir, hər şey inkişaf edir”. Bu inkişafdan dayanmaq olmaz. Çayda susu belə axmasa göl olacaqdı su yerində iyyəcəkdi, amma çay axdıqca neçə-neçə kəndlərə, qəsəbələrə su axır. İnsan da belədir. Kiçik yaşlarını yaşayır, yeniyetmə dövrü sonrada gənclik illərini yaşayır və sonda qocalıq sinbolunu dadır. İnsan inkişafı ilə öz tarixini yazaraq son məqama hazırlaşır. Bəzən insanlar deyir ki, çalışdım, vuruşdum, qalxdım zirvələrə və o mükafat aldım. Dedim bəs zirvədən aşağı o tərəfə baxanda nə gördün? Deyir arif müəllim nə var ki? Dedim necə nə var ömrümüzün axırı, qəbirstanlıq var. Yəni, nə edirsən et axırımız torpaqdı, amma ora getmək üçün bu dünyada rəhmət qazanmalısan. Hər şeyin təməli, misli qayəsi zəhmətdən doğur. Əyər sən bu gününü əziyyətlə qazanırsansa o sənə ləzət edir. Məncə əziyyətsiz kimsə nəyə nail olursa bu sadəcə xəcalət cəkməyinə gətirib çıxarar. Sən zəhmət çək və bəhrəsini gör.
“Dünya özü bir səhnə”
40 ildi həyat yoldaşımla yaşayıram. 2 övladım, 6 nəvəm var. Oğlum Rövşən Quliyev incəsənəti bitirib. Hazırda teatrda inzibatçı işləyir. Bir oğlum da rəhmətə gedib. Həyatdı nə deyəsən ki,…xestelik oğlumu tez aldı bizdən. Mən yenədə şükür edirəm, çünki, bu da onun alın yazısıdı, bir şeyə təəssüflənirsən, pis olursan ki, ölüm hamı üçün hər zaman var, amma vaxtsız gedəndə adama təsir edir. Bu elə bir ağrıdır ki, unutmaq, beyindən silmək, qəlbdən kənar etmək qeyri mümkündür. Sadəcə dözümlü olmaq lazımdı. Mənim övladlarımdan kimsə sənətimi davam etdirmədi. Bayaq dediyim kimi, 6 nəvəm var və bu peşəni davam etdirəcək birini hiss etmirəm. Düzü heç özümdə istəmərəm bu sənəti ailəmdən kimsə davam etdirsin. Bu sənət mürəkkəb, şərəflidir, eyni zamanda çətindir. Səhnədəki Ariflə evdəki Arifin arasında o qədərdə fərq yoxdur. Mənə elə gəlir ki, səhnəylə ev həyatını ayırmaq düzgün deyil. Çünki, bu dünya özü bir səhnədi və hər birimiz öz obrazımızı oynayırıq. Məsələn mən evə gəlirəm və teatrdakı kimi zarafat edə bilmirəm. Evdə obrazları yığcamlaşdırırsan. Axı ailə səmiyyəti, düzgünlüyü sevir. Çölün əsəbini evə gətirməməlisən.
“Biz danışırdıq hamı gülürdü”
Əvəz olunmaz aktyorlar var. Lütfəli, Bəşir Hacı baba, Nəsibə onlardan olmayacaq, amma səhnədə bağlanmır axı, öz işini davam etdirir. Zəif olur amma olur. O, vaxtlar belə idi. Biz danışırdıq hamı gülürdü. İndi isə gülüşlər azalıb. Mən sevinirəm ki, gənclər yetişib. Amma gənc aktyorlarda bəzilərini bəyənirəm. İndiki gənc aktyorlar gərək böyük arenaya çıxsınlar ki, onları tapıb görsünlər. Teatrda oldularsa o istedadı üzə çıxara bilməyəcəklər.
“Oğurluq”
Mənim yaddaşımda bir xatirə var ki, nə olursa olsun heç vaxt yaddaşımdan silinməyəcək. Bu xatirə həm qəmilidi, həm də maraqlı. Oğurluq etdiyim bir xatirə. Yataqxanada qaldıqım vaxtlar idi.. Axı gedəsi yerim yox idi. Hamı evlərinə getmişdi və uşaqlar mən darıxmayım deyə otaqa balaca bir televizor qoymuşdular. Məndə acmışdım və bir kortof bişirib yedim. Həmin vaxt televizorda dənizdən balıq tutulan məqamı göstərdilər. Balıq yemək istədim. Çox fikirləşdim ki, balıqı hardan ala bilərəm, heç buna pulumda yox idi. Düşündüm ki, gecə 12 yarsında poez vağzalında poez gəlir Gəncədən əhalinin sumkalarına kömək edərəm və mənə pul verərlər. Məndə o pula gedib balıq alıb yeyərəm. Pulumda yoxdu piyada gəldim vağzala gördüm ki, altıncı vaqondan bir qadın çağırır ki, kömək edən kimsə var? Mən qaçdım kömək etməyə 20 kq yağ yeşiklərini daşımaqa başladım. 8 yeşiyi aparmış¬dım ki, kağız yeşik cırıldı və oradan balığın quyruqları çıxdı. Həmin an fikirləşdim ki, bu qadın mənə nə pul verəcək ki, məndə ona balıq alım? Sonra arxaya baxdım ki, qadın mənə baxır ya yox. Qadının baxmadıqını görüb yanımda olan oğlana yalandan dedim gözlə yeşiyin birini maşına qoyum gelirəm. Yeşiyi götürüb Qan-tər içində 28dən yasamala kimi qaçmaqa başladım. 1 saat yarıma gəlib çıxdım yataqxanaya və balığı bişirib yedim. Amma o balığın quyruqları indi də mənim gözümün qabaqından getmir. Çünki o balığı oğurluqla əldə etmişdim.
İlhamə
Əbülfət
Üç nöqtə.-2014.- 9 avqust.-
S. 10.