“Rollarımın hamısı
mənə stimul verib”
Rasim Balayev: “Hazırda
yeni bir rol oynamaq istəyirəm”
Nuriyyə Əhmədova : “O Azərbaycan kinosunun ulduzudur”
Bu yaxınlarda xalq
artisti Rasim Əhməd oğlu Balayev 66 yaşını qeyd etdi. Rasim Balayev
avqustun 8-də 1948-ci ildə
Ağsuda anadan olub. 1969-cu ildə
Azərbaycan Dövlət
İncəsənət İnstitutunu
bitirib. Rasim Balayev ilk dəfə
Bakı kinostudiyasında
“Ulduzlar sönmür”
əsərində kiçik
bir rolda çəkilib. Oynadığı
“Nəsimi”, “Babək”
və “Sönmüş
ocaqların işıqları”
filmlərindəki rollarla
tamaşaçıların sevgisini qazanıb. Xalq artistinin “Üç nöqtə”yə
açıqlamasına görə,
doğum günündə
Allahdan yalnız can sağlığı arzu edib: “Sağlamlığımda
bir az problemlər
var. Ona görə də, sağlamlıq arzu edirəm. Həyatda bundan böyük xöşbəxtlik
ola bilməz.
Başqa
heç nə istəmirəm”.
Zəngin
yaradıcılıq yolunu
keçən xalq artisti hansı rol daha çox
yaddaşınızda qalıb
və onu düşündükdə sizə
yaradıcılıq stimulu
verir sualına cavab verir ki,
böyüklüyündən və kiçikliyindən
asılı olmayaraq bütün rollarım yaddaşımda, xatirələrimdə
məhəbbətlə qalıb:
“Rollarımın hamısı
mənə stimul verib. Hazırda yeni bir rol oynamaq istəyirəm.
Düşünürəm ki, yaradıcılığımda
yeni rol stimul verər. Konkret necə bir rol
canlandırmaq istədiyimi
deyə bilmərəm.
Amma dərin psixoloji bir rol canlandırmaq
istərdim. Yaxşı və
yadda qalan bir rol olmalıdır.
Yenə də məşqlərim olur. Bu sənətdə
təcrübəm var. Hər
tərəfli bir obraz oynamaq istəyirəm”.
Xalq artisti dedi ki,
seriallardan təkliflər
alıram: “Amma razı olmuram. Görürəm ki, mən orada oynamasam daha yaxşı olar”.
Xalq artisti Nuriyyə Əhmədova
Rasim Balayevlə tələbəlik
illərindən həmkar
olduğunu dilə gətirdi: “O “Nəsimi” filminə çəkilirdi . Mən də orada çəkilirdim. Amma mən
filmdə görünmürəm.
Rasim Balayevin zəhmətkeş, ailəsini
sevmən, vəfalı
dost olmaqla yanaşı
və yaxşı yol yoldaşıdır. Çox gözəl insandı.
Onunla tərəf müqabili olmuşuq. Rasimin həyat yoldaşı
Sevil xanımı, uşaqlarını da tanıyıram. O çox
böyük sənətkardır.
Mən Moskvada festivalda olanda Həsən Məmmədov və Rasim Balayev haqqında
gözəl sözlər
eşitdim. O Azərbaycan kinosunun ulduzudur. Biz onunla
fəxr etməliyik”.
Xalq artisti bildirdi ki, “Həm ticarət,
həm ziyarət” filmində Rasim həqiqi sənətkar olduğunu bir daha göstərdi: “Ona ampula lazım
deyil. Onda yumor da, satira da var. O filmdə mənfi rolu çox gözəl oynadı.
O, bütün həyatını
ailəsinə, övladlarna
həsr edib. Həyat yoldaşı onun öz qohumudur. Çox gözəl ailələri
var. Rasim həm də çox vəfalı insandır.
Bu sözləri hər
adam üçün
demək olmaz”.
Nuriyyə Əhmədova qeyd etdi ki, sənətkara
arzularının həyata
keçməsini diləyir. “ Nəvələrinin toyunu
görsün. Özündən muğayat olsun. Eyni zamanda gözəl rollarda oynasın. O,
Azərbaycan kinosuna mükəmməl
rolları ilə möhür vurub”.
Rəqsanə.
Üç nöqtə.-2014.- 12 avqust.-
S. 13.