Peşə
hazırlığı üzrə tədris proqramları çevik olmalıdır
Çevik peşə təhsili
sisteminin formalaşması
isə insanların əmək bazarındakı
dəyişikliklərə tez adaptasiya olunmasına imkan verir
Dünya təcrübəsindən məlumdur ki, peşə hazırlığı üzrə tədris proqramları çevik olmalıdır. Belə ki, adətən iş axtaran qısa müddət ərzində iş tapmaq istəyir və buna müvafiq olaraq peşə təliminə çox vaxt və vəsait sərf etməyi düşünmür. Ona görə də, peşə təhsili müəssisələri ənənəvi uzunmüddətli kadr hazırlığı prosesi ilə yanaşı, qısamüddətli təlimlər vasitəsilə çevik peşə hazırlığını da həyata keçirməlidirlər. Çevik peşə təhsili sisteminin formalaşması isə insanların əmək bazarındakı dəyişikliklərə tez adaptasiya olunmasına imkan verir və nəticədə onların həyat şəraitinin yaxşılaşmasına səbəb olur. Məhz bu təcrübə əsasında Azərbaycan Respublikasının Nazirlər Kobinetinin 14 oktyabr 2008-ci il tarixli 241 N-li qərarına əsasən Qəbələ rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradııb. Məqsəd Dağlıq Şirvan iqtisadi zonasının turizm potensialı nəzərə alınaraq, regionda turizm və otelçilik üzrə kadrların hazırlanmasıdır. Tədris Mərkəzində 47 nəfər fəaliyyət göstərir. Bunlardan 9 nəfərİstehsalat təlim ustası 7 nəfər müəllim, hərbi rəhbər, bədən tərbiyə rəhbəri, tərbiyəçi müəllim, kitabxana işçisi və 26 nəfər qeyri pedaqoji iş sahəsində çalışır . Tədris Mərkəzinin pedaqoji sahəsində işləyən hər bir işçi öz işini günün tələbləri səviyyəsində qurmaq həvəsindədir. Bildirək ki, ölkə Prezdenti cənab İlham Əliyev ” Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət proqramından (2007-2012-ci illər)” imzaladıqdan sonra bu sahəyə dövlət qayğısının artması önplana çəkildi. Dövlət Proqramında irəli gələn müddəaları əsas tutaraq mərkəzimiz əmək bazarının işə götürənlərin tələbləri və regionun inkişaf xüsusiyyətlərini nəzərə alaraq işini qurur. Tədris Mərkəzinin nəzdində müasir tələblərə cavab verən 3 mərtəbəli tədris korpusu, oğlanlar və qızlar üçün 2 mərtəbəli yataqxana, iclas zalı, yeməkxana, laboratoriya, şagirdlərin istehsalat təcrübəsi keçməsi üçün serviz otaqları mövcuddur. Bundan başqa, mərkəzdə fəaliyyət göstərən emalatxana modern avadanlıqları ilə təmin edilib. Tədris korpusunun birinci mərtəbəsində serviz və bar otağı, ət və balıq təmizləmə sexi un məmulatları hazırlana biləcək sex və böyük mətbəx yerləşir. İkinci və üçüncü mərtəbələrdə 20 – 22 yerlik 19 sinif otağı, kitabxana, müəllimlər otağı və fənn kobinetləri yerləşir. şagirdləri bilik və bacarıqlarını artırmaq üçün maksimum səviyyədə istifadə edirlər. Mərkəzin 2.58 hektar torpaq sahəsi mövcuddur.Ərazinin 1.85 hektar sahəsi yaşıllıqdır. Əlavə tikililərdən tibb məntəqəsi, iki qazanlı istilik sistemi qazanxanası, artezian quyusu və 400 KVA-lıq transformator yarimstansiyası vardır. Qəbələ Turizm və Otelçilik üzrə PeşəTədris Mərkəzi Təhsil Nazirliyinin 2009-2010- cu ilə aid şagird qəbulu planı əsasında fəaliyyətə başlayıb. Qəbul planına uyğun olaraq şagirdlər əsas təhsil bazasından 45-nəfər barmen-bufetçi, ofisiant peşələrində təhsil alırlar. 90 nəfər şagird 6 qrupa bölünüb. Mərkəzdə qonşu rayonlardan şagirdlər də seçdikləri peşələr üzrə təhsil alırlar. Yatqxanaya ehtiyacı olan şagirdlər yataqla təmin olunub. Hazırda mərkəzdə 160 nəfərdən artıq şagird təhsil alır. Yeni ixtisaslar mehmanxana inzibatçısı və mühasib-fərdi kompyuter operatoru üzrə 2 qrup fəaliyyət göstərir. Tədris mərkəzində işləyən istehsalat təlim ustaları , ixtisas müəllimləri və fənn müəllimləri ali təhsilli kadrlardır. Əsas vəzifə gənclərin hərtərəfli inkişafını təmin etməklə yanaşı, onlara mükəmməl peşə hazırliğını, servis xidmətini öyrətməkdən ibarətdir. Bu baxımdan mərkəzin mühəndis-pedaqoji kollektivinin fəaliyyəti təqdirə layiqdir. Mərkəzimiz müasir tədris ocağı kimi nəfis tərtibata malikdir. Foyedə Ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən güşə hazırlanmışdır. Mərkəzin kitabxanası Təhsil Nazirliyi tərəfindən ayrılmış kitablarla təhciz edilib. Şagirdlərimizin adsudə vaxtının təşkili də həmişə diqqət mərkəzindədir.
Qəbələ Peşə Tədris Mərkəzinin mövcud peşə təhsili müəssisələrindən əsas fərqli cəhətləri ondan ibarətdir ki, bu təhsil müəssisəsində hansı təhsil pilləsini bitirməsindən, yaxud təhsil almasından asılı olmayaraq, əsas iş yerindən və təhsildən ayrılmamaq şərtilə peşə təhsili almaq və ya ixtisasartırmadan keçmək imkanı yaranıb. Bu isə çevik peşə təhsili sisteminin yaranmasına və regionlarda dəyişən əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadrların hazırlanmasına imkan verir. İxtisaslı kadr isə rayonun turizm potensialının artmasında, xidmətin keyfiyyətinin artmasına xidmət edir. Qəbələnin turizm sektorundakı rolunu nəzərə alsaq bu çox önəmlidir.Qeyd edək ki, 2014-cü ilin başlanğıcında – yanvarın 3-də Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin istifadəyə verilməsi, kompleksin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ölkəmizin bu əsrarəngiz turizm məkanının daxili potensialından səmərəli istifadəyə dövlət səviyyəsində yüksək qayğı və diqqət göstərildiyini bir daha təsdiq edir.
Hələ 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyev Qəbələdə səfərdə olarkən bu diyarın gözəlliyinə məftun olduğunu bildirmiş və Qəbələ gecələrini İsveçrə gecələrinə bənzətmişdi. Həmin vaxtdan da bu diyarın çiçəklənməsinin bünövrəsi qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün ölkəmizin hər bir bölgəsi kimi, Qəbələnin də iqtisadiyyatı sürətlə inkişaf edir. Belə vüsətli inkişaf və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın əsas turizm mərkəzinə çevriləcəyinə zəmin yaradır. Bu gün Qəbələ şəhərinin yaxınlığında eyni vaxtda 2000-dən çox qonağı qəbul etmək imkanına malik olan 4 ədəd beşulduzlu otel mövcuddur. Rayonda rahat şəkildə təbiət qoynunda ailəvi istirahət etmək üçün, həmçinin kiçik otellər, bir neçə istirahət mərkəzi və turist bazası da fəaliyyət göstərir. Bölgənin füsunkar təbiəti, təbii resursları, insan potensialı və qonaqpərvərliyi, yüksək səviyyədə xidmət də Qəbələni gözəl bir məkana çevirmişdir.
Qəbələdə turizm və istirahət komplekslərinin müxtəlifliyi nəticəsində bu gün rayonun ərazisində kasıblar da, zənginlər də istirahət edə bilərlər. Burada bir günlük istirahətin qiyməti yerindən və xidmətlərin səviyyəsindən asılı olaraq 20 manatdan 500 manatadək dəyişir. Hər kəs öz cibinin imkanlarına uyğun məkan seçə bilər. Hətta şəxsi maşını olanlar üçün dağlıq ərazilərə səyahət də mümkündür. Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Bütün bunlar 2008-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və həmçinin yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının əsas müddəalarının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaradıb. Bu dövlət proqramlarının uğurla icrası nəticəsində rayonda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüş, işsizlərin sayı minimuma enmişdir. Həmçinin Qəbələdə istehsalın planlı şəkildə aparılması da turizm sənayesinin inkişafı ilə bağlıdır. Deməli, rayonun bu sahədə çalışan yüksək ixtisaslı kadrlara ehtiyacı var və ehtiyac hər il artır. Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi də bu məqsədə xidmət edir.
Üç nöqtə.-2014.- 13 avqust.- S. 9.