Təhsilin idarəedilməsində şəffaflığın və aşkarlığın artırılması təmin edilir

 

Struktur islahatları təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına xidmət edir

 

Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri və digər məsul işçilərin iştirakı ilə Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov ötən dərs ilinin əlamətdar hadisələrlə yadda qaldığını və ölkə təhsilinin strateji inkişafı baxımından başlanmış islahatların uğurla davam etdirildiyini bildirib. Ötən dərs ilində təhsilin inkişafı ilə bağlı bir sıra əhəmiyyətli sənədlərin qəbul edildiyini nəzərə çatdıran nazir bütün bunların ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsi olduğunu vurğulayıb. Məktəbəqədər təhsilin əhəmiyyətinə toxunan təhsil naziri bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə diqqət çəkib.

Nazir təhsilin məzmunu, müəllimin fəaliyyətinin səmərəliliyinin artırılması, tədris resurslarının hazırlanması, təhsil müəssisələrinin işinin günün tələbləri səviyyəsində təşkili və mövcud olan mənfi hallara qarşı mübarizə sahəsində aparılan islahatların müsbət nəticələr verməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Daha sonra müşavirədə çıxış edən məruzəçilər 2013-2014-cü tədris ilinin yekunları, ümumi təhsil məktəbləri məzunlarının buraxılış imtahanlarında göstərdiyi nəticələrin müqayisəli təhlili, Respublika fənn olimpiadalarının təşkili, müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu, Bakı şəhərindəki ümumi təhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi, məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil edilmiş təlimlər və məktəb direktorlarının təyin olunması prosesi, növbəti tədris ilinə hazırlıqla bağlı qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatların dərin ictimai rəğbətlə qarşılandığını və cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini bildirib. Nazir qeyd etmişdir ki, ötən dərs ilində təhsilin bütün pillələri üzrə yekun göstəricilər və həyata keçirilən islahatların ilkin nəticələri bunu deməyə əsas verir. Təhsil naziri, həmçinin, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü il tarixli “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən, regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaqdır. Nəticə etibarı ilə müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi sayəsində yerlərdə təhsilin idarəedilməsində şəffaflığın və aşkarlığın artırılmasını təmin etmiş olacağıq. Struktur islahatları təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət edir.

Sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyində xüsusi işçi qrupun yaradıldığını söyləyən nazir bununla bağlı Fəaliyyət Planının hazırlandığını nəzərə çatdırıb. Fəaliyyətdə keçmişə deyil, gələcəyə baxmağın zəruriliyini önə çəkən təhsil naziri qarşıya qoyulmuş vəzifələrin təhsil sisteminin real inkişafına yönəldiyini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Müşavirədə, o cümlədən, regional idarələrin formalaşdırılması üçün atılacaq addımlar, qarşıda duran vəzifələr, digər dövlət orqanları ilə fəaliyyətin koordinasiyası və digər məsələlər ətraflı müzakirə olunub.

Bu arada təhsil sistemində önəmli addımlardan biri də Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli, 279 nömrəli qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə aliorta ixtisas təhsili müəssisələrini bitirmişümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarında dəyişikliklər edilməi olub. Qərara əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 (bir yüz) manat məbləğində əlavə ödəniləcəkdir. Qeyd etmək lazımdır ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi. Beləliklə, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaqdır.

Məlumat üçün bildirək ki, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaqdır.

Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcəkdir.

Ötən dərs ilində Təhsil Nazirliyi tərəfindən bu məsələyə daha diqqətlə yanaşaraq kənd məktəblərində 2552 yerə həvəsləndirmə tədbirləri tətbiq olunub ki, bu da bütün vakant yerlərin 78 faizini təşkil edir. Qərarda əhəmiyyətli yeniliklərdən biriondan ibarətdir ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əmək haqqına əlavə ödəniləcəkdir. Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra yerlərini tərk edirlər.

Təhsil Nazirliyi müəllimlərin fəaliyyətinin stimullaşdırılması, səriştəli və peşəkar müəllimlərin işə qəbul edilməsi, xüsusilə kənd məktəblərində pedaqoji kadrlara ehtiyacın tam aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməkdədir. Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin 2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün tipdən olan ümumi təhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırılıb. Qərarın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər ölkənin ümumi təhsil müəssisələrində vakansiyaların azalmasına, müəllim-şagird nisbətinin optimallaşdırılmasına, müəllimlərin sosial rifahının daha da yaxşılaşdırılmasına müsbət təsir edib.

Hazırda müəllimlərin işə qəbulu sahəsində tətbiq edilən qaydalar şəffaflığı və obyektivliyi təmin etməklə yanaşı, ölkədə ən çevik qəbul mexanizmi hesab edilə bilər. Belə ki, İKT-ninelektron xidmətlərin geniş tətbiqi vasitəsilə həyata keçirilən bu mexanizmin (elektron ərizə, elektron, imtahan, elektron yerləşdirmə, elektron məlumatlandırma) tətbiqi hər bir iştirakçıya imkan verir ki, imtahan nəticəsi ilə imtahan başa çatan kimi auditoriyadan çıxmamış tanış olsun. Həmçinin, nəticələr dərhal müəllimin “Şəxsi səhifəsi”nə göndərilir. Yəni müəllim imtahan verdiyi gün hansı məktəbə işə qəbul olunduğuyaüçün müsabiqədən keçə bilməməsi barədə məlumatlandırılır.

Müəllimlərin işə qəbulu qaydalarının şəffaflığı və obyektivliyi təmin etməsinin nəticəsidir ki, cari ilin iyul ayında keçirilmiş müsabiqədə 18 min nəfərədək müəllimin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya verən olmayıb.

Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə aparılan sistemli işin, tətbiq edilən yeni mexanizm və stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, hazırda kənd məktəblərində pedaqoji kadrlara ehtiyac minimuma enibson müsabiqədən sonra ölkə üzrə vakant müəllim yerlərinin sayı ümumi müəllim sayının 1 faizindən də aşağıdır. Halbuki, 7 il əvvəl ölkənin kənd məktəblərində 10 min müəllimə ehtiyac müəyyən edilmişdir. Hazırda ölkənin ümumi təhsil məktəblərində 143451 nəfər müəllim çalışır.

 

Üç nöqtə.-2014.- 22 avqust.- S. 9.