“Kino sahəsində
texniki mütəxəssislər azdır”
Müşfiq Hətəmov:
“Səs rejissoru, rəssam və bəzi sahələrdə
problemlər var”
Azərbaycan filmləri festivallarda
təmsil olunduqdan sonra
dünya
kinematorafiyaçılarının diqqətini çəkdi.
Bu barədə “Üç
nöqtə”yə danışan C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının direktoru Müşfiq Hətəmov dedi
ki, dünyada “Azərbaycanfilm”
studiyası tanındı və rəqabət aparmaq
gücündə olduğunu təsdiq etdi: “Xarici ölkələrdən
bizə çoxlu təbriklər gəldi
və layihələr təklif olundu. Kino bazarına girmək üçün
festivallar bizə şərait yaratdı.
“Mahmud və Məryəm” və “Sonuncu” filmi sübut etdi ki, müştərək filimlərin çəkilməsində
iştirak edə bilərik. Bu il
Kann, Karlo Vari və Venesiya
festivallarında iştirak
etdik. Ən böyük uğurlarmızdan
biri də son 20 ildə ilk dəfə olaraq Qarabağ mövzusunda çəkdiyimiz
filmin beynəlxalq festivala çıxarılmasıdır.
Əvvəllər kino festivapllarında
bu cür mövzuları qəbul etmirdilər. Dünyanın bir çox aparıcı kino mütəxissləri həmin
festivalda iştirak edəcəklər və ən nüfuzlu kataloqlarda film haqqında məlumatlar yerləşdiriləcəkdir.
Bu, Qarabağ münaqişəsi ilə
bağlı dərdimizin
dünyaya çatdırılmasında
mühüm rol oynayacaq”.
Müşfiq Hətəmov müştərək
filmlərin çəkilməsi
üçün Kann festivalından sonra İspaniyadan, Fransadan, Türkiyədən və
Almaniyadan təklif aldıqlarını qeyd etdi: “Artıq o layihələri müzakirə
edərək görəcəyimiz
işləri planlaşdırırıq.
Filmlərimizin Kann festivalına
düşməsi kino
sahəsində böyük
inkişafa səbəb
oldu. Gürcü dostlarımız dedilər ki, sizin inkişafınız sübut edir ki, artıq Azərbaycan filmi daha öndə gedir. Bu bizi
sevindirir”.
Kinostudiyanın direktoru vurğuladı
ki, Azərbaycanda prodüser məktəbi yeni-yeni formalaşır: “İki il əvvəl
aparıcı kino şirkətlərini “Azərbaycanfilm”
ətrafında birləşdirdik
və layihələr
işləməyə başladıq.
Bu gün kino
sahəsində texniki
mütəxəssislər azdır.
Barmaqla sayılası prodüserlərimiz
var. Yaradıcı qrupumuz
zəifdir. Səs rejissoru,
rəssam və bəzi sahələrdə
problemlər var. Yaşlı
nəslin nümayəndələri
var, amma gənc kadrlar yoxdur.
Buna görə də
xarici ölkələrdə
“master klaslar” açılır. Xaricdə yaşayan
gənc rejissorları
Azərbaycana dəvət
edirik. 2013-cü ildə əsas məqsədimiz yaradıcı
heyəti gücləndirmək,
2014-cü ildə isə
kadr problemlərini həll etmək və festivallarda çıxış etmək
olub. Bir müddət əvvəl
Karlo Vari festivalının prezidenti,
direktoru və bir sıra nümayəndələri
rejissorlarımıza “master klaslar” keçdilər.
Eyni zamanda müəllif filmlərinin müsabiqəsini
təşkil etdik.
Kino sahəsində problemlərimizin düzəlməsi
üçün ciddi
işlər aparırıq”.
M. Hətəmov bildirdi ki, aktyor sənəti
məktəbi çox
güclüdür: “Mahmud və
Məryəm” filmini çəkən türk yaradıcı heyəti aktyorlarımızın oyununu
görəndə heyran
qaldılar. Orada Fəxrəddin Manafov
iştirak edirdi.
Bizim güclü məktəbimiz
var. Artıq 3 filmimiz festivalda iştirak etdi. Bu sahədə
düzgün rəqabəti
formalaşdırmalıyıq. Bu zaman istedadlılar
üzə çıxacaq,
zəiflər isə rəqabətə dözə
bilməyərək sıradan
çıxacaqlar. Dövlət tərəfindən dəstək
var. Cənab prezidentimiz
kinonun inkişafı ilə bağlı proqram imzalayıb. Bu, Azərbaycan kinosunun
inkişaf etdirilməsinə
və bir çox layihələri həyata keçirilməsinə
imkan verir”.
Direktor dedi ki, “İçəri
şəhər” adlı
film istehsala buraxılıb:
“Filmin rejissoru İlqar Safatdır. Ekran əsərində müasir
gənclərin həyatından
bəhs olunur. Gənclər müasir dövrün
psixoloji vəziyyətini
düzgün dəyərləndirə
bilmədikdə informasiyalar
fəsadlar verə bilər. Film tərbiyəvi və müasirlik mövzusundadır.
Qarşımza uşaq mövzusunda
və müxtəlif janrlarda bir çox
filmlər çəkməyi
qoymuşuq. 2015-ci ildə əsas məqsədimiz Azərbaycan
tamaşaçısını Azərbaycan kinosuna baxmağa dəvət etmək və yaradıcı qrupların
səviyyəsini qaldırmaqdır”.
Rəqsanə.
Üç nöqtə.-2014.- 22 avqust.-
S. 13.