“Yazıçıları uzaqdan seyr edirdim

 

   Rəşad Məcid: “Bir insan öz sevdiyi bacardığı işlə uzun müddət, əzmlə, inadkarlıqla məşğul olursa o mütləq öz qiymətini alır”.

 

Deyir indi də yuxularımda tez-tez Qarabağı görürəm , düşüncələrimdə o yerləri gəzirəm. Doğulduğum Ağoğlan kəndi, yaşadığım Ağdam rayonu, sevdiyim Şuşa, oxuduğum orta məktəbin binası… ehh yenidən o illərə qayıtmaq və orada yaşamaq istərdim… Bəli bu dəfəki müsahibim yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üzrə katibi Rəşad Məciddir. O, uşaqlıq, gənclik, tələbəlik illəri ilə bağlı xatirələrini bizə danışdı.

“Uşaqlıq illərim”

Rəsmi sənədlərdə yazıldığına görə 1964-ci il 21 avqustda Ağcabədidə anadan olmuşam. Amma anamın dediyinə görə, Laçında, Agoğlan kəndində ana nənəmin evində dünyaya gəlmişəm, 15-20 gündən sonra məni Ağcabədiyə baba-ata evinə gətiriblər. Atam Ağdamda işlədiyindən uşaqlığım da sözügedən rayonda Lenin bağının, bazarın yaxınlığında yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində, iki otaqlı evdə keçib. Həmin binada yaşayan Vaqiflə dostluğumuz uşaqlıqdan indiyə qədər davam edir. Evimizin yaxınlığındakı Ağdam şəhər Sədrəddin Bayramov adına 1 saylı orta məktəbdə oxumuşam. Ağdam barədə mən həmişə demişəm ki, bu şəhər təzadlı, qeyri-adi idiburada maksimalist, bacarıqlı insanlar da çox idi. Uşaqlığım haqda düşünəndə gözlərimin önündə Ağdam canlanır. Çünki, taleyimdə, düşüncəmdə bu rayonun böyük rolu olub. 8-ci sinfə qədər orada oxudum. Orada məktəbliləri pambığa apardıqlarından arada iki ay Laçında təhsil aldım. Laçında oxuyarkən Ağdamdan gəlmiş bir uşaq kimi hamı mənə maraq göstərirdi. 8-ci sinfi bitirəndə ədəbiyyata, mütaliəyə meylim artmışdı, şeir yazmağa başlamışdım.

“Gəncə çörəyi”

Ailədə 1 bacı, 3 qardaş olmuşuq. Evdə böyük uşaq mən idim. Mənim uşaqlıq illərim çox sakit keçib. Buna baxmayaraq sonradan köçdüyümüzhamam” məhləsində yaşamağım, oradakı uşaqlarla qoşulub davakarlıq, avaralıq etməyim də olub. Ağdamda olanda məni “Gəncə çörəy”i almaq üçün Kamilin çörək mağazasına yolladılar. Onu da deyim ki, “Gəncə çörəyi” almaq üçün həmişə növbəyə düzülürdük. Bu mağaza raykomun qonaq evinin yaxınlığında yerləşirdi. Vaxtından tez gəldiyimdən “hamam” məhləsinin uşaqları ilə oturub kibritin qapaqlarından kart kimi bir oyun oynayırdıq. Amma kart deyildi, kibrit qutusunun üstündəki şəkillərlə əlaqəli oyun idi. Biz bağın içində oyun oynayanda, raykomun qonaq evindən kimsə pəncərədən bunu görürbizim qumar oynadığımızı düşünüb, Ağdamda uşaq polisinə zəng edir. Polis gələndə uşaqlar qaçdı, məni götürüb bölməyə apardılar. Akt yazıldı və onu Ağdamda oxuduğum 1 nömrəli orta məktəbə göndərdilər. Bizim məktəbin tədris hissə müdiri uşaqların qarşısında aktı oxuyanda hamı şoka düşmüşdü. Sonra zarafat edirdilər ki, “7-ci sinifdə oxuyan Rəşad kart oynayarkən polis leytenantı tərəfindən saxlanılmışdı”. Həqiqət belə olmasa da, bu hadisə mənim fikrimdə ətrafdakılarla, düşdüyüm mühitlə bağlı bir dəyişiklik yaratdı. Bu zaman artıq Ağdamdan çıxıb Bakıya gəlmək, Bakı mühitində yaşamaq istəyirdim. Riyaziyyatı yaxşı bildiyimdən 9-cu sinifdən Bakıda fizika-riyaziyyat təmayüllü internatda oxumağa başladım. Onu da deyim ki, orada qazandığım dostlarım da bu günə qədər sədaqətli dostlarım olaraq qalır.

Onun Oçerki

 

Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşam. Qrupun ən gənc tələbəsi idim. Təhsillə yanaşı, “Elm və Həyat” jurnalında da işləyirdim. Yaradıcı insanlarla burada tanış olmuşam. Bizə Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Qulu Xəlilov, Nurəddin BabayevCahangir Məmmədli dərs deyirdilər. Həmin illərdən mənə yadigar qalan bir xatirə var ki, bunu ara sıra danışıram. Nurəddin Babayevi bir yazıçı kimi xoşlasam, əsərlərini oxusam da, nəsə müəllim kimi o qədər də sevmirdim. Hətta bir-iki dəfə də o məni dərsindən çıxarmışdı. O deyirdi ki, «sənə məqbul yazmayacam». Uşaqlar da əmin idi ki, Nurəddin Babayev məni imtahandan kəsəcək. Oçerk sənətkarlığından dərs deyən Nurəddin Babayev bir gün oçerk yazmaq tapşırığını verdi. Mən qrup yoldaşlarımdan birinə, indi də Azərbaycan televiziyasının əməkdaşı olan Saxəddin Hüseynova dedim ki, sənin yazdığın oçerki tənqid edəcəyəm, amma sən mənim yazdıfğım oçerki tənqid edə bilməyəcəksən. Beləliklə, növbə qrup yoldaşıma çatdı. O, oçerki oxuyub bitirdikdən sonra, əlimi qaldırıb, onun yazısını o ki var tənqid etməyə başladım. O da əlimdən yanıqlı olduğundan səbirsizliklə mənim növbəmi gözləyirdi. Çünki, o müəllimlə mənim aramda soyuqluq olduğunu yaxşı bilirdi. Beləliklə, növbəm çatdı və mən Nurəddin Babayev haqqında yazdığım oçerki bəlağətli səsimlə, ürəkdən oxumağa başladım. Yazını oxuyarkən hiss etdim ki, Nurəddin müəllim təsirlənərək gözləri yaşardı. Oçerkini tənqid etdiyim qrup yoldaşım əlini qaldırıb yazımı pisləməyə başladı. Amma fikirlərini sonacan deyə bilmədi, çünki Nurəddin müəllim onun susdurdudedi: “Mənim çox tələbələrim olub, amma mən Rəşadı bu oçerklə tanıdım. O istedadlıdı, oçerkibütün tələblərə də cavab verir”.

Uğurlu yol

Bəxt amilinin insanların həyatında böyük rol oynadığını düşünürəm. Mən də bəxtə inanıram. Çünki, bəxtimin gətirmədiyi vaxtlar da olub. Ümumilikdə isə tərcümeyi-halım, ailəm və valideynlərimin mənə verdiyi azadlıq özü mənim üçün böyük bəxt və şansdır. İnsanın həyatda qazandıqları onun arzuladığı, istədiyi həyatdı. Mən də hesab edirəm ki, uşaqlıqdan bəri bu həyatı arzulamışam. Gənc olanda yazıçıları uzaqdan seyr edib, heyranlıqla baxmışamsa, indi Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibiyəm və vaxtilə uzaqdan seyr etdiyim həmin adamlarla bir yerdə işləyirəm. Həyatımda böyük rolu olan insanlarda birixalq şairi Hüseyn Arif olub. Çünki, evdəkilər istəyirdi ki, mən riyaziyyat, fizika ilə məşğul olum. Atamın bir dostu ilə Hüseyn Arifin yanına getdiko şeirlərimi oxuyan kimi uğurlu yol yazdı və məni bu sahəyə istiqamətləndirdi. Doğmalarımı da inandırdı . Şeirlərimi o vaxt məşhur olan “Azərbaycan Gəncləri” qəzetinə təqdim etdi. Bundan sonra həyatıma, uğurlarıma tərəddüd edən olmadı. Digər tərəfdən jurnalistika ilə məşğul idim və fikirləşirdim ki, mən də nə vaxtsa qəzet redaktoru ola bilərəm? Sonda bu arzuma da çatmışam. Çünki, qazandığım uğurlar əməyimin, zəhmətimin bəhrəsidir. Mənim düşüncəm budur ki, bir insan ədalətsiz cəmiyyətdə belə öz sevdiyi və bacardığı işlə uzun müddət, əzmlə, inadkarlıqla məşğul olursa mütləq öz qiymətini alır. Bu mənim üçün bir aksioma, həyatda qəbul etdiyim nəticələrdən biridir.

Çox razıyam”

Çox gənc yaşda, 22 yaşında ailə həyatı qurmuşam. Həyat yoldaşımdan çox razıyam, 3 oğlum var və artıq həm də babayam. Böyük oğlum mənim sənətimi davam etdirirona bu sahəni seçəndə mane olmadım. İkinci oğlum isə iqtisadiyyat sahəsində çalışır. Kiçik oğlum İtaliyada Turizm sahəsi üzrə magist oxuyur.

“O Rəşad Məcid”

İnsanların uzaqdan baxdıqları Rəşad Məcid əslində əsl Rəşad Məcid deyil. Onların bir çoxları Rəşad Məcid haqında yekəxana, kobud, etinasız, laqeyd, tipli obraz kimi fikirləşirlər. Amma məni yaxından tanıyan insanlar bilirlər ki, çox həssas, kövrək və sədaqətli biriyəm. Həmişə fərqli düşüncələrim, maraqlarım olub. İndiki gəncləri görəndə təəccüblənirəm, heyrət¬lə¬nirəm və çox heyif deyirəm… Çünki, mən 15 yaşımda, artıq təxmini bilirdim ki, həyatım hansı istiqamətə doğru gedəcək. Amma indi 20-25 yaşında olan gənclərin əksəriyyəti xaotik, qarmaqarışıq və bir məqsədləri olmayan düşüncələr içərisində yaşayırlar. Bunu görmək insanı çox kədərləndirir.

Xatirələr məni aparır uşaqlıq illərimə. İndi də yuxularımda, düşüncələrimdə, ancaq Qarabağı görürəm. Doğulduğum Laçın, yaşadığım Ağdam rayonu, oxuduğum orta məktəb binasının divarları… Bilsəniz necə darıxmışam o illər üçün? Bunu təəvvür etmək və sözlə izah etmək çox çətindir. ehh yenidən o illərə qayıtmaq və orada yaşamaq istərdim…

 

İlhamə Əbülfət

Üç nöqtə.-2014.- 22 avqust.- S. 6.