Ziya müəllim, şəxsiyyət və əsil pedaqoq idi
O, xx əsr cüng ədəbiyyatımızın
tərtibçisidir
DÖVRÜN ədəbi tənqidçilər nəslinin tanınmış nümayəndələrindən biri də Arıxlı kəndində Borçalı qazısı Allahyarzadə Yusif Əfəndinin ailəsində dünyaya gəlmiş Ziyəddin Əfəndiyev (Ziya Borçalı) idi. O, ilk təhsilini ailədə alıb, sonralar Qori Müəllimlər Seminariyasını bitirib. Ziyəddin Əfəndiyev 1920-1925-ci illərdə Arıxlı məktəbində müəllim və direktor işləyib. Sonradan Tiflis Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirən Z.Əfəndiyev ana dilindən əlavə, ərəb və fars dillərini də mükəmməl bilirdi. Onun həyat və yaradıcılığından bəhs edən tədqiqatçıların qeyd etdiyi kimi, Z.Əfəndiyev qələmini ədəbi janrlarını bütün növlərində sınayıb, uzun illər pedaqoji fəaliyyət göstərib, üstəlik Borçalıda dildə-ağızda dolaşan xalq incilərini-folklor nümunələrini, ən çox isə bayatıları toplayıb və mətbuat orqanlarında hissə-hissə çap etdirib. Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanan şəxsi fondundakı sənədlərdən və Z.Əfəndiyev yaradıcılığından bəhs edən araşdırıcıların qeydlərindən bəlli olur ki, uzun müddət mövcud mətbuat orqanları ilə əlaqə saxlamış ədib “Pedaqoq” adlı bir jurnal da nəşr etdirmək istəyib.
O, XIX əsrdə çap olunmamış müəlliflərin bir sıra əsərlərini toplayıb və Gürcüstanda Azərbaycan dilində nəşr olunan dövri mətbuat səhifələrində, elmi-tədqiqat işlərini isə Gürcüstan Dövlət Universitetinin «Elmi xəbər»lərində çap etdirib. Ziya Əfəndiyevin ən böyük xidmətlərindən biri də Azərbaycan klasiklərinin əsərlərini toplayaraq «Cüngi-bəyaz» adlı şeir dəftərləri tərtib etməsidir. Həmin cünglərdə (Şairlərin seçmə əsərləri,yaxud beytlərin əlyazma toplusu) yüzlərlə şəxsiyyətlərimizin söz yadigarları toplanıb. Yuxarıda qeyd etdiyimiz kimi ərəb, fars dillərini səlis bilməsi ona daha geniş elmi-tədqiqat işi aparmağa imkan verib. Borçalı ədəbi həyatında yazıçı, şair, jurnalist kimi tanınan, Tiflis və Borçalı ədəbi mühitlərinin tükənməz çeşmələrindən bəhrələnən Z.Əfəndiyev daha çox ədəbi tənqidçi kimi də şöhrət tapıb. O, “Tbilisidə yaranmış Azərbaycan ədəbiyyatı (1880-1920-ci illər)”, “Tbilisidə Azərbaycan ziyalılarının ədəbi və jurnalistik fəaliyyəti (1880-1920-ci illər)”, “Cəlil Məmmədquluzadənin ədəbi fəaliyyətinin Tbilisi dövrü (1904-1917)”, «Azərbaycan uşaq ədəbiyyatı» və s. kimi fundamental tədqiqat əsərləri yazıb. «Cəlil Məmmədquluzadənin ədəbi fəaliyyətinin Tbilisi dövrü» elmi-tədqiqat əsərində Ziya müəllimin özünün dediyi kimi Cəlil öz sözünü deyib, indii bizlərə onu necə öyrənib, millət balalarına çatdırmağı düşünməliyik… O, bu istiqamətdə fəaliyyətini Zaqafqaziya Dəmir Yol Mühəndisləri İnstitunda, Tbilisi Dövlət Universitetində və Tbilisi Pedaqoji İnstitunda davam etdirib. Ziyəddin Əfəndiyevin Azərbaycana vurğunluğu, onun klasik ədəbiyyat tarixinə bağlılığı Nəsimi, Kişvəri, Həbibi, Q.B.Zakir, M.F.Axundov kimi Azərbaycan yazıçı və şairləri barədə geniş tədqiqat işləri aparmağa zövq edib. Ziya Borçalı habelə Borçalı türklərinin yazılı və şifahi ədəbiyyatı barədə onlarla məqalə yazıb, Azərbaycanın tanınmış ədibləri ilə yaradıcılıq əlaqələri saxlayıb. Bu siyahını uzadmaq da olardı. Ancaq o, yaddaşlarda el ədəbiyyatının və pedoqoji tariximsizin mahir bilicisi kimi də qalıb… Ziya müəllim öz xidmətini ancaq millətinə, soyuna, doğulduğu torpağına bağlı şəkildə təbliğ edib. Bu gün onun topladığı bayatılar Borçalı elinin incisidir.
Borçalının Kolagir kəndində anadan olan, Sabir satirik şeirinin davamçılarından sayılan, “adı M.S.Ordubadi kimi tanınmış sənətkarlarla yanaşı çəkilən M.Rzazadə (Mühəqqər) haqqında ilk ətraflı elmi məqaləni də məhz Z.Əfəndiyev yazıb, ölməz şairə ötən əsrin altmışıncı illərində Borçalı ədəbi mühitinə ikinci həyat verib.
“Şair Mühəqqər” məqaləsi adı subyektiv səbəblərdən unudulmaqda olan şairin ədəbi həyatda mənəvi reabilitasiyası olmaqla bərabər, həm də Borçalıda yaranan ədəbiyyatın ümumazərbaycan ədəbiyyatından qidalandığını, Borçalı şair və yazıçılarının klassik Azərbaycan sənətkarlarından bəhrələnərək araya-ərsəyə çatdıqlarını bir daha təsdiqləmək baxımından xeyli əhəmiyyətlidir. Məqalədə Mühəqqərin “Dükan”, “Dilənçi”, “Əsrimiz” və başqa şeirləri təhlil edilmiş, şairin bədii sənətkarlğına qiymət verilmiş, əsərlərinin ictimai əhəmiyyəti qabardılmışdır. Z.Əfəndiyev Mühəqqəri haqlı olaraq Sabir ədəbi məktəbinin davamçısı hesab edib, bu ölməz ədəbi irsin təsiri altında böyük ədəbiyyata qədəm qoymuş şairi yüksək dəyərləndirib. Mühəqqərin satirik şeiri bunun təsdiqidir:
Məclisin zinnətidir, harda ola xacə nizam,
Tacir Allahqulu gəlsin, danışır yaxşı
kəlam,
Acı. çılpağı
gətirmə, deyəcək
çoxdan acam.
Saili, müflisi görsəm, qapıdan qovlayaram,
Çünki yox təzə libası, açıq, üryan gələcək.
Yeri gəlmişkən
qeyd edək ki, “Şair Mühəqqər” məqaləsi
Borçalı ədəbi
mühitini araşdıran
tədqiqatçılar arasında
maraqlı bir ədəbi mübahisənin
əsasını qoyub. Z.Əfəndiyev “Sovet Gürcüstanı” qəzetində dərc etdirdiyi adıçəkilən
məqaləsində 1920-ci ildə Tiflisdə nəşr olunan və Mühəqqərin
də şeirlərinin
daxil edildiyi ikihissəli “El şairləri”
kitabından bəhs edibr. Ədəbiyatşünas Ş.Məmmədli Mühəqqərin yaradıcılığından
bəhs edərdkən
“El şairləri” kitabının
birinci hissəsində
şairin lirik, ikinci hissəsində isə satirik şeirlərinin cəmləndiyini
və 1920-ci ildə Tiflisdə “Şərq” basmaxanasında çap olunduğunu yazır.
Tədqiqatçı M.Mədədoğlu isə Z.Əfəndiyevin ədəbi-tənqidi görüşlərindən
bəhs edən məqaləsində adıçəkilən
kitabın iki hissədən ibarət olduğunu və 1922-ci iildə “Yeni fikir” qəzeti nəşriyyatı tərəfindən”
buraxıldığını qeyd edir. Onun yanlış mülahizə
yürütdüyü göz
qabağındadır. Əvvəla, “El şairləri”nin
1922-ci ildə deyil,
1920-ci ildə nəşr
olunduğu faktdır,
heç bir mübahisə doğurmur,
üstəlik də “Yeni fikir” qəzeti
redaksiyasında belə
bir kitab yox, 1923-cü ildə “Əşar məcmuəsi”
adlı kitabça nəşr olunub. Buraya Mühəqqərin şəkli
və iki şeiri daxil edilib. Bunu Z.Əfəndiyev və R.Məmmədov da təsdiqləyirlər.
R.Məmmədli digər
tədqiqatçılardan- Z.Əfəndiyev, Ş.Məmmədli
və M.Mədədoğlundan
fərqli olaraq “El şairləri” kitabının
iki hissəli deyil, bir hissəli
olması qənaətindədir.
O, 20 səhifədən ibarət
həmin kitabın S.Canaşia adına
Gürcüstan Respublikası
Dövlət Arxivində
mühafizə edildiyini,
buraya Mühəqqərin
10 şeirinin daxil edildiyini yazır. Müəllif həmçinin
“Şərq” nəşriyyatında
silsilə şəklində
kitabçalar buraxıldığını,
“El şairləri”nin isə bu qəbildən
altıncı kitab olduğunu qeyd edir.
Ziya müəllim
el bayatılarımız, dastanlarımız
haqqında da geniş tədqiqat işi aparıb. O yazır:
«İnsan dünyada əbədi deyil, ancaq onun yaratdığı
dəyərli əsər
və gözəl xətt əsrlərcə
yaşayır». Ziyyədin
Əfəndiyev bu fikirini el bayatısı ilə təsdiq edir:
Əzizim
yüz il
belə,
Qəvvas
el yüz il
belə.
Ömür fani, xətt baqil,
Yaz, qalsın yüz il belə.
Qeyd edək
ki, Ziya Əfəndiyevi dəfələrlə
Bakıya- Azərbaycana
dəvət ediblər. Lakin o, özünəməxsusluqla deyib:
«Azərnbaycanı, Bakını
Arıxlıda, Gürcüstanda,
Tbilisidə də yaşatmaq lazımdır».
Ədəbi irsimizi vurğunluqla çevən şair, pedaqoq başqa xalqların da yaradıcılığına xüsusi
qayğı ilə yanaşıb. Onun A.S.Puşqin, A.Fadeyev və B.Q. Belinski ilə bağtlı yazdığı məqalələr
bu gün də öz aktuallığını qoruyub
saxlayır.
Ümumiyyətlə, Z.Əfəndiyevin ədəbi
tənqid və yeni ədəbi qüvvələrin istiqamətləndirilməsi
sahəsinə aid dəyərli
məqalələri, orijinal
fikir və mülahizələri çoxdur. O, ədəbi
tənqiddə öz sözü olan, xüsusi yazı manerasına malik bir sənətkardır. Borçalı ədəbi həyatının
canlanmasında, ədəbi-mədəni
mühitin inkişafında
xüsusi rolu var və XX əsr cüng ədəbiyyatımızın tərtibçisidir.
Üç nöqtə.-2014.-23
avqust.-S.9.