“Saçımın bir tükünü yandırsam”

 

Jalə Əliyeva: “Həyat varsa, idealar, düşünən beynin, gəzən ayaqların, yazan əlin varsa, sən nələrisə özün yarada bilərsən

 

Çəkinmədən deyə bilərəm ki, Jalə Əliyeva Milli Məclisin ən gözəl xanımıdır. Müsbət aurası olan bu xanım gülərüz və mülayimliyi ilə digər millət vəkillərimzdən fərqlənir. Deyir xatirələrim, məktəbillərim o qədər unudulmazdır kiunuda da bilmərəm. Bəli, müsahibim millət vəkili Jalə Əliyevadır

“Məktəb illərim”

Mən, 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşam. Mənim də xatirələrim məktəb illəri ilə başlayır. Çünki, hamı deyir ki, məktəb illəri həyatın ən gözəl illəridir və həqiqətən mənim yaddaşımda da elə qalıb. Məktəb mənim üçün həvəslə, maraqla getdiyim bir müəssisə olub. Çünki, mən 1973-cü ildə məktəbə getmişəm. O vaxtlar uşaqları məktəbə 7 yaşda qəbul edirdilər. Amma mənim 7 yaşım hələ tamam olmamışdı. Çox həvəsli idim, imtahan verdim və 132 nömrəli məktəbdə təhsil almağa başladım. Sentyabrın 1-də uşaqların, hətta oğanların ağlamasına çox təəccüblənirdim və bu mənə çox qəribə gəlirdi. 10 il ərzində də müəllimlərimizlə, sinif yoldaşlarımızla, elə bir körpü yaranmışdı ki, elə bilirdim bu əbədidir və heç bir zaman bu münasibət qırılmayacaq. İllər keçdikcə həyat hər kəsi bir tərəfə atır, qayğılar, problemlər üzündən 10 ilik sinif yoldaşlarınla istədiyin qədər görüşə bilmirsən. İndi bizim sinif uşaqları dünyanın, ölkənin müxtəlif yerlərində olsalar da, illərlə görüşməsək də, bilirəm ki, nağıllarda deyildiyi kimi, saçımın bir tükünü yandırsam gələrlər. Bax o şəkildə mən onların, onlar da mənim hər zaman hər bir harayıma gələrlər. Çünki, bizim məktəbdə tərbiyə, maarifləndirmə o şəkildə olub.

“100 rubl

1983-cü ildə məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 5 il orda oxumuşamuniversiteti Lenin təqaüdü ilə bitirmişəm. Qoyun özümü tərifləyim (gülür). Lenin təqaüdü hər fakültədən bir şagirdə verilirdi. İş elə gətirdi ki, 1-ci kursu bitirəndə Lenin təqaüdünü alan bir tələbə artıq universiteti bitirmişdi. Həmin təqaüdə də əlaçı tələbə olduğum üçün mən düşürdüm. Şans mənim tərəfimdə oldu. O dövr üçün də kifayət qədər yaxşı təqaüd aldım. Nəzərə alsaq ki, atamanam ali məktəb müəllimləri idilər və hər biri 110-120 rubl maaş alırdılar. Mən də 100 rubl alırdım, bu gənc tələbə üçün heçpis mükafat deyildi. İstədiyim fakultəni seçmişdim. Çox arzu etdiyim türk tarixini, coğrafiyasını dərindən öyrənmək həvəsim vardı. Unversitet illəri də deyərdim ki, məktəb illəri kimi maraqlı keçib.

Seçilmiş insan

Ailədə tək uşaq olmuşam. Amma xalam qızı «mən tək uşağam» deyəndə inciyir. Deyir ki, sən məni özünə bacı hesab etmirsən? (gülür). Bilirsiniz deputatlıq, vəzifə və s. bütün bunlar əlbəttə ki, insanda istər-istəməz hadisələrə sirayət eləməyə, baş verənlərə öz sözünü deməyə şərait yaradır. Artıq lider omağa başlayırsan. Seçilmiş insansansa, sözünü deyə bilirsənsə, demək ki, sən ailədə də qəbul olunansözü keçən adama çevrilirsən. Milli Məclisdə hansısa məsələyə rəy bildirəndə mən ancaq öz ağlıma, öz qabiliyyətimə güvənirəm, ailə daxili məsələlərdə daha çox böyüklərin məsləhətlərinə qulaq asıram.

Bir gün baxdım ki

 

Mənim gəncliyim Azərbaycanmızın çox təlatümlü illərinə təsadüf edir. Həmin illər Azərbaycanın müstəqilliyi uğurunda mübarizə aparaldığı dövr idi. Milliyyətçi ruhda böyüyən bir gənc qız olduğuma görə, hər zaman bu mübarizənin bir hissəsi olduğumu dərk edirdim. Qəlbimdəki səs, haray məni daha geniş auditoriyaya cəlb edirdi. Hadisələrdə, ölkə əhəmiyyətli məsələlərdə böyük dənizin bir parçası olmaq arzusu, istəyi içimdə baş qaldırır və özümhiss etmədən bir gün baxdım ki, Milli Məclisə namizədliyini irəli sürənlər içərsindəyəm.

“Tək övlad olmaq

Bu sualı kimə versəniz deyəcək ki, həyatda zəhmətsiz heç nəyə nail olmaq mümkün deyil. Bu həqiqətən, sözün əsl mənasında belədir. Sorusduz ki, ailədə neçə uşaq olmusuzunuz? Cavab verdim ki, ailənin yeganə övladı olmuşam. Diqqətli oxucu çox yaxşı anlayar ki, ailənin tək övladı olmaq nə deməkdir? Bütün imtiyazlar, üstünlüklər, valideynlərin diqqəti, qayğısı sənin üzərindədir. Belə olan halda sən hər imtiyazdan istifadə edə bilərsən. Sənin üçün hər şeyi yaradan ailən varsa, sən ikiqat qazanclısan. Amma bununla bərabər mən özümü tanıdığımdan bəri çalışmadan, nəyisə əldə etdiyimi xatırlamıram və düşünürəm ki, yaxşı ki belə olub. Çünki, əziyyət çəkib, zəhmətlə nəyisə əldə edirsənsə, o sənin üçün çox qiymətli olur. Mən övladıma da, gənclərə də məsləhət görürəm ki, həyatlarını özləri qursun. Onda hər şey daha şirin olurdaha çox onun qədrini bilirsən. Düzdür, vValideynlərim mənim ayaqüstə durmağıma, ixtisas seçməyimə dəstiək olublar, amma uğurların əldə olunmasında öz zəhmətim əsas rol oynayıb.

“O, rəsm”

Danışdıqlarım elə hamsı xatirədir. Amma heç vaxt unutmadığım bir xatirə var, onu heç unuda da bilmərəm. Çünki, məktəb illərini sevdirən, ədəbiyyata meyilli olmağımın səbəbi də ədəbiyyat müəlliməm Aliyyə Təhmasib olub. İlk azərbaycanlı ziyalı qadın idi ki SSRi ali sovetinə deputat seçilmişdi. Onun bu uğuruna özündən çox mən sevinirdim. Mən ailə həyatı quranda müəlliməmi dəvət etməyi unutmuşdum. Toydan 3 gün sonra mənə dedilər ki, Aliyyə müəllimə toyun son saatlarınadək mənim ona zəng edib toya dəvət etməyimi gözləyib. O gecə, kövrəlib ağlayıb, bu mənə o qədər təsir etmişdi ki, bu haqda indi də danışanda kövrəlib ağlayıram. Onun üzünə baxa bilmirdim. AZTV-də ilk dərs adlı rubrika vardı. Hər ay populyar məktəbdən şagirdlər haqqında veriliş çəkirdilər. Növbə bizim məktəbə gələndə mən artıq, elmlər namizədi idim. Aliyyə müəllimə mənə xəbər göndərdi ki, səni də dəvət edirik. O günə qədər içimdə ağrı qalmışdı ki, bu qədər sevdiyim bir insanın məndə bir dənə də olsun şəkili yoxdur. Mən düşündüm ki, bir rəssam tapım, amma bu rəssam tanınmış olmasın, müəlliməm tanımasın onu. Ona tapşırdım ki, qadının cizgilərinə diqqətlə baxsın və onun portretini çəksin. Baxmayaraq ki, gənc rəssam idi amma, çox gözəl əsər yaratmışdı. Bu rəssam mənim üçün məktəb xatirələrimdəki Aliyyə müəliməmi yaratmışdı. Mən həmin verlişdə o rəsmi müəlliməmə verəndə, onun üzündəki təbəssümü görəndə, sanki, özüm öz günahımı bağışladım. İndio çəkil onun evində asılıb.

 

İlhamə Əbülfət

Üç nöqtə.-2014.- 30 avqust.- S. 7.