Aynişan yuxusuz gecələrimin

oğrun-oğrun kənardan izləyən şahididir”

 

 Aybəniz Haşımova: “Xoşbəxtəm ki, mən bu millətin qızıyam”

 

Əməkdar artist, “Bülbüllər” qrupunun yaradıcısı, səmimi insan və gözəl ana Aybəniz Haşımova “şənbə qonağı”mızdır. İşini sevən, dəyər verən böyük sənətkarımızın yaradıcılığındakı son yeniliklərini, tələbələrinə tövsiyyələrini təqdim edirik.

 

 - Aybəniz xanım, tez-tez Türkiyədə olursunuz, Bakıya nə vaxt gəlmisiniz?

- Təzə gəlmişəm. Əslində gələsi deyildim, yaxın bir adamda bir hadisə oldu. Ona görə yarımçıq gələsi oldum.

- Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bayramı harada keçirəcəksiniz. Aynişan xanım Türkiyədə təhsil alır, Bakıya gələcəkmi?

- Aynişan Bakıya dekabrın 31-də gələcək, sabahısı gün isə dərhal qayıdacaq. Çünki imtahanları var, çatdırmalıdır. Bayramı mütləq Bakıda keçirmək istəyirdi, ona görə də dedi ki, ana bayramda  Bakıya gəlmək istəyirəm.

- Türkiyəyə nə vaxt qayıdırsınız?

- Burada işlərimi sahmana salım gedəcəm. Orada Xocalı soyqırımı ilə bağlı tədbirlərimiz olacaq. Fevrala hazırlıqdır, gedəcəm Allah qoysa. Həm də Türkiyədə layihələrimiz var, onların da hazırlıqları gedir. Musiqi işi bir az çətindir, gərək əsər də dəqiqliklə olunsun. Musiqi tam hazır olandan sonra  bir qərara gələcəyik. Hələ dəqiq bir şey deyil. Hələ ki, musiqinin hazırlıqları gedir. Görək necə olacaq inşallah.

- Aybəniz xanım, siz Xocalı faciəsi ilə bağlı və bir çox xeyriyyə tədbirlərində iştirak edirsiniz. Gələcəkdə siyasətlə məşğul olmaq istərdinizmi?

- Yox. Siyasət mənim sahəm deyil. Tədbirlərdə iştirak etməyim sırf bir millətçi olaraq  bu işlərdən uzaq durmamaq məqsədidir. Amma bu o demək deyil ki, mən siyasətçi olacam. Hər bir insanın öz peşəsi var və hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Mən bir  sənət adamı, xalqımı sevən və xalqımın sevgisi ilə bu günə gəlib çıxan bir insan kimi Azərbaycan mədəniyyətində varamsa, onun xoş-və ağrılı günlərində yanında olmalıyam. Başqa cür ola bilməz.  Allah ağrılı günləri qismət eləməsin. Və ona görə də məmuniyyətlə burada işlərimi qoyub, o işlərdə böyük ürəklə iştirak edirəm və nə qədər də sağam bu hadislərin dünyaya çatdırılmasında iştirak edəcəm. Faciəmizi, ağrılarımızı mütləq çatdırmalıyıq və bu bizim borcumuzdur.

- Bu gün siz sənətinizin zirvəsində olan bir sənətkarsınız.  İlk dəfə tanınmağa başlayarkən hansı hissləri yaşayırdınız?

- Ümumiyyətlə, məşhur olacağım, tanınmağım fikrimdən belə keçmirdi. Musiqiyə belə başlayanda mənə bu sənətdə ol deyən insanlar vardı və o adamların xatirinə qaldım. Bilmirdim ki, illər məni bu dərəcəyə qaldıra biləcək. Nə yaxşı ki, mənim sənət yoluma böyük insanlar, işinin peşəkarlar çıxdı və doğru istiqamət göstərdilər. Mənə verilən təhsilə, əldə etdiklərimə görə onlara borcluyamUlu Öndər Heydər Əliyev, Həsən Həsənov, Şövkət Ələkbərova, Arif Babayev, Gülarə Əliyeva, Lidiya Rəsulova, böyük bəstəkar Nazim Əliverdibəyov, Oqtay Kazımi,  Zaman Hüseynov.  Mənim ilk dəfə  çıxışım Moskvada böyük zalda oldu və Gəncənin “Göyərçin” adlı uşaq ansamblı müşayiət etdi  o ansambla Zaman Hüseynov tərəfindən dəvət aldım. Zaman müəllimə çox təşəkkür edirəm. İlk səhnəyə əlimdən tutub çıxaran insan Zaman Hüseynov olub. Zaman müəllim mənə dedi ki, qızım, sənə inanıram ki, sən elə oxuyacaqsan ki, biz Gəncəyə qayıdanda hər kəs sənin uğurundan danışacaq. Əlbəttə ki, böyük insanların sözü adama təkan verir. İnanırsan ki, bu insan səndən ağılda da, dərrakədə də, yaşda da çox-çox öndədir və nəticələri də uğurlu oldu. Həmin gün bir mahnı oxumalıydım, ikinci mahnını da səhnədə məşq elətdirdilər ki, alqış çox olsa ikinci mahnıyı da oxuyum.  Düşündüm ki, Zaman müəllim mənə inanırsa layiqli çıxış etməliyəm. İfam alqışlarla qarşılandı və mən ikinci mahnını da oxumalı oldum. İlk səhnədə çıxışım uğurlu oldu və səhnədən çıxanda mənə ağlayan kukla hədiyyə etdilər. O vaxt da hər adamın evində ağlayan  kukla  yox idi, onu səhnədə mənə hədiyyə etdilər. Sevindiyimdən qanad açıb uçurdum. Əlbəttə ki, o çıxış səhnədə qalmağıma bir ümid oldu. Ondan sonra şükür Allaha uğurlarım, çıxışlarım oldubu günə qədər də bu davam edir. Hər dəfə tamaşaçının qarşısında çıxış edəndə həyəcan yaşayıram.

- Həyəcan işə olan məsuliyyətdən irəli gəlir.

- Səhnəyə gələndən bu günə qədər eyni hissləri yaşayıram və o hisslər bu gün də mənə yoldaşdı. Hər dəfə tamaşaçıların qarşısına çıxanda düşünürəm ki, imtahan verirəm. Ona görə də tələbələrimə deyirəm ki, səhnəyə çıxanda xəstə olub-olmamağınızın tamaşaçı üçün əhəmiyyəti yoxdu. Ya səhnəyə çıxanda gözəl sənət göstərəcəksən, ya da çıxmayacaqsan. İki  variant var, ya varsan, ya yoxsan. Səhnə eksperiment istəmir. Gördün ki, səhnədə özünü doğrulda bilmirsən, çəkilməlisən. Ona görə də çox çalışmalı, məşq etməlisən ki, çıxışınla tamaşaçının yaddaşında qalasan. Ola bilər ki, dəyərli sənətkardı, ömrü boyu oxuyur, xəstələnib, amma ondan səhnəyə çıxmağı xahiş edirlər. Gərək o həmin vaxt oxumasın. Çünki tamaşaçı həmişə onun yaxşı oxuduğunu görüb. Mən belə düşünürəm.  Çünki Şövkət xanım səhnədə səsi dəyişmədən 71 yaşına qədər oxudu. Şövkət xanımın qızı rəhmətə gedəndən sonra o tamamilə həvəsdən düşdüoxumaq istəmədi. Almaniyaya müalicəyə getmişdi. Orada 20 Yanvar hadisəsinə görə konsert verdi ki, onun pulunu Bakıya gətirsin və xəstələrə yardım eləsin, şəhid ailələrinə kömək etsin. Tamaşaçının onun xəstəliyini səhnədə hiss etməsini istəmirdi. Hətta Almaniyada oxuyandan sonra səhnədə ağlayıb. Səhnə fəaliyyətim nə qədər sağam davam edəcək. Heç bir siyasətə də qarışmaq niyyətim yoxdu. Ona görə ki, sənətim kənarda qalacaq. Mən də bunu istəmirəm, oxumaq istədiyim əsərlər çoxdur. Bir az mövzudan kənara çıxım. Bu gün evi tozsoranla təmizləyəndə birdən yadıma Qasım Qasımzadənin “Olmaz-olmaz” mahnısı yadıma düşdü. O çox sevdiyim mahnıdır və mətbəxi yığışdıra-yığışdıra o mahnını ifa etdimdedim ki, bu mahnının niyə ifa etmirəm. Gərək bu mahnını lentə alım.

- Sizin köməkçiniz yoxdurmu, yoxsa ev işlərinizi özünüzmü görməyi sevirsiniz?

- Yoxdu. Mənə nə olub ki, köməkçi mənim işimi görsün.  Hərdən qonağım çox olanda qohumlardan, tanışlardan hansısa işimə kömək etməkləri üçün xahiş edirəm. Birdən qonaq çox olur axı. Tutaq ki, evə 30 nəfər qonaq gələcək və mən onlara hamısına birdən necə qulluq edim. Birdən qonağa vaxtında çay vermərəm(gülür). Belə hallarda olur ki, kömək eləməyə dəvət edirəm. Amma ümumi götürdükdə evimin hər bir nöqtəsinə özümün əllərim dəyməlidi və özüm bilməliyəm. Əmin olmalıyam ki, evim-eşiyim, səliqəm istədiyim kimidir.

- Hər bir insanın uğurunun sirri olur. Sizin uğurunuzun sirri nədədir?

- Bu haqda deyə bilmərəm. Hər zaman tələbələrimə, “sənətkarı nəyinə görə sevirsən” sualını verirəm. Mütləq bunu dərslərimdə tələbələrimə təhlil edirəm. Müğənnini xalqına sevdirən əsas amildən biri onun səsinin rəngidir. Səsinin rəngi insanın ruhuna yaxın olmaldır, onun səsi sənə istirahət verməlidir. Mənim də xoşbəxtliyim yəqin ona görədir ki, sənətdə səsimin rəngi insanların sevgisini qazanıb.

- Sizin tələbələrinizin uğurlu çıxışları var. “Eurovisionda təmşilçimiz Fərid Məmmədov ikinci yerlə layiq görüldü. Tələbə götürərkən ilk tövsiyyəniz nə olur?

- Səsi olmayan tələbəni sinfimə götürmürəm. Fərid Məmmədov “Eurovisionda ikinci yerə çıxdı. bu onun ilk qələbəsi deyil. O günə qədər çox  festivallarda iştirak edib. Fərid 6 yaşından səhnədədir, musiqi ilə məşğul olur. Maşallah böyük bir istedaddır. Belə insanlar dünyaya tez-tez gəlmir.  Möcüzəli bir istedada sahibdi.  Bir xarakteri ona mane olur. Kaş ki, xarakteri elə olmayaydı.

- O hansı xarakteridir?

- Fərid çox işgüzar, çalışqan, və sənəti naminə əziyyətlərə qatlana biləcək istedada sahib insandı. Onun bir xoşuma gəlməyən tərəfi var. O da “Eurovision”dakı ikinci yeri ilə barışa bilməməsidir.  Onu ürəyinə dərd edib, özünə qapanıb, heç yerə, televiziyaya getmir. Özünü cəzalandırıb ki, niyə 1-ci olmayıb. Belə xasiyyət olmaz. Adam var ki, heç ikinci yerə çıxa bilmir.

- Bəli. İlk üçlüyə düşmək asan deyil...

- İlk üçlük ən yüksək pillədir. Bütün Avropa gördü ki, sən Fərid oxumağınla birinciliyə layiqdi. Bu müsabiqədir. Mən tələbələrimi dünya festivallarına aparıram. Dünyada gedən proselərə görə, tam əminliklə deyirəm ki, mütləq dayağın olmalıdır ki, birinci yer götürəsən. Birinciliyi əksər halda istedada görə vermirlər. Bu nadir halda baş verir. Qran-Pri birinci yer konkret dəstək istəyir. Fəridə deyirəm ki, ikinciliyi öz gücünə, millətinin, torpağının gücünə almısan. Özünü qapanmamalı, bundan məmnunluq duymalısan.

- Elnur Hüseynovun “O Ses Türkiyeyarışmasına qatılmasına necə baxırsınız?

- Elnur bizim istedadlı balamızdan biridir. Daha da irəli getmək lazımdı.  Elnurun uğur qazanacağına inanıram. Onun gözəl səsi var, musiqi duyumu güclüdür.

- Siz yaxın günlərdə sosial şəbəkədəTənha qadınşeirini paylaşmışdınız. O şeir hər kəsi çox təsirləndirdi...

- O çox gözəl şeirdi. Bəsti Cəfərova, Nurəddin Mehdixanlı, Nurəddin Quliyev gənclik illərindən dostlarımdır. Bir yerdə oturanda həyatımızdan danışırıq. Bir gün Nürəddin müəllim o şeiri mənə göstərdi. Bəlkə o şeirin ilk oxucusu mən idim, çox təsirləndim. O şeiri dəftərimə yazdım gecələr dəfələrlə oxuyuram. Doğrudan da tənha qadınların həyatını olduğu kimi təsvir edən bir yazıdır. Heç bir qadına elə həyatı arzu etmirəm.

- Aynişan xanımla daha çox dost, yoxsa ana münasibətindəsiniz?

- Bu dünyada Aynişan mənim hər şeyimdi, atamdı, anamdı, yol yoldaşımdı. Atası rəhmətə gedən vaxtlar gecələr ağlamağımı anlayırdı. Bir gün axırda dözmədi otağa gəldi, onu görən kimi tez özümü yığışdırdım.  2 yaş yarımlıq idi, yanımda oturdu dedi ki, niyə ağlayırsan, Xalidə görə ağlayırsan, ağlama o gələcək. Mən ondan sonra evdə ağlamağı tərgitdim ki, uşaq bundan təsirlənməsin. Aynişan mənə görə çox əziyyət çəkib. Mənim yuxusuz gecələrimin oğrun-oğrun kənardan izləyən şahididir. O uşaq məni o qədər anlayır ki... Onun həm atasıyam, həm anası. Aynişan deyir ki, ana sənə baxanda elə bilirəm ki, arxamda bir ordu dayanıb. Doğru da düşünür, çünki mən tək deyiləm, ordum var, sevən insanlarım millətimdi. Mən bilirəm ki, hansı an çətinə düşsəm millətim yanımda olacaq. Ona görə xoşbəxtəm ki, yaxşı mən bu millətin qızıyam.

- Bakıda növbəti il üçün hansı yaradıcı planlarınız var?

- Son 2-3 ildə 50-yə yaxın mahnı oxumuşam. İnşallah gələn ilə artıq proqramım hazırdı. Allahın izni ilə Filarmoniyada gözəl bir solo konsert verəcəm.  Konsertin Filarmoniyada olmasını istəyirəm. Yəqin ki, orada olacaq.

 

Rəqsanə

 

Üç nöqtə.- 2014.- 13 dekabr.- S.13.