İnsan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindəndir

 

                                                                          Bu hüquqların təmini sahəsində effektiv müdafiə mexanizmi formalaşdırılıb

 

Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. İnsan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində qanunvericilikinstitusional islahatlar həyata keçirilib. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılıb, hüquq mühafizə fəaliyyəti təkmilləşdirilib, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənib, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılıb.

Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir. Bu gün ölkədə insanların hüquqlarının qorunması diqqət mərkəzindədir. Bu istiqamətdə fəaliyyət göstərən qurumlardan biri də 100 ildən çox tarixə malik olan Azərbaycan Həmkarlar İttifaqlarıdır. Hazırda həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Bu sənədlərdə həmkarlar ittifaqlarının istehsalqeyri-istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosialiqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardanictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimaiqeyri-siyasi təşkilat olduğu öz əksini tapıb.

Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına sadiq olan ölkə Prezidenti İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi həmkarlar ittifaqlarının inkişafında xüsusi rol oynayıb. “Əminəm ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilər”,- dövlət başçısı deyib.

Ölkə iqtisadiyyatında çalışan işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında Azərbaycan hökuməti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında üçtərəfli Baş Kollektiv Sazişlər imzalanıb. Sazişə əsasən əmək haqlarının, minimum əmək haqqı məbləğinin, yaşayış minimumu məbləğinin, ehtiyac meyarı məbləğinin artırılması, əmək bazarının inkişafı, mövcud yerlərinin saxlanılması, yeni yerlərinin açılması, əmək şəraitinin yaxşılaşdırılması, sosial adaptasiyaya ehtiyacı olan təbəqələrin müdafiəsinin təşkil olunması, əhalinin məşğulluğunun təminatları, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi və sairə məsələlər barədə tərəflər öhdəliklər qəbul edibbu gün onlar uğurla həyata keçirilir. Bundan başqa, həmkarlar ittifaqlarının bacarığı və fəallığı sayəsində ötən il işəgötürənlərlə 11890 kollektiv müqavilə və 130 saziş bağlanıb. Amma kollektiv müqavilələrin və kollektiv sazişlərin imzalanması ilə bitmir. Həmkarlar ittifaqları onların yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq nəzarət edirlər. Onlar yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində fəal iştirak edirlər. Məsələn, son illərdə həmkarlar ittifaqları əməyin mühafizəsi və təhlükəsizlik məsələləri üzrə 20-dən artıq qanunvericinormativ aktların hazırlanmasında və təkmilləşdirilməsində iştirak edib. Həmkarlar İttifaqları Konfederasiyası neqativ hallara qarşı mübarizə aparır. Bunlara baxmayaraq bəzi istehsal zədələrinin gizlədilməsi halları baş verir. İşəgötürənlər qeyri-rəsmi şəkildə işçi ilə əlaqə yaradır, onlara sosial təminatları ilə bağlı problemlərini həll edəcəklərinə söz verirlər. İnsanlar da hüquqlarını bilmədikləri üçün inanırlar. Bu adamlar sonradan əmək əlillərinə çevriliröz hüquqlarını tələb edə bilmirlər. «Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlər, o cümlədən transmilli şirkətlər baş verən bədbəxt hadisələri gizlədirlər»,- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib. Onun sözlərinə görə, belə hadisələr ən çox tikinti sahəsində, iri holdinqlərin fəaliyyətində müşahidə olunur. ikinci ən çox ölüm hadisəsi mədən sənayesində baş verib. Üçüncü yerdə emal sənayesi durur. Sonra nəqliyyat və anbar sahələri gəlir. Daş karxanalarında insanlar istismar edilir. Bu sahədə xüsusi tədbirlər görülməlidir. S.Mehbalıyev qeyd edib ki, Konfederasiya bütün müəssisələrdə həmkarlar təşkilatlarının yaradılmasına çalışır: «Həmkarlar təşkilatları olan yerdə xəsarət və ölüm halları, bədbəxt hadisələrin sayı qat-qat aşağıdır. Çünki həmkarlar təşkilatı olan müəssisələrdə işçinin hüquqlarını özündə əks etdirən kollektiv müqavilələr bağlanılır. Bu da neqativ hadisələrin sayının azalmasına səbəb olur».

Həmkarlar ittifaqlarının olduğu müəssisələrdə xəsarət və ölüm hadisələri zamanı normal kompensasiya da ödənilir. Çünki onlar səlahiyyətlərinə uyğun işçilərin sosialiqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər.

 

Üç nöqtə.-2014.- 1 fevral.- S.9.