“Peşəkar qrupların dağılmaması üçün dəstək lazımdır”
Aybəniz Haşımova: “Qrup üzvlərinin təhsilinin
artırılması, səhnə
təcrübələrinin olması vacibdir “
Azərbaycanın sənət aləmində bu günümüzə qədər bir çox qruplar fəaliyyət göstərib. Belə qrupların üzvlərindən bəziləri fəaliyyətlərinə son qoyaraq, solo ifanı üstün tutdular. Hətta solo olaraq çıxış edib daha çox uğur əldə edənləri də oldu. Az sayda qruplar var ki, uzun müddətli fəaliyyətləri ilə seçilir. Belə qruplardan biri əməkdar artist Aybəniz Haşımovanın rəhbəri olduğu “Bülbüllər”di. Qrupun ömrünün uzunmüddətli olmasının sirrlərindən “Üç nöqtə”yə danışan Aybəniz Haşımova deyir ki, qrupların uzunömürlü olması və inkişafı üçün əsas amil qrup üzvlərinin təhsilinin artırılması və uşaq yaşlarından bu iş üçün hazırlanmasıdır: “İndiki qrup yaradılmaları bir az mənim düşüncələrimlə fərqlidir. Ona görə ki, mən kollektivimi Büllbül adına orta ixtisas Musiqi Məktəbində, ilk öncə onun bazasında yaratdım. Məktəbdə əsas meyar bu uşaqların təhsili idi. Qrup üzvlərinin təhsilinin artırılması, səhnə təcrübələrinin olması vacibdir. Ona görə ki, bu uşaqlar gələcəkdə böyük nailiyyətlər əldə edə bilsinlər. Mənim üçün əsas kriteriyalar budur. 15 ilə yaxındır ki, pedoqoji fəaliyyətlə məşğulam. Düşünürəm ki, uşaq yaşlarından ifaçılar bu cür yetişməlidir. Onların nəticəsi o zaman yüksək olur. Fərid Məmmədov “Eurovision”da yüksək ifaçılıq nəticəsi göstərdi. Bu onda irəli gəlir ki, Fərid 6 yaşından mənim yanımda təhsil alırdı. Uşaq yaşlarından böyük səhnələrdə çıxış edirdi. Prezidentlər qarşısında belə uşaq yaşından çıxış edib. Dünyanın 50-yə yaxın ölkəsinin olduğu Beynəlxalq festivallarda uşaq ikən iştirak etmişdi. Digər uşaqlar da həmçinin. Onlar səhnədə böyümüşdülər. Mən düşünürəm ki, ifaçı belə böyüməlidir. Səhnədə böyük müğənni olmaq üçün gözəl bir göstəricidir və təcrübədir”.
Aybəniz Haşımovanın sözlərinə görə, peşəkar qrupların dağılmaması üçün dəstək lazımdır: “Azərbaycan musiqi mədəniyyət tarixində “Qaya” adlı qrup var idi. Hazırda da onları davam etdirən gənc ifaçılar var. Əllbətdə ki, peşəkar qruplara dəstək olmalıdır. Toyların xatirinə yaradılan qrupları nəzərdə tutmuram. Dövlətinə, mədəniyyətinə xidmət edən qruplara qayğı lazımdır. Çünki maliyyə olmadan onlar heç nə edə bilməz.
Qrupların dağılmasına səbəb olaraq maliyyəni deyə bilərəm. Hər bir kəs ailəsini dolandırmaq üçün pul qazanmalıdır. Qrup üzvləri böyük yaşlı olanda ailəyə kömək etmək istəyirlər. Qazandıqları məvacib olmayanda məcburdu ki, bu uşaq solo olaraq fəaliyyət göstərsin və harda ona pul qazanmaq imkanı varsa, daha əlverişlidirsə, oraya getsin. Mənim qrupum 13 ildir ki, fəaliyyət göstərir. Kolloktivim elə baxışdan uzaqdır. Ona görə ki, toy biznesi nəzərdə tutularaq yaradılmayıbdır. Mənim kollektivim hər zaman dövlətimizin qayğısındadır. Dövlət onlara himayə göstərir. Mən onları xarici ölkələrə festivallara aparıram. Tamamilə dövlətin hesabına gedirlər. Geyimlərini bu günə qədər mən həyata keçirmişəm. Ona görə də, mənim kollektivim bəzi problemlərdən uzaqdırlar. Təbii ki, elələri var böyüyüb ailə qurublar toylara da gedirlər. O onların öz işidir. Mən onlara deyə bilmərəm ki, toylara getməyin. Hansı ki, pul qazanmaqda çətinlik çəkir. Ona icazə verirəm. Öz ailəsinə yardım etmək üçün gedə bilir. Mən düşünürəm ki, qrupların dağılması elə bu dediyimiz səbəblərdəndir”.
Prodüser Təranə Səmədova
isə qrup üzvlərini daim
bir yerdə saxlamağın çətin
olduğunu bildirdi: “Üç-dörd nəfəri daim bir yerdə saxlamaq, idarə etmək çox
çətin olur. Vaxtı ilə fəaliyyət
göstərən “W-Trio”, “Şeron”, “A-Trio”
qrupları üçün çox darıxıram. Qrup
üzvlərini üç-dörd nəfər
istedadlı şəxslər bir yerə toplamaq üçün musiqini o qədər dərindən,
incəliklərindən bilməlisən ki,
bu işin öhdəsindən
gələsən. O gəncləri bir yerə
yığmaq hər adamın işi deyil. Bəstəkar Vaqif Gərayzadəyə
və Abbas Bağırova halal
olsun. Hətta qrupları bu
günkü gündə də soruşurlar. Ramal İsrafilov, Vüsal İsrafilov, Zaur Məmmədovun
ifaları üçün çox darıxıram. Bəyəndiyim qruplardan biri də “Qala”, “Şeron”
qruplarıdır. O qrupları çox
sevirəm. “Cahan” qrupu
yeni olsa da, onların ifalarını çox
sevirəm”.
Üç nöqtə.-2014.- 4 fevral.-
S.13.