Nikaha daxil olmağa məcbur etməyə görə cəza nəzərdə tutulur

 

Qızlar üçün müstəsna hallarda nikaha bir qədər erkən girməyə icazə verilir

 

Azərbaycan Respublikasında nikah yaşı 18 yaşdır. Əvvəllər qızların nikah yaşı 17 idi. Cinayət Məcəlləsinə edilən dəyişiklikdən sonra qızlar oğlanlar 18 yaşında nikaha girə bilərlər. Lakin qanuna əsasən, qızlar üçün müstəsna hallarda nikaha bir qədər erkən girməyə icazə verilir. Məsələn, qız hamilə olanda, valideynləri ölüm ayağında olanda s. kimi nadir hallarda qızların bir il tez, yəni 17 yaşında evlənməsinə icazə verilir. Bu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsində öz əksini tapıb. Həmin maddənin 10.2-ci bəndində deyilir: «Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər».

Diqqətə çatdıraq ki, qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 176-1-ci maddəsində nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək cərimə ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Azərbaycanda SSRİ zamanında da nikah yaşı 18 olub. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, nikah yaşının 18 olmasında məqsəd qızlar normal təhsil alması, fizioloji yetkinlik yaşına çatması ilə bağlıdır: “Bunu mütəxəssislər deyir. Dünyanın 135 ölkəsində qızların nikah yaşı 18-dir. Hətta Pakistanda da nikah yaşı 18-dən başlayır. Bu, sosial sifarişdir”. Komitə sədri əksər ailələrin bu yaş həddinin tərəfdarı olduğunu söyləyib: “Bunun kiminsə əleyhinə olması ümumi qərara təsir edə bilməz. Qanun yaradıcılığı ağrılı prosesdir. Öncə çətin qəbul olunsa da, sonradan zəruri olduğu dərk edilir. Düşünürəm ki, proqressiv addımdır».

Bəli, nikah yaşının 18 yaş təyin edilməsi proqressiv addımdır. Lakin ölkəmizdə erkən nikaha girənlərin sayı da az deyil. Onların heç hamısı münasibətlərini rəsmləşdirmirlər. Bu gün vətəndaş nikahında yaşayan nikah yaşına çatmamış qadınlar var. Bu hala Azərbaycanın bütün regionlarında rast gəlinir. Gender məsələləri üzrə ekspert Sevda Məmmədova erkən nikahların yalnız cənub bölgəsində deyil, Azərbaycanın hər yerində rast gəlindiyin bildirir. Onun sözlərinə görə belə hallar Bakının özündə qeydə alınır. «Qızlarını erkən yaşda ərə verən ailələr bunu maddi çətinliklə bağlayırlar. Lakin araşdırmalar göstərir ki, maddi çətinlik məsələsi sadəcə olaraq bəhanədir. Maddi vəziyyəti yaxşı olan ailələr qızlarını erkən yaşda ərə verirlər..

Araşdırmalarımız onu göstərir ki, qızlarımızın erkən yaşda ailə qurması artıq dəb halını alıb. Valideynlər düşünürlər ki, qızlarınıı erkən yaşda ərə verməsələr daha sonra ərə verə bilməyəcəklər».

Məsələyə MM Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Məlahət Həsənova da münasibət bildirib: “Azərbaycanda erkən nikah hallarının olması XXI əsrdə yaşayan hər bir ziyalı üçün xəbərdaredici siqnaldır. Ona görə bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər şeyiictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə möhkəmlənməsinə qədər bütün işlər görülməlidir. Erkən nikah elə məsələdir ki, ən ciddi, ağır cəza da tətbiq olunsa, bu yolla qarşısını almaq qeyri-mümkündür».

Həsənovanın fikrincə, maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır. XXI əsrdə qızlara yüksək təhsil almaq üçün imkan yaradılmalıdır: “Qızlar da oğlanlarla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Kimsə öz qızını 15-16 yaşda ərə verirsə, ata-ananı həbs etmək olmaz kiBurada ictimai qınaq böyük amildir. Ailə Məcəlləsində valideynin məsuliyyət məsələsi gücləndirilməli sərtləşdirilməlidir”.

Aparılan araşdırmala isə göstərir ki, erkən nikaha daxil olan qadınların 37,4 faizi öz istəyi ilə, 25,9 faizi valideynlərinin təzyiqi altında, 10,7 faizi ailədə maddi vəziyyətin çətin olduğuna görə, 7,9 faizi ərinin maddi cəhətdən varlı olmasına görə, 6,4 faizi qaçırıldığına 1,6 faizi hamilə olduğuna görə erkən nikaha daxil olurlar. 16 yaşda öz istəyi ilə, 15 yaşda hamilə olduğuna görə erkən nikaha daxil olma hallarının xüsusi çəkisi daha yüksək olubdur. Qaçırılma halları 15 17 yaşlılar arasında dah çox baş verib. Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı işçisi – 31,9 faiz, fəhlə – 17,0 faiz, nəqliyyat işçisi – 9,6 faiz, analarınınevdar qadın – 53,7 faiz, kənd təsərrrüfatı işçisi -17,9 faiz, ərləri isəkənd təsərrüfatı 21,1 faiz, ticarət 14,1 faiz, nəqliyyat 9,9 faiz tikinti- 7,2 faiz sahələrində məşğul olub.

Həmçinin bu qadınların rəsmi nikahda olmamasının səbəbləri fərqlidir. Onlardan 40,5 faizininn müvafiq sənədləri qaydasında olmadığından, 33,2 faizinin nikah yaşına çatmadığından, 26,3 faizinin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıblar. Erkən nikahlardan doğulan uşaqlarların 97,1 faizi stasionar, 2,9 faizi isə ev şəraitində dünyaya gəliblər. ev şəraitində doğan qadınların 53,9 faizi bunun səbəbini maddi çətinlik, 27,7 faizi isə doğum evinin uzaqda yerləşməsi ilə izah edirlər.

Buradan da görünür ki, həm erkən nikah halları, həm erkən yaşda uşaq dünyaya gətirən qadınların çoxu kənd yerlərində yaşayanlardır. Bir məsələni qeyd etmək lazımdır ki, kənd yerləri dedikdə, buraya Bakı kəndləri daxildir. Baxmayaraq ki, silsilə tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır, lakin hələ erkən nikah Azərbaycanda aktual problemlərdən biri olaraq qalmaqdadır. Bu vəziyyət isə sonradan bir sıra problemlərin yaranmasına səbəb olur. Məsələn, ana uşaq ölümlərinə, qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Həkim ginekoloq Naibə Həsənova da erkən nikaha daxil olmanın yarada biləcəyi tibbi problemlərlə bağlı fikirlərini bildirib. N.Həsənovanın sözlərinə görə, radiasiya ilə əhatələnmiş bir mühitdə yaşadığımıza görə gənclərdə cinsi yetişkənlik daha tez baş verir. Naibə Həsənova bildirir ki, əgər əvvəlki dövlərdə erkən ailə quran qızlarda uşaq dünyaya gətirmə ilə bağlı problemlər daha çox yaşanırdısa indiki dövrümüzdə artıq 15-16 yaşlı qızlar normal sağlam şəkildə uşaq dünyaya gətirə bilirlər. Çünki onlarda cinsi yetişkənlik erkən yaşlardan inkişaf edir. Lakin bəzən elə hallar da olur ki, 20-21 yaşında qızlarda cinsi yetişkənliyin inkişafı gecikir onlar gələcəkdə ailə quranda da ana olmaq, uşaq dünyaya gətirməklə bağlı problemlər yaşayırlar.

 

Üç nöqtə.-2014.- 6 fevral.- S.9.