Qadından aşıq olmaz?

 

Şeyx Əbdül Mahmudbəyov: “Aşıq qadınlar olmasaydı, dastanlar da olmazdı

 

Xanəndə Elnarə Abdullayevanın qadın aşıqlarla bağlı söylədiyi fikirlər bir çox şəxslər tərəfindən qəbul edilmədi. XanəndəninQadından aşıq olmazçıxışı ilə bağlı bu sahədə sözü keçən adamlar fikir bildirmək üçün özlərini borclu hesab etdilər. Eləcə əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov. O, “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, “Qadından aşıq olmazfikri ilə razılaşmır: “Bizim Qurbaniyə, Ələsgərə meydan oxuyan qadın aşıqlarımız olub. Aşıq qadınlar olmasaydı, dastanlar da olmazdı. Aşıq Züleyxa, Aşıq Pəri olmazdı. Bizim tariximiz, folklorumuz, etnoqrafiyamız, milli adət-ənənələrimiz var. Hər kəs bildiyi şeylərdən danışmalıdır. Bu gün şoumen aşıqlarla klassik aşıqları qarışdırırlar. Aşıq Ulduz kimi xanım aşıqlarımız var”.

Aşıq Gülarə Azaflı qadın aşıqların hər zaman olduğunu bundan sonar da yeni işlər görəcəyini bildirdi: “Onları da qınamıram. Çünki indi elə aşıq auditoriyası yoxdur. Gördükləri iki-üç nəfərdi. Onlar da bilmirlər desinlər. Olsa görərlər. İndi ik-üç mahnı ilə çıxırlar elə bilirlər ki, belə olmalıdır. Aşıq Ulduz çox gözəl dastan bilir, şeir yazır. Çox gözəl aşıqdır. Telli Borçalı təəssüf ki, bir az toy tərəfə yönəlib. Aşıq Telli neyləsin? Onu qınamıram. O çox gözəl dastanlar, təcnislər bilir. Amma baxır ki, aşıq sənətinə qiymət yoxdu. Bizim çox gözəl aşıq xanımlarımız var. Sadəcə bilib, duymaq lazımdır. Aşıq Pəri, Aşıq Təmayil, Aşıq Bəsti, Aşıq Nabat, Aşıq Sona kimi xanım gözəl aşıqlarımız olub. Ömrünü saza-sözə həsr edib. Oxuyanda adam varından yox olurdu. Aşıq Eskinaz çox gözəl sarı tel oxuyurdu”.

Gülarə Azaflı əvvəllər böyük məclislər apardıqlarını dedi: “Mən şəxsən deyirəm ki, çox gözəl məclislər aparırdıq. İndi restoranlarda, toyxanalarda 10-15 dəqiqə vaxt verirlər. Onlarda iki-üç mahnı ifa edirlər.Ceyranım”, “Bu qiz qəşəngdir ay Allah”, “Gəl ay qonşumun qızı”, “Telloyu çal Əjdər əmibu kimi havaları oxuyurlar. Başqa şeylər bilmirlər. Onları da qınamıram. Çünki elə o cür mahnılar onlardan ifa etmələrini istəyirlər. Bu sənəti yaşadanlar, sənətin yolunda baş qoyanlar, əzab-əziyyət çəkənlər var. Amma yazıq ki, onlara meydan verilmir. Onları üzə çıxarmaq lazımdır”.

Gülarə Azaflı aşıq sənətinin bu vəziyyətə gəlməsində audotoriyanı da günahlandırdı: “Onların fikri ilə müəyyən mənada razıyam. İndi toy bazarlarında 15-20 dəqiqə aşığa yer verirlər. Orda da aşıq oxusun. Elə mahnı istəyirlər ki, oynaq, ritmik olsun hamı oynasın. Onun hikmətindən ustadnaməsindən, sirlərindən danışmır. Biz aşıqlar görmüşük ki, saatlarla aşıqlar toy aparıblar. Sabah yenə aşıq toya çağrılanda eyni sözləri oxumurdu. Biz onlar kimi olaq. Onları oxuyub öyrənirik. Nəyə lazım olur. Onları mən elə içimdə hərləyirəm. Gecə yuxum gəlməyəndə dastanları beynimdə yadıma salıram ki, onun bu gün auditoriyası yoxdur. Heç olmasa ölənə qədər yadımdan çıxmasın. Aşıq Zülfiyyə gözəl solo saz ifaçısıdır. Saz çalan insanlara mən aşıq deyirəm. Əgər sazı sinəsində gəzdirirsə, mənim üçün aşıqdır. O öz dili ilə deyil saz dili ilə çatdırır. Saz Dədə Qorquddan bu günə qədər bu sənət öz təravətini yaşadırsa bu sənətə heç demək olmaz. Mən elə qadın aşıqlar görmüşəm ki, dünyasını dəyişiblər. Dastanlar öz başına yaranıb? Düzdü qadın aşıqlar kişi aşıqlara nisbətən sayca azdı. Amma olanları deməmək olmaz. Mən bunları qəbul etmək istəmirəm. Elnarə xanımın sənətinin vurğunuyam. Amma bilmirəm niyə elə deyib”.

Elnarə Abdullayeva da efrdəki səsləndirdiyi fikrinin üstündə qaldığını deyir: “Mən verilişdə demişəmsə, onları təsdiqləyirəm. Demirəm ki, qadın aşıqlarımız niyə çalıb oxuyurlar? Zülfiyyə xanım da təsdiq etdi ki, köhnə dədə-baba aşıqlarımızdan, ozanlarımızdan Dədə Ələsgərimizin, Şəmşirin, Qurbaninin etdiklərini bu xanımlar göstərə bilmədilər. Sadəcə olaraq aşıq qadınlar o cəsarəti göstərmirlər. Ağır sənət olduğuna görə, bir az ehtiyatlı davranmalıdırlar”.

 

Rəqsanə Həsənova

Üç nöqtə.-2014.- 7 fevral.- S.13.