“Obrazlarım mənim
övladımdır”
Arif Quliyev: “Həyatın
çətinlikləri insanı plastilin kimi əzir, düzəldir,
yönəldir, istiqamətləndirir”
Azərbaycan incəsənətində canlandırdığı obrazlarla geniş tamaşaçı auditoriyası qazanan gülüş ustamız Arif Quliyev səhnəmizin ən tanınmış aktyoruna və sevimlisinə çevrildi. Hazırda yeni verliş üzərində çalışan Arif Quliyev bu dəfə “Şənbə qonağı”mızdır. Ənənəmizə sadiq qalaraq aktyorun redaksiyamıza gələcəyi vaxtı öncədən müəyyən edib internetdə elan verdik. Tamaşaçılar da qonağımıza olan sualları “Ucnoqta.az şənbə qonağı” səhifəsinə ünvanladılar. A. Quliyevin ona yazılan sualları cavablandırdığı müsahibəsini sizlərə təqdim edirik.
Elvira Hüseynova: A.Quliyev səhnəyə ilk gəlişi nə vaxt və hansı tamaşa ilə başlayıb?
DSC04306Arif Quliyev: Mən səhnəyə 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrında “Hacı Qara” tamaşasının “Kərəməli” obrazı ilə olub. Əmək fəaliyyətimin və səhnə fəaliyyətimin başlanğıcıdır.
Gülnarə Məmmədova: Teatr səhnələrində komediya janrında müxtəlif obrazlar canlandırmısız. O obrazlardan hansını özünüzə yaxın hiss edirsiz?
A. Quliyev: Bir ailənin beş övladı var. Ananın,
atanın onlara məhəbbəti eyni olur. Heç birinə
ögey-doğmalıq edə bilməz. Onları
ata-ana dünyaya gətirib. Obrazlarım mənim
övladımdır. O obrazlara can, nəfəs, qüvvət,
xarakter vermişəm. Onların
bütün cizgilərinin yaradaraq özüm
üçün hər birini fərd olaraq özümə
yaxın, doğma bilirəm.
Aynur
Baxşəliyeva: Bir çox bədii filmlərdə rol
almısız. Sizin fikrinizcə hansı film sizin
tanınmanızda mühüm rol oynayıb?
A. Quliyev:
Ən çox tanınmağımda “Bəyin
oğurlanması” filmi olub. Ekran əsərini
görkəmli rejissorumuz Vaqif Mustafayev çəkib. Filmdəki “Miriş” obrazı ilə
tamaşaçılar sevməyə başladılar. Bu obraz mənim həyatımda böyük bir
dönüş yaratdı. O obrazla mən
tamaşaçılar arasında sevilən aktyorların birinə
çevrildim. Orda Nəsibə Zeynalova, Həsən Turaqov,
Hacı İsmayıl, Yaşar Nuri, İlham Namiq Kamal, Mirzə
Babayev kimi tanınmış aktyorlar iştirak edirdilər. Onlar tamaşaçılar tərəfindən
artıq sevilmişdilər. Mənim isə
orda gənc aktyor kimi olmağım tamaşaçılar
arasında xüsusi sevgi və məhəbbət gətirdi.
Pərvanə
Quliyeva: Uşaqlıq illərinizdə çətin ailə
şəraitində böyüməniz sizə həyatda nələri
örgətdi?
A. Quliyev:
Çətinlik həmişə insanın imtahanına
çevrilir. Bəlkə də Allahın bir
qismətidir. Hərənin öz
yazısı, tale cizgilərinin axını və tale cizgilərində
rəngarənglik var. Həyatımın
başlanğıcında çətinliklər oldu. Valideynlərim erkən rəhmətə gediblər.
Uşaq evində böyümüşəm.
Bu da Allahın bir yazısıdır. Bəlkə də bu yazı belə olmalı idi və
oldu. Düzdür heç bir şey
valideyn sevincini əvəz edə bilməz. O çətinliklər
məni məcbur etdi ki, öz üzərimdə güclü
çalışım. Həyatın çətinlikləri
insanı plastilin kimi əzir, düzəldir, yönəldir,
istiqamətləndirir.
Aytən
Mahmudova: Hansısa vaxt xoşbəxt bir ailədə
dünyaya gəlmənizi istəmisiz?
A.Quliyev:
İstəməklə deyil ki, qismətlədir. İnsan istəyər ki, yaxşı bir ailədə
anadan olsun. Adam bilmir ki, ata-anası kimdir?
Onlar xoşbəxdirlərmi? Sən bir qaranlıq bir aləmdə olursan və
dünyaya gələrkən əhatənin kimlərdən və
necə insanlardan olacağını bilmirsən. Bircə onu dərk edəndə bu sənin anandı
və atandı. Bunların hamısı
bağlı bir qarpız kimidir. Onu kəsmədən
bilmirsən ki, içi qırmızıdır, ya
ağdır. Hər bir insan
yarandığında bilsə ki, o axırda öləcək
heç anadan olmaz. Çünki o
ağırlığı görmək özü bir dəhşətdi.
Vüsalə
Əbdülova: Sənət aləmindən yaxın
dostlarınız kimlərdir? Onları hansı xüsusyyətlərinə
görə dost kimi qəbul edirsiniz?
A.Quliyev:
Mənim yaxın dostlarım xalq artistləri Ramiz Əzizbəyli,
İlham Namiq Kamaldır. İndi dost da azdır. Hər adama
dost demək olmaz. Bəzi insanlar dostu və
yoldaşı qarışdırırlar. Elə
bir dəfə yol gedirikmi yaxud da yeyib-içirlər deyirlər
nə yaxşı dostdur. Dostu on illərlə
sınayırlar. Görək o dostluğa
layiq olacaqmı? Dost insanın etibar etdiyi
bir varlıqdır. Yaşar Nuru ilə yaxın dost idik. Dostlarımın etibarlılıq xüsusiyyətləri
mənim xoşuma gəlir. Sözlərinə
möhkəmdirlər, işlərinə sədaqətlidirlər,
dostluğa sədaqətlirlər. Dostluqda ən
gözəl cəhət etibarlılıqdır.
Tahirə
Qafarlı: A. Quliyev gülüşü yox, kədəri
“qovur”. Komik aktyorumuzu bu gün daha çox kədərləndirən
nədir? Gülüş ustamız kədərindən
söz açmasını istəyən
tamaşaçıdan inciməz ki?
A. Quliyev:
Gülüşü yox, kədəri qovmaq mənim həyatımın
leytmotividir. Yəni insanların ürəyindən
qəmi, kədəri çıxarıb gülüş təbəssüm
toxumu səpmək ki, insanlar həmişə sevinsin, şad
olsunlar. Ən çox kədərləndirən
övlad itkisidir. Məni həmişə
kədərləndirir. İtki vermək
olar. Onsuzda insanlar hamısı eləcə
də mən gəlirik və gedirik. Gələnlə
gedənin qarşısını heç kim
ala bilməz. O Allahın işidir. Səni dünyaya gətirib və aparır.
Amma cavan itirəndə istər oğlum olsun, istər sənətkar,
istəsə də adi bir adam. Adamı ona görə yandırır ki, o
cavandı. Heç olmasa insanları,
dünyayı doyunca görəydi, eşidəydi. Varlığını təsdiq edərdi. Cavan gedəndə çətin olur. Onsuzda insanlar gedir. Amma cavan getməsin.
Bu hər bir insanı yandırır. Bir gün başqa şəhərdə “Ölülər”
filminə çəkilirdim. Orda bir qəbrin
yanından keçəndə üstündə oxudum ki,
“Yanımdan keçəndə çox da qürrəllənmə,
mən artıq evimdəyəm, sən isə hələ
qonaqsan”. Ona görə bütün insanlar
eyni olduğu kimi eyni kədərə məhkumdurlar. Heç olmasa ömrü, vaxt meyarını
yaxşı istifadə etsinlər. M. Qorkinin bir
sözü var: “ Vaxtınızı elə
səmərəli, dəyərli, lazımlı keçirin
ki, arxaya baxanda onların boş, səfil keçməsi
üçün heyfsilənməyəsiz”. Həyat
özü sənə vaxtı səmərəni verir. Ona görə də, kədərlənin o vaxt ki,
insan itkisi olur. Yaxınlarda çox sənətkarımızı
itirdik. Axırıncı da Məhəbbət
Kazımovu itirdik. Cavan getdi. 60 yaş
nədir ki, belə şeylər olanda adam
kədərlənir.
Məhsəti
Şərif Özyürək: Bir vaxtların gülüş
ustası indi də güldürə bilirmi? Yoxsa
zaman gülüşün də yönünü dəyişib?
Ən son hansı tamaşada oynamısız?
A. Quliyev:
O vaxtlar yumor hisli verlişlər çox idi. İndi
isə iki-üç verliş var. Onlar insanları
güldürürlər, o da sponsorladır. Mənə elə gəlir ki, güldürən
adamam. Əgər güldürürsənsə
o sənin qanında canında olur. Onu sən örgənmirsən
ki,10 il işlədəsən sonra
dayandırasan. Bu sənin sənətindi,
işindi, peşəndi.kjhhgh Fədakar olduğun sənətin
işidir. Mən yenə də öz
işimdə davam edirəm. Ara-sıra
verlişlərə çağırılanda öz
gülüş alətimdən istifadə edirəm. Yumorla insanların ürəyini ələ almağa
çalışıram. Əllbətdə
güldürə bilirəm. Amma verlişlərdə
tam sənətimi göstərə bilmirəm. Yeni bir teatr tamaşası olmalıdır. Zaman mənim üçün gülüşün
yönünü dəyişmir. Gülüş
həmişə kəsərli silah olub. Nəyisə
təbliğ, tənqid, nəyisə qamçılayıb, nəyəsə
sevdirib, uğurlar göstərib. Gülüşün
heç bir zaman istiqamətini, dəyərini, daxilini,
perspektiv anlamını zaman dəyişə bilməz. Özümüz pis və yaxşı hala sala
bilirik. Özümüzün dəyərini,
mahiyyətini, daxili, xarici görnüşünü dəyişə
bilər. Hər insanın öz münasibətindən
əmələ gəlir. Bir
gülüş obyektini dörd nəfər göstərsə
dördü də öz bilik səviyyəsində
götürdüyü sahəyə apara bilər. Mənim üçün ən saf, mənalı
gülüşdür. Gəlin gülməyə
güldürməyə çalışmayaq
sözümüzlə, hərəkətimizlə
gülüşün təmiz ahəngini çatdıra bilək.
Ən son Qoqolun “Evlənmə” əsrində,
Üzeyir Hacıbəylinin “Ər və arvad”
tamaşasında çıxış etmişəm.
Orda Yaşar Nuri, İlham Namiq Kamal, Afaq xanım
oynayırdı. İl yarımdı səhhətimə
görə teatrdan ayrılmışam. Sonra
“Məşədi İbad”da “Hambal” obrazında
oynamışam.
Arzu
Zeynallı: A. Quliyev gülməklə
tamaşaçıları güldürə bilib, bəs
ağlatmağı necə bacarıb? Desə
ki, tamaşaçılar bilər, şəxsən məni
ağlatmayıb.
A. Quliyev:
Bir filmdə ciddi obrazda oynamışam. İndi
ciddi farmatda obraz yaratmaq istəyirəm, içərimdən gəlir.
Mən inanmıram ki, ağlada bilərəm.
Ciddi farmatda rol olsa oynaya bilərəm.
Miri Məcidli:
Arif Quliyev bu gün estradamızda kimlərə qualq asır? Bəyəndiyi və bəyənmədiyi
ifaçılar kimlərdir?
A. Quliyev:
Müğənnilərin hamısına da qulaq asıram.
Əsasən də Yalçın Rzazadə, Zaur Rzayev, Suleyman
Abdullayev və Könül Kərimovaya, Səkinə
İsmayılovaya, Gülyəz, Gülyanaq bacılarına
qulaq asıram.
Sevinc
Qasımova: İndiki tamaşaçıları güldürmək
asandı, yoxsa ağlatmaq?
A.Quliyev:
İndiki tamaşaçıları güldürmək daha
asandı nəinki ağlatmaq. Çünki
tamaşaçı gəlir ki, ürəkdən
gülsünlər. Düzdür son
zamanlar yalnız verlişlərə dəvət edilməklə
çıxış edirik. Yeni bir
proyektimiz var. “Zarafatsız” velişinin Elşad Yusubovla yeni
proyektini hazırlayırıq. Ssenarı
müəllifi Fariz Əliyevdir. Kanalı hələ
gizli qalsın. Yeni farmatda, dinləmədə
olacaq.
Emin Nəbili:
A.Quliyevin efirlərdə az-az görsənməyinin səbəbi
nədir?
A.Quliyev:
Efirdə bir neçə gülməli verlişlər var.
İndi verliş açılacaq mən tez-tez görsənəcəm.
Bəzi verlişlərə qonaq kimi
çağırırlar. Orda camaatı
güldürə bilmirəm axı. Kanallarda
gülməli verlişlər çox olmadığına
görə bizim də görsənməyimiz bununla məhdudlaşıb.
Komik filmlər olmalıdır ki, biz görsənək.
Bir dəfə rayona getmişdim. Orda biri mənə
dedi ki, 6-7 aydı sizi görmürəm. Dedim ki, evdə
televizor var. Dedi altı aydı təmirdədir. O təmirdədirsə
məni sən harda görə bilərsən. Yumora
münasibət həmişə yaxşı olub. Amma indi gülüşü onlara vermək məkanı
azalıb.
Ülviyyə
Osmanova: Əvvəlki günlər kimi konsert verərək
tamaşaçıların qarşısına
çıxmağı planlaşdırır?
A.Quliyev:DSC04307
İndi hər şey bahalaşıb. Əvvəllər
madiyyat az idi. Arendanı
fikirləşmirdin. Afişanı, bileti
çap etsdirə bilirdin. İndi hər
şey maddiyyata dirənir. Mən şikayət
edə bilmərəm. Amma sponsor olsa böyük bir
zalı doldurum və heç kəsə bileti satmayım. Pula ehtiyac yoxdu.
A. Quliyev
qısa suallarımızı da cavablandırdı:
-
Bitirdiyiniz universitet: İncəsənət universiteti
-
Bildiyiniz dillər: Azərbaycan dili və rus dili
- Hobbiniz:
Kiçik hədiyyələr toplamaq, lirik şeir demək
-
Alışqanlığınız: öz sənətimə və
insanlara xidmət
-
Sevdiyiniz şəhər: Öz şəhərlərimizi
sevirəm
-
Sevdiyiniz aktyor və aktrisa: Lui de Fnes
-
Yaxınlarınıza bağışladığınız
hədiyyə: Hər şey
- Ailə
vəziyyətiniz: Evli
Rəqsanə Həsənova
Üç nöqtə.-2014.- 8 fevral.- S.13.