Övladlığa götürülmədə yaş fərqi 16-dan az olmamalıdı

 

Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər

 

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi elan etmiş Azərbaycan Respublikasında son illər uşaq hüquqlarının müdafiəsi ilə bağlı fundamental qanunvericilik bazası yaradılıb. Ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təminini nəzərdə tutan normaları inkişaf etdirilmiş, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyalara, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının «Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dairFakültativ Protokoluna qoşulub. Ailədə yaşamaq və tərbiyə olunmaq uşağın mühüm hüquqlarından olmaqla imkan dərəcəsində uşağın ailədə yaşaması və tərbiyə olunmasının təminini nəzərdə tutur. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, dayaqanlaşma tapmaqla cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Bəşər tarixində uşağın ailədə tərbiyəsindən daha üstün forması müəyyən olunmamışdır. Övladlığa götürmə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir.

Respublikanın birinci instansiya məhkəmələri tərəfindən “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə bağlı 2008-ci ildə baxılmış mülki işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi” göstərir ki, bu kateqoriyadan olan işlərə məhkəmələrdə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün baxılır. Lakin bununla bərabər bu işlərə baxılarkən məhkəmələr tərəfindən bəzi nöqsanlara yol verilməsi halları da mövcuddur. Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar işlər bu gün diqqət mərkəzindədir. Ardıq uşaqların övladlığa götürülməsi ilə bağlı bəzi məlumatlar vermişik. İndii isə əcnəbilərə uşaqların övladlığa verilməsi məsələsinə toxunuruq. Qeyd edək ki, uşaqlar Azərbaycandan daimi olaraq kənarda yaşayan Azərbaycan vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında yol verili. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsi ilə övladlığa götürmək yolverilməzdir. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir. Azərbaycan vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım akkreditə edilmiş orqan tərəfindən həyata keçirilir. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Övladlığa götürülən uşaqların uçotu isə bu “Ailə Məcəlləsi”nin 115.5-ci maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir. Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Bəs övladlığa götürmək hüququ olan şəxslər kimlərdir? 120-ci maddədə göstərilir ki, aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayanya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər; məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmişya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər; qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər; əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər; səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər. Ümumiyyətlə, “Ailə Məcəlləsi”nin 120-ci maddəsinə görə, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər. Ancaq məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayanya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmişya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş, səhhətinə görə valideynlik vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər.

Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Nazirlər Kabinetinin qərarına əsasən vərəm (aktivxroniki) – lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri – dekompensasiya mərhələsində olan xəstələr, bədxassəli onkoloji xəstəliklər – lokalizasiyadan asılı olmayaraq,narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm,infeksion xəstəliklər – dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr, ruhi xəstəliklər – müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayanya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər olduğu halda şəxslərə övladlığa uşaq verilmir.

Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Övladlığa götürülən uşaqla övladlığa götürən arasında yaş fərqi aşağıdakı kimidir. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə bu məcəllənin 121.1-ci maddəsində nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir.

 

Üç nöqtə.-2014.- 14 fevral.- S.9.