Qızların erkən ərə verilməsini tibb elmi qəbul etmir

 

Çünki onların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra başlayır

 

Azərbaycanda 2012-ci ildə (2013-cü ilin statistik məlumatları hələ açıqlanmayıb) 15-17 yaş arasında olan qadınlar tərəfindən 3236 uşaq dünyaya gətirib. Doğumun ardıçıllığı üzrə 15-17 yaş arasında olan analar tərəfindən 15 uşaq ailənin 3-cü övladı kimi dünyaya gəlib. 278 uşaq isə 15-17 yaş arasında olan qadınların ikinci övladı kimi dünyaya gəlib. 15-17 yaş arasında olan qadınlar tərəfindən doğulan uşaqların 67 faizi (2169 uşaq) kəndlərdə doğulub. Göründüyü kimi erkən nikah halları ən çox kəndlərdə baş verir. Qanunvericiliklə müəyyən olunmuş nikah yaşına çatmamış nikaha daxil olmaq praktikası artıq bir çox qız və oğlan üçün reallığa çevrilməkdə olan sosial hadisədir. Erkən nikahla bağlı sanksiyalara bax¬mayaraq, bu zərərverici praktika Azərbaycanda geniş vüsət almaqdadır.

Evlilik müddəti sevindirici bir zamandır. Lakin gündəm-də duran erkən nikahdırsa, təəssüf ki, bu hadisə eynilə sevinc hissi ilə yanaşmaq olmur. Çünki belə hal baş verəndə bu, uşa-ğın, əksər hallarda qızın, uşaqlıq illərinin qurtarması onun fundamental hüquqlarının pozul¬ması anlamına gəlir.

Evliliyəazad tam” razılıq vermə hüququ Ümumdünya İn¬san Hüquqları Bəyannaməsində tanınır. Burada həm-çinin göstərilir ki, nikaha daxil olmaq istəyən tərəflərdən biri öz ömrünün qalan hissəsi ilə bağlı məlumatlandırılmış qərar vermək üçün tam yetkin olmadığı halda, bu cür razılıqazad tam” ola bilməz. Həmçinin, Uşaq Hüquqları Konvensiya¬sı (UHK) uşağın öz fikrini azad ifadə etmək, sui-istifadə halları-nın bütün formalarından zərərverici ənənəvi praktikalardan müdafiə olunmaq hüquqlarını qoruyur bununla da həmin müddəa erkən nikahın yasaq olduğunu təsbit edir. Adıçəkilən Konvensiya aydın şəkildə müəyyən edir ki, yaşı 18-dən az olan hər bir şəxs uşaqdır nikaha daxil olanlardan birinin yaşı 18-dən az olarsa, bu cür nikah erkən nikah sayılır. Bu, erkən nikahın spesifik nümunəsidir. Yoxsulluq, qızın fizioloji cəhət-dən hamilələik üçün hələ yetkin olmadığı bir şəraitdə qeyri-sabit sosial zamanda sabitliyin təmin edilməsi istəyi qızın (əksər hallarda) hələ uşaq olarkən nikaha daxil olması təhlükəsi ilə üzləşməsini müəyyən edən əsas amillər kimi görülür.

18 yaşlarına qədəm qoymamış evləndirilən bir çox qız oğlanın susdurulmuş səsləri onların uşaqlıq çağla¬rından məhrum edilməsi ayrı-seçkiliyə məruz qalma¬sını göstərir. Erkən nikahların qurbanları ciddi sağlamlıq problemlərinə, o cümlədən gənc ana onun körpəsinin ölümünə, təhsildən şəxsi inkişafdan məhrum edilməyə məruz qalırlar. Bu isə, onların sosial baxımından məhdudlaşmasına davamlı şəkildə yoxsulluq, ailə zorakı¬lığı ayrı-seçkilik dövriyyəsinə düşmələrinə gətirib çıxarır.

Təkcə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq deyil, eləcə daha vacibi, bir çox Azərbaycanlı gəncin sağlamlığını həyatını xilas etmək, onların parlaq sağlam gələcəyini təmin etmək istəyiriksə, erkən nikah praktikasının kökünün kəsilməsi həyati əhəmiyyət kəsb edir. Lakin bunun üçün birmənalı siyasi öhdəlik, strateji liderlik ictimai maraqların müdafiəsi tələb olunur. Bu yolla qızları təhlükəyə atan bir çox ənənəvi praktikaların davranışların qarşısı alına bilər. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər qadınlar, heç bir irqi, milli ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək ailə qurmaq hüququna malikdirlər”. Lakin nikah yalnızhər iki tərəfin azad tam razılığı əsasındabaş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam azadola bilməz.

Azərbaycanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Konvensiyada (CEDAW) deyilir ki, uşağın nişanlan¬ması evlənməsi qanuni qüvvəyə malik deyildir evlənmək üçün yaş həddini müəyyən etmək məqsədilə bütün zəruri addımlar, o cümlədən qanunverici tədbirlər görülməlidir. Qa¬dınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Komitə tövsiyə edir ki, 18 yaş şəxsin tam yetkin olması yaşıdır bu zaman həyat üçün çox vacib olan evlilik kimi məsələdə şəxs məlumatlı qərar çıxarmaq iqtidarında olur.

Azərbaycanda sovet hakimiyyəti qurulmamışdan əvvəl erkən nikahlar kifayət qədər adi praktika idi. Sonradan sovet hakimiyyəti illərində onların sayı kəskin şəkildə azaldı. Son illərdə Azərbaycanda erkən nikahların artması ilə bağlı ekspertlər sosial işçilər həyəcan təbili çalmağa başlamışlar.

Ümumilikdə, Azərbaycan əhalisi rəsmi nikaha üstünlük verir, lakin dini nikah bağlanmaları faktlarına da rast gəlmək mümkündür. Bildirmək lazımdır ki, Qafqaz müsəlmanlarının rəhbəri Şeyxülislamın qərarına əsasən dini nigah (“kəbin”) şəhadətnaməsinin alınması yalnızvətəndaş vəziyyəti aktlarının qeydiyyatı” (VVAQ) idarələrində rəsmi qeydiyyatın qanuniləşdirilməsindən sonra mümkündür.

Azərbaycan Respublikasının Ailə Məcəlləsindəerkən nigahtermininin dəqiq təyinatı yoxdur. Amma həmin sənədin 10.1-ci maddəsinin müddəaları bu fenomeni mövcud qanunvericilikdə nəzərdə tutulmuş nikah yaşı tamam olmadan bağlanmış nikah kimi dəyərləndirməyə imkan verir.

Təəssüfedici haldır ki, son bir neçə ildə 15-19 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb. Milli Məclis ailə məcəlləsinə dəyişiklik edərək qızların nikah yaşını 17-dən 18-ə qaldırmağa dair qərar verdi. Yeri gəlmişkən, əgər 1960-cı ildə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən 2 minə çatırdısa , son illərdə bu rəqəm 5500 nəfəri keçdi. Bu gün artıq Azərbaycanın hər bölgəsində 14-16 yaş hədlərində olan qızların ərə verilməsi adət halını alıb.

Ölkəmizdə qızlar arasında erkən nikah faktlarının artması BMT-nin Əhali Fondunu da narahat edir. Hesabatda deyilir: “Həddi-buluğa çatmayan qızların ölkədən çıxarılmasına nəzarət gücləndirilməli, onların insan alverinin qurbanına çevrilmələrinə imkan verilməməlidir. Əsasən bu nəzarət 14-15 yaşlarında olan yeniyetmələrə şamil edilməlidir”.

Yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını da artırır. 2005-ci il qəbul imtahanlarının nəticəsi göstərir ki, həmin il ərzində cənub bölgəsindən Ali məktəblərə sənəd verən qızların sayı hiss olunacaq dərəcədə aşağı olub. O da məlumdur ki, 2005-2006-cı tədris ilində ümumrespublika üzrə 2030 qız uşağı orta təhsildən yayınmışdılar. Maraqlıdır ki, dövlət qeyri-hökumət təşkilat-larının apardıqları sorğuya cəlb edilən valideynlərin 72 faizi bunu normal qarşılayır.

Qızların 14-16 yaş hədlərində ərə verilməsi tibbi baxımdan da düzgün deyil. Bu yaşda qadının hamilə olması, uşaq dünyaya gətirməsi təhlükəlidir. Bu zaman ana uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlar zəif az çəkili olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir.

 

Üç nöqtə.-2014.- 15 fevral.- S.9.