Əmək hüququ əmək mübahisələri kimi məsələləri nizamlayır

 

Mülkiyyətin formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı əmək münasibətləri tənzimlənməlidir

 

Əmək hüququ milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər.

Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda prosesində onunla işəgötürən (təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir. Bu cür münasibətlərə əmək münasibətləri ilə sıxsürətdə bağlı olan digər münasibətlər deyilir.

Əmək münasibətlərində iki tərəf iştirak edir: işçi və işəgötürən. Onlar arasında olan münasibətlər əvəzlidir. Əmək münasibətlərinin obyekti rolunda şıxış edir. Əmək münasibətlərinin məzmunu subyektlərin bu hüquq münasibətlərin yarandığ andan əldə etikləri konkret hüquq və vəzilər təşil edir.

İnsanların əmək hüquqlarının qorunmasında Həmkarlar ittifaqları böyük rol oynayırlar. Onlar öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. İşəgötürənin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir. Belə olan hallarda həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericiliyə əməl olunmasına nəzarət edirlər. Hər il Azərbaycan Həmkarlar İttifaqlarına ümumilikdə daxil olan ərizə-şikayətin 98,5 faizi işçilərin mənafelərinə uyğun olaraq, öz müsbət həllini tapıb. Həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edib, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak ediblər.

Xatırladaq ki, işəgötürən həmkarlar ittifaqına üzv olan işçini işdən çıxarmaq üçün həmkarlar təşkilatından yazılı icazə almalıdır. Yəni, işəgötürən həmkarlara müraciət etməli, öz növbəsində həmkarlar təşkilatı 10 gün ərzində öz rəyini bildirməlidir. Məsələn, Azərbaycan Dəmir Yolunda təşkilati dəyişiklik baş verəndə – təşkilat Səhmdar Cəmiyyətə çevriləndə orada işçilərin bir hissəsinin ixtisarı məsələsi ortaya çıxmışdı. Onda bu maddənin köməyi ilə onlar işdə saxlanılıb. Nəticədə, ixtisara düşənlər çox az, əsasən də pensiya yaşını keçənlər olub. Bu hüquq qanunda da öz əksini tapıb.

Göründüyü kimi həmkarlar təşkilatlarının olduğu müəssisə və təşkilatlarda işçinin işdən çıxarılması, onların hüquqlarının pozulmasının qarşısı vaxtında alınır. Xarici şirkətlərin də özbaşnalığının qarşısının alınmasında həmkarlar təşkilatlarını önəmli rol oynayır. Bu günədək bəzi transmilli şirkətlərlə, bu problem yaşanıb. Xarici şirkətlərdə ən çox pozuntu halları isə işçilərin normadan daha çox vaxt işlədilməsi, daha az məzuniyyət günü verilməsi ilə bağlı olub. Onlara istirahət vaxtının verilməsi və onun muddətinin qısaldılması kimi neqativ hallar da baş verir. İstirahət vaxtı odur ki, həmin vaxt ərzində işçi öz əmək funksiyasını yerinə yetirməkdən azad olurondan istədiyi kimi istifadə edir. Qeyd edək ki, istirahət vaxtı şəxsin istirahət hüququ ilə bağlıdır. Konstitusiyanın 36-cı maddəsi vətəndaşın istirahət hüququnu təsbit edir: hər kəsin istirahət hüququ vardır. Qüvvədə olan əmək qanunvericiliyi, o cümlədən əmək hüquq elmi istirahət vaxtının əsasən 4 növünü fərqləndirir. Bura fasilə, istirahət günləri. bayram günləri, məzuniyyət djaxildir. İstirahət günlərində ümumiyyətlə qadağandır. Bundan əlavə, həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır. Ümumi istirahət günü bazar günüdür. 5 günlük həftəsində 2, 6 günlük həftəsində 1 gün istirahət günü verilir.Xatırladaq ki, bayram günləri günü hesab edilən və edilməyən olmaqla 2 qrupa bölünür. İstirahət vaxtı günü hesab edilən bayram günlərini əhatə edir. Bunlar adətən ictimai əhəmiyyətli əlamətdar hadisələrə, ənənəvi tarixə həsr edilir. Həftələrarası istirahət və günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı gününə keçirilir.Bayram günləri yalnız istehsalat-texniki şəraitinə görə dayandırılması mümkün olmayan işlərə, habelə əhaliyə xidmətlə əlaqədar işlərə yol verilir. Göründüyü kimi işçilərə istirahət vaxtı verilməsi qanunaericilikdə öz əksini tapıb. Buna isə əməl edilməlidir.

Bundan başqa, narazılııqları əmək haqlarının aşağı olması, xarici şirkətlərdə Azərbaycan qanunlarının təmin edilməməsi, işçilərin işəgötürən tərəfindən təhqirlərə məruz qalması, xaricdən işçi qüvvəsinin gətirilməsi və bunun nəticəsində yerli işçilərin ixtisara salınması, yeməkxanalarda ictimai nəzarətin olmaması, yerlərində həmkarlar təşkilatının yaradılmasına maneçiliyin törədilməsi, işçilərin ərizə və şikayətlərinə baxılmaması,əmək müqaviləsinin bağlanmaması və s ilə bağlıdır. Hazırda işçilərin əmək hüquqlarının pozulması, həmkərlar təşkilatının yaradılmasına mane olmaq halları ən çox xarici şirkətlərdə müşahidə olunur. Halbuki, «Həmkarlar ittifaqları haqqında» qanunun 3-cü maddəsində işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaqöz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var

Digər tərəfdən gecə növbələri, bayram günləri və uzadılmış növbələri zamanı onların əmək haqlarının düzgün hesablanmaması kimi neqativ hallar müşahidə edilir. «Belə vəziyyətdə həmkarlar təşkilatları işçilərlə işəgötürən arasında körpü rolunu oynamalıdır: Çünki işçinin öz tələblərini xarici menecerə çatdırmaq imkanı azdır – həmkarlar təşkilatı isə bunu edə bilərlər»,- Konfederasiyasının sədr müavini Aqil Dadaşov deyib.

Həmkarlar ittifaqlarının səlahiyyətləri isə buna imkan verir. Çünki onlar işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.

 

Üç nöqtə.-2014.- 20 fevral.- S.9.