İşçilər məzuniyyətlərdən istifadə hüququna malikdir

 

Məzuniyyət hüququnu məhdudlaşdırmağa yönəldilən əmək müqavilələrinin şərtləri etibarsız sayılır

 

Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiya hüququ olan istirahət hüququ işçilərin normal istirahəti, əmək qabiliyyətinin möhkəmləndirilməsi, sağlamlığının mühafizəsi və bərpası, uşaqlarının tərbiyəsi və fizioloji tələbatının təmin edilməsi, həmçinin vətəndaşların təhsil hüququnun həyata keçirilməsi üçün məzuniyyətlərdən istifadə hüququnu və qaydasını tənzimləyir. Məzuniyyətlər haqqında Azərbaycan Respublikasının qanunu Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarına uyğun olaraq, bütün növ məzuniyyətlərin minimum müddətlərini müəyyən etməklə yanaşı, kollektiv müqavilələrin (sazişlərin) və ya əmək müqavilələrinin (bağlaşmalarının) şərtlərinə əsasən işverənlərə həmkarlar ittifaqları və ya əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi üçün işçilərin birləşdikləri digər nümayəndəli təşkilat (bundan sonra “həmkarlar ittifaqı” adlanacaq) ilə birlikdə işçilərin məzuniyyət hüquqlarını qanunvericilikdə nəzərdə tutulan müddəalara nisbətən genişləndirmək səlahiyyətlərini təsbit edir.

Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda (bundan sonra “müəssisələr” adlanacaq) işverənlərlə əmək münasibətlərində olan işçilər vəzifəsindən, rejimindən, əmək şəraitindən və əmək müqaviləsinin (bağlaşmasının) müddətindən asılı olmayaraq, bu Qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Əmək müqaviləsində (bağlaşmada) başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müəssisələrində işverənlərlə əmək münasibətlərində olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də məzuniyyət hüququna malikdirlər. Qanunvericiliklə müəyyənləşdirilən hallar istisna olmaqla, işçilərin məzuniyyət hüququnu məhdudlaşdırmaq qadağan edilir. İşçilərin məzuniyyət hüququnu məhdudlaşdırmağa yönəldilən əmək müqavilələrinin (bağlaşmalarının) şərtləri etibarsız sayılır.

İşçilərə ödənişli əsas məzuniyyət müddəti 21 təqvim günündən az olmamalıdır. Bakı Hüquq Mərkəzinin (BHM) məsləhətçisi Pərviz Zamanlı bildirib ki, qanunvericilik bütün işçilərə onların yeriorta aylıq əmək haqqı saxlanılmaqla illik məzuniyyətlər verilməsini nəzərdə tutur. Onun sözlərinə görə, işçilərə ödənişli əsas məzuniyyət minimum müddəti konistitusion qaydada müəyyən edilib ki, bu müddət 21 təqvim günündən az olmamalıdır. Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, dövlət qulluqçularına, tədris müəssisəsində pedaqoji aparmayan rəhbər işçilərə, tədris müəssisələrinin metodistlərinə, emalatxana rəhbərlərinə, laborantlara, kitabxanaçılara, dayələrə, bədii rəhbərlərə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə, əczaçılara ödənişli əsas məzuniyyət 30 təqdim günü müddətində verilməlidir. Pedaqojielmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim günü müddətində verilir.

O bildirib ki, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlillərə əmək məzuniyyəti azı 42 təqvim günüdür. Mövsümi işlərdə çalışan işçilərə isə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər ayına görə iki təqvim günündən az olmayan müddətə verilir. Bəzi kateqoriyadan olan işçilərin əmək məzuniyyətinin müddətləri fərqlidir. Belə ki, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə 46, teatr-tamaşa müəssisələrinin, televiziya, radiokinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində əsas məzuniyyət verilməlidir. Hüquqşünas vurğulayıb ki, qanunvericilik əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydasını da müəyyən edir. Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

O bildirib ki, qanunvericilik anaların istirahət hüququnun təmin edilməsi üçün üstünlüklər verir. Belə ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üçdaha çox uşağı olan, həmçinin, 16 yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

İşçilәrә ödәnişsiz mәzuniyyәt verilәrkәn hansı qaydalara әmәl edilmәlidir? Bu mәzuniyyәtlәrin verilmәsi hansı qaydada aparılmalı vә rəsmiləşdirilməlidir? Bu barədə ekspert Niyazi Nəcəfov bildirir ki, Әmәk Mәcәlәsinin 129-cu maddәsinә әsasәn, ödәnişsiz mәzuniyyәtlәr bu Mәcәllәdә nәzәrdә tutulmuş hallarda işçilәrin xahişiya tәrәflәrin qarşılıqlı razılığı ilә verilir. İşәgötürәnlә işçinin qarşılıqlı razılığına әsasәn, hәmçinin kollektiv müqavilәlәrdә nәzәrdә tutulan hallarda, o cümlәdәn әmәk müqavilәsi ilә müәyyәn edilәn şәrtlәrlә işçilәrә müddәti altı aydan çox olmayaraq tәrәflәrin mülahizәsinә әsasәn müәyyәn edilәn ödәnişsiz mәzuniyyәt verilә bilәr. Әmәk Mәcәllәsinin bu maddәsinә әsasәn, 6 aya qәdәr ödәnişsiz mәzuniyyәtin verilmәsindә әsas şәrt işәgötürәnlә işçinin qarşılıqlı razılığıdır. Tәrәflәrdәn birinin, o cümlәdәn işçinin rәsmi yazılı razılığı vә ya әrizәsi olmadan, hәmçinin kollektiv müqavilәlәrdә nәzәrdә tutulmayan, o cümlәdәn әmәk müqavilәsi ilә müәyyәn edilәn şәrtlәr olmadan, işәgötürәnin әmri ilә işçinin 6 aya qәdәr ödәnişsiz

mәzuniyyәtә göndәrilmәsi Әmәk Mәcәllәsinin bu maddәsinә uyğun deyilişçinin әrizәsi әsasında mәhkәmә qaydasında etibarsız hesab oluna bilәr. Әmәk Mәcәllәsinin 130-cu maddәsindә nәzәrdә tutulan ödәnişsiz mәzuniyyәtlәr isә işçilәrin xahişi ilә bir ilindә müddәti bu maddәdә nәzәrdә tutulan qaydada verilir: Bu maddәdә nәzәrdә tutulan ödәnişsiz mәzuniyyәtlәrә çıxmaq üçün işçinin әrizәsi ilә bәrabәr hәkim mәslәhәt

komissiyasının rәyi, әlillik qrupu barәdә sәnәd, müharibә veteranı vәsiqәsi, tәhsil müәssisәsinin arayışı, seçki komissiyasının arayışı vә sair tәsdiqedici sәnәdlәrdәn biri tәqdim edilmәlidir. Ailә, mәişәt vә başqa sosial mәsәlәlәri hәll etmәk üçün işçilәrә 7 tәqvim gününәdәk ödәnişsiz mәzuniyyәtlәr verilәrkәn digәr heç bir sәnәd tәqdim edilmәdәn işçinin әrizәsi tәqdim edilmәlidir. Mәzuniyyәtlәrin verilmәsi işçinin әrizәsi әsasında işәgötürәnin әmri ilә rәsmilәşdirilir. Әmrdә işçinin adı, atasının adı vә soyadı,

vәzifәsi (peşәsi), verilәn mәzuniyyәtin növü, müddәti, müvafiq ili, mәzuniyyәtin başlandığı, qurtardığı vә mәzuniyyәt müddәti bitdikdәn sonra işçinin işә başlamalı olduğu il, ay, gün göstәrilmәlidir.

Hüquqşünasın sözlərinə görə, qanunvericilik bəzi kateqoriyadan olan işçilər əmək məzuniyyətini öz arzusu ilə istədiyi zaman götürə bilərlər. 14 yaşınadək ikidaha çox uşağı olanya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə), əlillərə, müharibə veteranlarına, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuşya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə, yaşı on səkkizdən aşağı olan işçilərə, işləməklə yanaşı təhsil alan, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

 

Üç nöqtə.-2014.- 21 fevral.- S.9.