İşçilərin əmək məzuniyyətinin müddəti artırıla bilər

 

Əmək münasibətlərinə xitam verilərkən əlavə məzuniyyətə görə pul əvəzi verilmir

 

İşçilərin məzuniyyətğ hüququnun təmin edilməsi Əmək Məcəlləsinin əsas tələblərindən biridir. İşçilər vəzifədən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətğlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə yeprində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə illə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququonlardan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Məzuniyyətdə olduğu müddət ərzində işçinin yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Əmək Məcəlləsi ilə işçilərin məzuniyyət hüququnun 4 növü nəzərdə tutulur. Bura əsas və əlavə məzuniyyətdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti,ödənişsiz məzuniyyət daxildir.

Əmək məzuniyyəti işçinin əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi əsasında istifadə etdiyi istirahət vaxtıdır. Əmək müqaviləsinin müddəti təqvim günü ilə hesablanır. İşçilər məzuniyyətə çıxarkən onların müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi hansı qaydada tənzimlənir?

Ekspert Vüqar Bayramov biildirir ki, əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanılması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitin yaradılması, müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.

Qeyd edək ki, işdən azad olunan işçiyə istifadə etmədiyi əmək məzuniyyətinin pulu ödənilir. Bu, Əmək Məcəlləsinin 144-cü maddəsində öz əksini tapıb. Həmin maddəyə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək müqaviləsinə xitam verilərkən əlavə məzuniyyətlərə pul əvəzi verilmir. Qeyd edək ki, kollektiv müqavilələrdə, belə müqavilələr bağlandığı hallarda əmək müqaviləsində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər – təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraqişçilər qrupp halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilər.Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin ikiillik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən. istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrupp halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

Hәr il müәssisәlәrdә әmәk mәzuniyyәtlәrinin verilmәsi üçün isə növbәlilik cәdvәllәri tәrtib edilir. Bəs, mәzuniyyәtlәr bu cәdvәldә göstәrilәn vaxtdan başqa vaxta keçirilə bilәrmi? Bu sulın cavabı da Əmək Məcəlləsində öz əksini tapıb. Әmәk Mәcәllәsinә әsasәn istehsalın vә işin normal gedişini tәnzimlәmәk, mәzuniyyәtlәrin uçotunun düzgün aparılmasını tәmin etmәk mәqsәdi ilә hәr il yanvarın sonunadәk әmәk mәzuniyyәtlәrinin verilmәsi üçün növbәlilik cәdvәllәri tәrtib edilә bilәr. Әmәk mәzuniyyәtlәrinin verilmә növbәsi hәmkarlar ittifaqları tәşkilatının, o olmadıqda isә işçinin rəyi öyrənilməkləişəgötürən tәrәfindәn tәsdiq edilir. Aşağıdakı işçilәrә әmәk mәzuniyyәti arzusu ilә onlar üçün әlverişli olan vaxtda verilә bilәr: 14 yaşınadәk ikidaha çox uşağı olanya sağlamlıq imkanları mәhdud uşağı olan qadınlara; 16 yaşınadәk uşaqları tәkbaşına böyüdən valideynə vә ya qәyyuma; hәrbi qulluqçunun arvadına (әrinә); əlillərə; müharibə veteranlarına; Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuşya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə; yaşı on səkkizdən aşağı olan işçilərə; işləməkləyanaşı təhsil lan şəxslərə; Әmәk Mәcәllәsinin 120-ci maddәsindә göstәrilәn Azәrbaycan xalqı qarşısında xüsusi xidmәtlәri olan işçilәrә. Müәssisәdә işlәdiyi müddәtdәn asılı olmayaraq işçinin arzusu ilә әmәk mәzuniyyәti arvadının hamilәliyә vә doğuşa görә mәzuniyyәtdә olduğu dövrdә verilir. Bu cәdvәllәrdә göstәrilәn qaydada mәzuniyyәtlәrin verilmәsi yuxarıda göstәrilәn hallardan başqa digәr bir halda mümkün

ola bilәr ki, digәr işçilәrin bu mәzuniyyәti digәr vaxtlarda almaq üçün kifayәt qәdәr әsasları olsun vә onların bu barәdә yazılı әrizәsinә müdiriyyәt tәrәfindәn müsbәt cavab verilsin.

Məzuqiyyət hüququ verən əmək sğtajı hesablanarkən Əmək Məcəlləsinə əsasən , əmək məzuniyyətinə hüüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağdjakı dövrlər daxil edilir yerininbu Məcəllədə nəzərdə tutulmuş hallarda əməkhaqqının saxlanılması şərtilə işçinin işdən ayrıldığı dövr; qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçinin məcburi işburaxcma dövrü; əmçək qabiliyyətini müvəqqəti itirdiyi dövr; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vәzifәdәn) azad edilmişya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bəropa edilən şəxsin məcburi işburaxma dövrüya həbsdə olduğu dövr. Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət muddəti, habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.

Növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi bütün günlər üçün verilir. Əməkhaqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Xəstəik vərəqlərinə uyğun olaraq işçinin əmək məzuniyyətinin müddəti artırılır. ır.

 

Üç nöqtə.-2014.- 25 fevral.- S.9.