Nikahın ləğvindən daha çox azyaşlı uşaqlar əziyyət çəkir

 

Keçmiş ərin və ya arvadın işləməməsi və başqa gəlirinin olmaması onu aliment ödəməkdən azad etmir

 

2013-cü ildə Azərbaycanda 2012-ci ilə nisbətən bağlanan nikahların sayı 10,3 faiz artıb. Belə ki, 2012-ci ildə ölkədə 78 480 nikah bağlanmışdısa, ötən il ailə quranların sayı artaraq 86 594-ə çatıb. Bununla yanaşı, ölkədə boşanma hallarının da sayı artıb. Belə ki, ötən il 11 849 nikah pozulub. Halbuki 2012-ci ildə bu 11 min 182 təşkil edib. Boşanmaya səbəb kimi ən çox ər və arvadın xasiyyətinin üst üstə düşməməsi göstərilir. Bundan başqa, sonsuzluqmaddi vəziyyətində də aşağı olması boşanmanın əsas səbəblərindən biridir.

Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsində də deyirlər ki, bu göstərilən səbəblər boşanma ilə nəticələnir. Amma əslində ailələrin dağılmasında əsas faktorlardan biri də xəyanətdir. Xüsusilədə qadınların xəyanəti. Bütün bu kimi hallların baş verməməsi üçün komitə marifləndirmə işlərinə başlayıb. Baş məsləhətçi, Aynur Veysəlli: “Biz tez-tez rayonlara gedirik. Onlarla maarifləndirmə işləri aparılır. Bukletlər hazırlayırıq. İnsanlara təqdim edirik. Sonra uzunömürlü ailələrlə görüşürük”.

Son açıqlanan statistikaya görə boşanan tərəflərin əksəriyyəti qadınlardır. Əgər əvvəllər rayon və kənd yerlərində boşanmaların sayı az idisə və yalnız kişi istədiyi vaxt arvadını boşaya bilərdisə indi tamam əksinədir. Elə şəhərdə olduğu kimi bölgələrdə də qadınar boşanmaya daha çox maraq göstərir. Təbii ki, burada da əsas səbəb şəratini yaxşı olmaması və ailə daxili söz söhbətin olmasıdır. Ötən illərlə müqayisədə 2013 ildə kənd yerlərində də boşanların sayı artıb.

Sosioloq, Rəşad Əsgərov: “Boşananların əksəriyyəti 25-30 yaş arasında olanlardır. Həmçinin bu boşanma halları daha çox qadınlar arasında olur. Bununda əsas səbəbi qız və oğlan bir-birini tanıyanda onlar hər şeyi qəbul edirlər. Amma ailə qurduqdan sonra maddi tələbatın ödənilməməsi sonda boşanmaya səbəb olur”.

Nikahların ləğv edilməsində daha çox isə azyaşlı uşaqlar əziyyət çəkir. Valideynlər arasındakı problemlər və erkən boşanmalar uşaqların psixoloji və əqli inkişafına təsirsiz ötüşmür. Odur ki, hər bir gənc ailə qurmazdan əvvəl yaxşıca fikirləşməlidir ki, sonradan boşanan vaxt az yaşlı körpələr bunun qurbanı olmasın.

Onlar mənəvi travmalar almaqla yanaşı, atanın anaya olan pis münasibəti səbəbdən maddi sıxıntılar çəkməyə məcbur olurlar. Belə ki, valideynlər müxtəlif bəhanələr gətirməklə alimentlərdən yayınırlar. Çox zaman isə gəlirlərin əsas hisəsi gizlədilir və minimum məbləğ məhkəməyə təqdim edilir. Belə olan halda uşaqla tək qalmış ana bunu sübut etməkdə çətinlik çəkir .

Bəs, aliment necə ödənilməlidir? “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafeyinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Ailə Məcəlləsinə görə valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə aliment ödənilməsi üçün saziş bağlamaq hüququna malikdirlər. Aliment ödənilməsi barədə valideynlər arasında razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur. Alimentin məbləğini isə qanunvericilik bu cür müəyyən edir: Bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dördə biri, 2 uşağa görə üçdən biri, 3 və daha çox uşağa görə qazancın yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyət, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Burada söhbət təkcə əmək haqqından getmir, bütövlükdə gəlirlərindən, ümumi qazancından gedir.

Keçmiş ərin işləməməsi və başqa gəlirinin olmaması isə onu aliment ödəməkdən azad etmir. Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi, vəkil Dünyamin Novruzov bildirib ki, Ailə Məcəlləsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Vəkilin sözlərinə görə, qanunvericilik uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi, onların saxlanılması ilə bağlı valideynlər nikahdan qabaqya nikah müddətində əvvəlcədən razılığa gəlib saziş bağlaya bilərlər. Əgər belə bir saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa yaxud onun qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimum saxlanması əsas tutularaq müəyyən edilir”, – Novruzov bildirib.

O deyib ki, Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli qərarı ilə uşaqlar üçün valideynlərinin aliment tutulan, manatxarici valyuta ilə aldıqları əmək haqqının və başqa gəlirlərinin növləri müəyyən edilib. Arvadın məhkəməyə uşaqlarının saxlanmasına görə aliment tutulmasına dair iddia tələbi ilə müraciət etməsi üçün ərindən boşanması əsas deyil. Belə ki, arvad ərindən boşanmadan da məhkəməyə uşaqlarının saxlanması üçün ərindən aliment tutulmasına dair iddia tələbi ilə müraciət edə bilər.

Novruzovun sözlərinə görə, Ailə Məcəlləsi valideynlərin üzərinə uşaqlarını saxlamaq vəzifəsini qoyub. Belə ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur: “Ər qanunvericilikdə nəzərdə tutulmuş valideynlik vəzifələrini pozarsa, ondan uşaqlarını saxlaması məhkəmə yolu ilə tələb oluna bilər”.

Vəkil bildirib ki, uşaqların xəstə olması səbəbindən məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşağın saxlanmasına kifayət etmirsə, qadın keçmiş ərindən, yəni uşağının atasından övladlarının müalicəsi üçün əlavə pul vəsaiti verməsini tələb edə bilər. Belə ki, Ailə Məcəlləsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayanmaddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Novruzov bildirib ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmçinin məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər”, vəkil vurğulayıb.

Şəhərdən fərqli olaraq kənd yerlərində alimentin məbləği elə də böyük olmur. Aliment üçün konkret sabit bir məbləğ yoxdur. Bu gəlirlərdən, yaşayış miniumumdan asılı olan bir məbləğdir. Sabit məbləğin müəyyənləşdirilməsində bu cür hesablanmalar apaırıla bilər. Eyni zamanda natura formasında da aliment alına bilər. Digər tərfdən əgər aliment ödənilmirsə, məhkəmənin qərarına əhəmiyət verilmirsə və ya gecikirsə, onda həmin şəxsin axtarılması və alimentdən yayınma ilə bağlı cinayət məsuliyyəti də Azərbaycan qaununvericiliyi ilə nəzərdə tutulub. Doğrudur, praktikada çox zaman valideynlər müxtəlif formada alimentdən yayınmağa çalışırlar. Bu gün gizli məşğulluğun olmasını nəzərə alsaq, kişilər faktiki olaraq buya digər ticarət obyektini qeydiyatdan keçmədiklərinə görə bu gəlirlər görünmür.

İnzibati tədbirlər müsbət nəticə vermədiyi halda, həmin şəxslər barəsində cinayət işi başlanır. Hətta alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etməkdən qəsdən boyun qaçıran şəxslər barəsində cinayət işi başlanıb, istintaq aparılıb.

 

Üç nöqtə.-2014.- 26 fevral.- S.9.