Qadınlara cəmiyyətdə mövqelərini möhkəmlətmək üçün şərait yaradılır

 

Konstitusiyamız qadın kişi bərabərliyi prinsipini özündə ehtiva edir

 

Gender bərabərliyinə nail olunması BMT-nin əsas prioritetlərindən biri olmaqla yanaşı insan inkişafının tam təmin olunması üçün başlıca şərtlərdən biri hesab olunur. Gender bərabərsizliyinin əsas qurbanlarının qadınlar olmasına baxmayaraq, bəzən bu məsələ kişilərə də öz təsirini göstərir. Gender bərabərliyi isə əksinə cinsindən asılı olmayaraq şəxsiyyəti sosial inkişafın mərkəzi fiquruna çevirməklə ölkəni demokratik və davamlı inkişaf adlanan uzun və çətin yolda daim müşayiət edir. Əsas məqsəd BMT-nin Nizamnaməsində adı çəkilən davamlı, sabit və ədalətli cəmiyyətin formalaşdırılmasıdır. Qeyd edək ki, Azərbaycan Hökuməti tərəfindən aparılan siyasət və qanunvericilik çərçivəsi qadınlara öz hüquqlarından istifadə etmək və cəmiyyətdə mövqelərini möhkəmləndirmək üçün şərait yaradır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Qadınların Siyasi Hüquqları (1992) və Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə (1995) Konvensiyalar da daxil olmaqla demək olar ki, bütün başlıca beynəlxalq sənədləri ratifikasiya etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişi bərabərliyi prinsipini özündə ehtiva edir. Azərbaycan həmçinin Gender (qadın və kişi) bərabərliyinin təminatları (2006) və Məişət zorakılığının qarşısının alınması (2010) haqqında qanunları da qəbul edib. Bundan əlavə əmək bazarında gender bərabərliyinin təşviqatı və qadınlar üçün münasib formalarının tətbiqi üzrə tədbirlərin icrası Milli Məşğulluq Strategiyasında da öz əksini tapıb. Lakin bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qanunvericilik çərçivəsi və onun icrasının təmin olunması arasında boşluqlar mövcuddur. Keçmiş onillikdən bəri Azərbaycanda iqtisadi vəziyyət getdikcə yaxşılaşıb və bunun nəticəsi olaraq yeni imkanları yaranıb. Buna baxmayaraq qadınlar hələ də bir çox sektorunda həm şaquli, həm də üfüqi ayrı-seçkiliklə üz-üzə qalmaqdadır. Qadınlar əsasən təhsil, səhiyyə və ictimai iaşə kimi aşağı əmək haqqı mövcud olan və “qadın təbiətinə” uyğun sektorlarda çalışır. İqtisadi, sosialsiyasi həyatda qadınlar və kişilər arasında müşahidə olunan bərabərsizliyin əsas səbəbləri sırasında patriarxal yanaşma tərzi və qadınların ailədə və cəmiyyətdə artıq stereotipə çevrilmiş rollarını misal göstərmək olar. Bu da qanunvericilikdə nəzərdə tutulmuş müddəaların icrasını ləngitməklə bərabər qadının ictimai həyat, əmək bazarı və digər sektorlarda əlverişsiz mövqe tutmasının əsas səbəbinə çevrilir.  Birləşmiş Millətlər ölkədə sosialiqtisadi tərəqqiyə töhfə verilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir. BMT-nin İnkişafa Yardım üzrə Çərçivə Sənədində (BMTİYÇ) (2011-2015) gender bərabərliyinin inkişaf etdirilməsinə kəsişən hədəf kimi xüsusi diqqət ayrılıb. Ölkədə görülən işlər isə qadınlar arasında işləyənlərin sayısına təsir edir. Bu sahədə kişilər ilə qadınlar arasında fərqin azalmasına xidmət edir.  Qeyd edək ki, Azərbaycanda aparılan islahatların əsas mənsədlərindən biri əhali arasında işsizliyi aradan qaldırmaqdır. Hazırda görülən işlər bundan xəbər verir. Artıq dinamik iqtisadi inkişaf təmin edilib. Əsas məqsəd iqdisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsi, bölgələrdə əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmiş tədbirlərin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsindən ibarətdir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni yerləri, müəssisələr, infrastruktura obyektləri və s. yaradılıb. Bu qadınlar arasında işləyənlərin sayısını artıb. Lakin Qərb ölkələri ilə müqayisədə Azərbaycanda  işləyən qadınların sayı hələ də az dır. Qadın məşğulluğunun ən yüksək olduğu ölkə hər yüz qadından 71-nin çalışdığı Danimarkadır. İkinci sırada 70 faizlə İsveç, 66 faizlə Hollandiya, 65 faizlə Finlandiya, 62 faizlə İngiltərədir. Onların çalışma faizinin aşağı olduğu ölkələrdən biri 24 faizlə Türkiyədir. Qadınların çalışma səbəblərinə gəldikdə, ilk olaraq, ailəyə əlavə gəlirin daxil olmasını göstərmək olar. Eləcə də qadının tələbi təhsil səviyyəsindən də qaynaqlanır. Təhsil səviyyəsi yüksək olan qadınlar peşə əldə etmək, müstəqillik, yeni ictimai əlaqələr qurmaq və gələcəyini zəmanət altına almaq baxımından işləməyə çalışır. Araşdırmalara görə, son 20-30 ildə xüsusilə inkişaf etmiş ölkələrdə qadınların işə cəlb olunmasında artım olub. Belə ki, ABŞ-da II Dünya müharibəsindən sonra aparılan bir araşdırmada “dolanışığı təmin edə biləcəyi halda, evli bir qadının həyat yoldaşı onun çalışmasını dəstəkləyirmi?” sualına kişilərin yalnız 18 faizi “bəli” deyib. 1960-cı illərin sonunda isə bu nisbət 50 faizə yaxınlaşıb. Azərbaycanda da bu sahədə irəliləyiş müşahidə olunur. Ölkəmizdə bu gün qadınların çalışması artıq bir reallığa çevrilibbu heç də birmənalı qarşılanmır. Bəzi kişilər, hələ də, bu fikirdədirlər ki, yalnız onlar karyera sahibi ola bilərlər. Yaxud qadının çalışaraq evə qazanc gətirməsinin kişinin ailədə nüfuzuna mənfi təsir edəcəyini düşünənlər də var.  Lakin fərqli düşünənlər də az deyil. Kişilər artıq həyat yoldaşlarının da işləməsini istəyir. Aparılan araşdırmalar kişilərin həyat yoldaşlarının həyatında aktiv rol almalarını istədiyini ortaya çıxararkən, böyük əksəriyyəti həyat yoldaşlarının özlərindən daha çox pul qazanmasının heç bir əhəmiyyət daşımadığını ifadə edir. Kişilərin həyat yoldaşlarının özlərindən çox pul qazanmasını qəbul edə bilməməsi düşüncəsi  də beləcə aradan qalxmış olur. Artıq ev xanımından çox, işləyən qadın istəyən kişilərin sayı getdikcə artır. Kişilər xoşbəxt bir evlilik həyatının işləyən və ictimai həyatı qüvvətli bir yoldaşla daha təsirli olacağını düşünür. Bu dəyişmədə əsl rol oynayan şey yoldaşın ev büdcəsinə olan qatqısıyla yanaşı  işləyən qadının daha baxımlı və ictimai olmasıdır. Artıq sahibkar qadınların sayı da artır. Bu gün ölkəmizdə bütün istiqamətdə qadınlar işə cəlb edilir, o cümlədən sahibkar qadınlara kreditlərin ayrılmasını göstərmək olar. Bu gün jurnalistikada qadınların sayı 10 il əvvələ baxanda qat-qat çoxdur. Qadın hakimlər, icra hakimlərin müavinləri var. Biz istəyirik ki, icra hakimi qadınların sayı artsın. Bələdiyyələrdə bu gün qadınların sayı 30 faizə qədər çoxaldılıb. Son parlament seçkisində qadınların sayı 20 faizə çatıb”. Bu artımın təməlində isə son 10 ildə qəbul olunmuş dövlət proqramlarının rolu böyükdür. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq (2006-2015-ci illər) Strategiyası», «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması  və davamlı inkişaf Dövlət Proqramı», «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı» və digər sənədlər işsizliyin səviyyəsinin azaldılması baxımından və qadınların işlə təminatı baxımından əhəmiyyətli olub. Regionların sosialiqtisadi inkişafına xidmət edən dövlət proqramları yeni yerlərinin yaradılmasında mühüm rol oynayıb. Nəticədə 2003-cü ildən respublikada 1,3 milyonadək yeri açılıb və bu proses davam edir.  Əmək yarmarkalarının təşkili işaxtaranların işəgötürənlərlə canlı  təmasının yaradılması baxımından son dərəcə əhəmiyyətlidir. Çoxlu sayda boş  yerləri olan, müvafiq sahələr üzrə mütəxəssislər axtaran müəssisələr yarmarkalarda iştiraka dəvət olunurlar. İşsiz vətəndaşlar bu yarmarkalarda işəgötürənlərlə birbaşa əlaqə yaradır, onların şərtləri ilə tanış olurlar.

 

Üç nöqtə.- 2014.- 28 fevral.- S.9.