İş rejimi heç bir halda oruc tutmağa mane ola bilməz»

 

Elşad Miri: “Orucu yatmaqla keçirənlər savabını da yuxuda görərlər

 

Müqəddəs Ramazan ayını yaşamaqdayıq İslam dininin buyurduğu kimi, bu ayda sağlamlığı imkan verən hər kəs oruc tutmağa çalışmalıdır. Lakin bəzən insanlar sağlamlıqdan əlavə rejiminin ağır olduğunu əsas gətirərək oruc tutmaqdan yayınırlar. Qafqaz Müsəlmanları İdarəsinin saytına ünvanlanan suala isə belə bir cavab gəlib: “Mübarək Ramazan ayında yalnız oruc tutulduğu təqdirdə fəsad yarada biləcək bir xəstəlik üz verdikdə bu şəxs oruc tutmaya bilər. Hər hansı gündəlik rejimi üzr sayıla bilməz”.

Mövzu ilə bağlıÜç nöqtə”yə danışan ilahiyyatçı Elşad Miri rejiminin oruc tutmağa nəsə maneçilik törədə bilməyəcəyini dedi bildirdi ki, orucu yatmaqla keçirmək düzgün deyil: “Bəzən insanlar orucu yatmaqla keçirirlər ki, belə daha rahat olur. “Hansına işdə çalışanlar oruc tutmamalıdırlarkimi yanaşma olmamalıdır. Orucluğun müəyyən əziyyətləri var. Belə bir söz var; orucu yatmaqla keçirənlər savabını da yuxuda görərlər. Hər hansı işdə çalışmağımızdan asılı olmayaraq, həmişə Allahın əmrinə uyğun ibadətimizi etməliyik. Azərbaycan kimi yerdə isti iqlimi sairi bəhanə gətirib orucluqdan yayınmaq istəyiriksə, bir anlıq daha isti ölkələri təsəvvür edək. İslamın gəldiyi Ərəbistan yarımadasında, Afrikada oruc tutan insanların vəziyyəti necədir? Yaxud da, bizdən artıq ac susuz qalıb orucunu tutan insanların vəziyyəti necədir? Hansısa bir ölkənin ən rəhbər vəzifədə olan şəxslərinin oruc tutmalarını niyə əsas götürmürük? Orucluq insanı bir ay boyunca tərbiyələndirir Ramazan ayından sonra da bu tərbiyəmizi digər aylarda da tənzimləməliyik. İş rejimi heç bir halda oruc tutmağa mane ola bilməz. Çünki ən çətin əziyyət tələb edən işlərdə çalışanların belə oruc tutmalarının şahidi olmuşam».

İlahiyyatçı deyir ki, Ramazan ayı hicri təqvimi ilə həyata keçirilməsi insanların hər bir fəsil üçün dözümlülük göstərməsinə şərait yaradır: “Hicri təqvimdə elədir ki, biz ömür boyu ilin bütün aylarında fəsillərində oruc tutmuş oluruq. Oruc sırf Allah üçün olmalı digər məsələlərə əhəmiyyət vermədən tutulmalıdır».

E.Miri onu da bildirdi ki, yalnız həkim müayinəsindən sonra sağlamlığın oruc tutmağa imkan vermədiyini təyin etmək olar: “Əgər həkim icazə verməsə, oruc tatmamaq olar. Amma icazə verirsə, demək ki, dözmək olar. Başqa vaxt müəyyən yaşda olan insanlar özlərini cavan hiss etdiklərini desələr , Ramazan ayında nədənsə bir bəhanə tapıb özlərini xəstə göstərməyə çalışırlar. Oruc tutmamaqlarına haqq qazandırmış olurlar. Lakin belə məsələlərlə bağlı konkret cavab verən həkim olmalıdır. Siqaret çəkən həkim siqaret çəkən insana siqaretin zərərlərindən danışırsa, o həkim deyil. Eləsinə yox, normal həkimə müraciət edilməlidir. Bir dəfə Ramazandan əvvəl hiss etdim ki, mədəmdə nəsə nasazlıq var. Həkimə müracitə etdim ki, Ramazana qədər müalicə olunum. Həkim mənə dedi ki, oruc tutmamağın daha məqsədəuyğundur. Lakin mən ona fikir verməyib, düşündüm ki, cavan adamam gücüm çatacaq. Orucu tutdum. Orucluqdan sonra müalicə üçün xarici ölkəyə getdim. Orada həkim mənə dedi ki, siz sağlamsız mədənizdə heç bir problem yoxdur. Ramazan ayı elədir ki, bu ayda insanın bədəni formalaşır. İnsan bədəninin formalaşması üçün 21 gün özünü nəyəsə öyrəşdirməlidir. Ondan sonra artıq bədən formalaşır vərdiş halına gələ bilir. Ona görə oruc tutanların bədənində gedən hadisələr, səbəblər, sağlamlıqları başqa vaxt da etmək olar. Biz bu orucu sağlamlıq yox, Allahın əmri olduğu üçün tuturuq”.

 

Aygün Asimqızı

Üç nöqtə.-2014.- 16 iyul.- S. 8.