Uşaqların internat evlərinə yerləşdirilməsinə ən son halda yol verilməlidir

 

Son illər uşaqların internat evlərinə düşməsinin qarşısının alınması istiqamətində bir sıra işlər görülür

 

İnsan həyatının ən qayğısız anlarını, adətən uşaqlıq dövrlərində yaşayır. Problemlərdən uzaq, saf, təmiz uşaqlıq illərini çoxlarımız həmişə nostalji hisslərlə xatırlayırıq. Lakin elə uşaqlar var ki, həyatlarının həmin dönəmi ömrü boyu onlara ağrı verir. Talelərinə internat evində böyümək yazılan bu məsum uşaqların yaşam tərzləri eyni olsa da, onları bu həyatı yaşamağa vadar edən səbəblər müxtəlifdir. Bu uşaqların arasında valideynləri sağ olanlar da, onları dünyaya gətirənlərin üzünü ömrü boyu görməyənlər də var. Ailə qayğısından məhrum olan bu uşaqlar böyüdükcə problemləri də artır. İnternat evlərindən çıxdıqdan sonra isə daha ağrılı günlər başlayır. Belə uşaqlardan biri də 1988-ci ildə Bakı şəhərində anadan olan Kərim Elşən oğlu Heydərovdur. Atası gözdən əlil olan Kərim uşaq yaşlarında anasını itirib. 1995-ci ildə onu Maştağada olan 1 saylı internat evinə yerləşdiriblər. 2006-cı ildə isə internat evindən çıxan Kərim həqiqi hərbi xidmətə yollanıb. Cəbhənin Ağdam bölgəsində hərbi xidmət keçən Kərim ordu sıralarından təxris olunduqdan sonra əsl ağır günləri başlayıb. İnternat evindən çıxdıqdan sonra eyni problemlə üzləşən Kərim kimi gənclərin sayı yüzlərlə idi.

Dünyanın əksər ölkələrində uşaqların internat evlərinə yerləşdirilməsinə ən son halda yol verilir. Uşaq internat evinə yerləşdirildikdən sonra ən qısa müddətdə ounun ailəsinə qaytarılması üçün tədbirlər görülür. Azərbaycanın da qoşulduğu Uşaq hüquqları Konvensiyasına görə, uşaq evləri, internatlarda uşaqların yerləşdirilməsinə yalnız ən son halda, bütün imkanlar tükənəndən sonra yol vermək olar. Amma Azərbaycanda uzun illər ailə himayəsindən məhrum uşaqların internatlara yerləşdirilməsinə son imkan kimi yox, ilk imkan kimi baxılır. Özüsanki uşaq internata yerləşdirilməsi ilə bütün problemlər həll ediliruşaq orada illərlə qalır.

2006-cı ilin martında işlərə başlanılan bu proqram 2015-ci ilədək reallaşmalıdır

Amma son illər uşaqların internat evlərinə düşməsinin qarşısının alınması istiqamətində bir sıra işlər görülür. İnternatda olan uşaqların ailələrinə qaytarılması və təhsili ilə bağlı 2006-cı ildə «Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi De-institusionalizasiya) və alternativ qayğı» Dövlət Proqramı qəbul edilib. 2006-2015-ci illəri əhatə edən proqramın əsas məqsədi uşaqların şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün, onların ailə mühitində xoşbəxt böyüməsi naminə dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılmasıdır. 2006-cı ilin martında işlərə başlanılan bu proqram 2015-ci ilədək reallaşmalıdır.

Dövlət Proqramında görülməsi vacib olan işlərin zəruriliyi vurğulanır. Bildirilir ki, Azərbaycanda bir sıra dövlət təlim-tərbiyə müəssisələrində (valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri və internat məktəbləri, ümumtəhsil internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri və xüsusi məktəblər, atılmış uşaqlar üçün körpələr evis.) valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif səbəblərdən (valideynlərin itirilməsi, valideyn himayəsindən məhrum olma, ailənin maddi vəziyyətinin son dərəcə aşağı olması, ailədə qeyri-normal psixoloji vəziyyət, uşaqların sağlamlıq imkanlarının məhdudluğu və s.) dövlət himayəsində yaşayır, təhsil və təlim-tərbiyə alırlar. Hazırda respublika üzrə qeyd olunan təlim-tərbiyə müəssisələrində 21 000 nəfərə yaxın uşaq var və on¬ların sayının əvvəlki illərlə müqayisədə artımı müşahidə olunur. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin maddi vəziyyətinin aşağı olması və digər sosial amillər dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının səbəblərindəndir. Dövlət uşaq müəssisələrində saxlanılan uşaqlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan Respublikasının da qoşulduğu BMT-ninUşaq hüquqlarına dair” Konvensiyasına görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Həmin Konvensiyanın tələblərinə əsasən dövlət uşaq müəssisələrindən uşaqların biolojiya digər alternativ ailələrə verilməsi, bu uşaqların hüquqlarının qorunması daim diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir.

Respublikada iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni yerlərinin açılması, adambaşına düşən gəlirin ilbəil artması əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması üçün zəmin yaradıb. Qeyd olunanlar hazırda respublikada dövlət uşaq müəssisələrində dövlət himayəsində təhsil və təlim-tərbiyə alan uşaqların bu müəssisələrə düşməsinin qarşısının alınmasına, belə müəssisələrdə uşaqların sayının azalmasına, ailə mühitində inkişafının təmin edilməsi üçün onların ailələrə verilməsinə geniş imkanlar yaradır. Həmin imkanların reallaşdırılması üçün uşaqların qayğısına qalmaqda çətinlik çəkən ailələrə müvafiq yardımın göstərilməsi, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, uşaqların ailələrə verilməsini və onların hüquqlarının qorunmasını təmin edən müvafiq sistemin yaradılması, bu sahədə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir.

Uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin sayının azaldılması nəzərdə tutulur

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institu¬sionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” hazırkı mərhələdə De-institusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib. Proqramın əsas məqsədi BMT-ninUşaq hüquqlarına dair” Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsidir. De-institusionalizasiyanın yerinə yetirilməsi üçün bir neçə prioritet istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan biri ölkədə yoxsulluğun azaldılması və sosial-iqtisadi vəziyyətin yaxşılaşması zəminində uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və belə müəssisələrdə olan uşaqların sayının tədricən azaldılmasıdır. Həmçinin, uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin sayının azaldılması, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, alternativ sosial xidmətlər sisteminin (icma və ailə əsaslı xidmətlər, qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilmə və s.) yaradılması həyata keçirilməlidir. Uşaqların ailələrə (biolojiya alternativ) verilməsi imkanlarının genişləndirilməsi və stimullaşdırılma mexanizmlərinin tətbiqi, dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünün dəyişdirilməsi və sosial işçilərin hazırlanması sisteminin yaradılması reallaşdırılmalıdır. Ailələrə verilən uşaqların vəziyyətinin monitorinqinin aparılması və onlara sosial xidmətlər (təhsil, səhiyyə, reabilitasiya) mexanizmləri yaradılmalıdır. Azərbaycan Respublikasında De-institusionalizasiya valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri, ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı internat evləri), sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbləri və atılmış uşaqlar üçün körpələr evlərini əhatə edir.

 

Ardı var    

Üç nöqtə.-2014.- 18 iyul.- S. 9.