Onlar musiqi alətlərini, tamaşaçılar da onları sevdi

 

Səlim Abbasov: «Kamança ifaçısı kimi qalsaydım, bu qədər sevilmək, tanınmaq olmazdı»

 

Gülbahar Şükürlü: «Qarmonu özümə, özümü qarmona yaraşdırıram»

 

«Skripka musiqi alətini seçməkdə məqsədim insanlara daha çox yaxın olmaq, özümü daha yaxşı tərəfdən göstərmək ayaqüstə performans göstərmək olub». Bu sözləriÜç nöqtə”yə açıqlamasında tanınmış skripkaçı Səlim Abbasovselim bildirib. Onun sözlərinə görə, skripkaya qədər bir çox alətlərdə ifa edib: “Musiqi məktəbində təhsil almışam. Kamança sinifində oxuyurdum. Skripka kamançaya yaxın olduğuna görə skripka dərslərini öyrənməyə başladım bu gün skripka ifaçısı kimi tanınıram. Performans göstərmək, ifa etmək skripkaya uyğun gəlir. Kamança ilə o performansı göstərmək çətin olar. Kamança aləti Azərbaycanın milli alətidir. O alətin səsi yanğılı olduğu üçün performans göstərmək çətin olardı. Məni kamança çalan kimi tanıyırlar. Daha çox skripka çalan kimi insanlara özümü sevdirirəm. İnsanların qarşısında çıxış edən zaman görürəm ki, daha çox skripkaya reaksiya var. Kamança ifaçısı kimi qalsaydım, bu qədər sevilmək, tanınmaq olmazdı».

Səlim Abbasov skripka ilə yanaşı mahnı ifa etməsindən danışdı. Bildirdi ki, mahnı oxumağaEurovision”da başlayıb: «Ondan sonra məndən Maykl Ceksonun “Smile” mahnısını ifa etməyi istədilər. Mahnının musiqisini Çarli Çaplin yazıb. Ondan sonra oxuyub ifa etmək çox maraqlı çətin idi. Amma şükürlər olsun, öhdəsindən gəldim. İfa yaxşı alınmışdı. Ondan sonra mən gözləmədim ki, kimsə mənə mahnı oxumağı desin. Özüm mahnı yazmağa başladım. Gangnam style” mahnısını oxudum. Tamaşaçılar tərəfindən müsbət reaksiya aldım. Mənfi reaksiya verənlər oldu».

S.Abbasov bildirdi ki, mənfi reaksiyaları normal qarşılayır:

 Böyük sənətkarımız Zeynəb Xanlarova zeynebdeyir ki, vacib deyil, 10 nəfər əl çalsın. 5 nəfər əl çalsın, amma məni sevən dinləyən olsun. Ümumi götürəndə, qınağa tutan yoxdu. Sənətdə maqlıdırsa onu etmək lazımdır».

Məşhur skripkaçı yaradıcılığındakı yeniliklərə toxundu. Dedi ki, yeni mahnılar üzərində işləyir: “Tanınmış ifalardan biridir. Pitbullun mahnısını oxumuşam. Bu yaxınlarda eşidəcəksiniz. Bundan başqa, xalq mahnılarımızdan birini ifa edəcəm. Sözlərin yazılmasını gözləyirəm ki, maraqlı alınsın. Yaxşı sözlər olsun. Daim öz üzərimizdə işləyirik».

Qarmon ifaçısı Gülbahar Şükürlü gulbahar sukurluisə qeyd etdi ki, əvvəllər qadın toylarında yalnız qarmon musiqi aləti olurdu: “Başqa alət olmurdu. Əvvəl özümün qarmonum olmayıb. Qonşunun qarmonu var idi. Onlarda ifa edirdim. Mən qarmonu əlimə götürən kimi ifa etməyə başlayırdım. Qarmona çox marağım olub. Bu musiqi alətində çalmaqla yanaşı, heç vaxt müğənni olmaq istəməmişəm. Pis mənada demirəm. Özümü başqa sənətdə görmürəm. Qarmonu özümə, özümü qarmona yaraşdırıram. Qarmonu o qədər çox sevirəm ki, onu ifa edərkən həzin mahnılar məni çox rahatlaşdırır».

 

Rəqsanə  Həsənova

Üç nöqtə.-2014.- 6 iyun.- S.13.