İstedadlı uşaqlarin inkişafına dövlət qayğısı gücləndirilib

 

Əlillərin peşə hazırlığı işlə, tibbi sosial yardımla təmin edilməsi istiqamətində müvafiq işlər aparılır

 

Ölkəmizdə kövrək qruplara aid olan digər bir uşaq təbəqəsi də var ki, onlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanları olan qaçqın və məcburi köçkün uşaqlardır. Bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan çox sakin qaçqın və məcburi köçkünə çevrilib. Çadır şəhərciklərində, kompakt yaşayış məskənlərində öz evinin istisindən xəbəri olmayanuşaq hüquqları haqqında bütün qanunvericilik aktlarının təcrübədə həyata keçirilməsi və reallaşdırılması üçün zəruri olan şərtlərdən məhrum olmuş uşaqların bütöv bir nəsli yetişib. Respublikanın işğal olunmuş rayonlarında yüz mindən artıq uşağın təhsil aldığı 616 məktəb dağıdılıb. Ümumilikdə 12 mindən artıq uşağı əhatə edən 242 məktəbəqədər müəssisə, 4 texnikum, 11 peşə-texniki məktəbi, 1 ali məktəb öz işini dayandırıb. Münaqişə dövründə 4566 nəfər (o cümlədən 53 uşaq) azərbaycanlı itkin düşüb, onlardan 1389 nəfəri (o cümlədən 169 uşaq) əsirlikdən azad edilib, 783 nəfəri (o cümlədən 18 uşaq) isə bu günədək Ermənistanda əsirlikdədir. Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində isə son 14 il ərzində Respublikası Prezidenti tərəfindən 45 Fərman və Sərəncam imzalanıb, Milli Məclis tərəfindən 23 Qanun və Nazirlər Kabineti tərəfindən 200 Qərar və Sərəncam qəbul edilib. 1998-ci ildə qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyətini yaxşılaşdırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı təsdiq edilib. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əmrlərində (01.01.93 tarixli 128 saylı, 25.06.93 tarixli 328 saylı, 21.07.93 tarixli 403 saylı) münaqişə ilə əlaqədar öz torpaqlarını tərk etmiş qaçqın və məcburi köçkün uşaqların vəziyyətinin hərtərəfli yaxşılaşdırılmasına yönəlmiş bir sıra tədbirlər nəzərdə tutulub: müvəqqəti məktəblərin və məktəbəqədər müəssisələrin açılması, məcburi olaraq kompensasiya və təqaüdlərin verilməsi, eyni vaxtda maddi yardımın göstərilib.

Kövrək qruplara aid olan digər bir qrup isə əlil olan uşaqlardır. Əmək Əhalinin Sosial Müdafiəsi Naziri S. Müslümov Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən söz açaraq bildirib ki, belə uşaqların dövlət hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, təhsil almaq, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları var. Təkcə son beş ildə respublika daxilində xarici ölkələrdə olan reabilitasiya mərkəzlərində 13 074 nəfər sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidməti ilə təmin olunub. Nazir ölkəmizdə uşaqların, həmçinin sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində aparılan işlərdə UNICEF- əməkdaşlıq təcrübəsini yüksək dəyərləndirib bu əməkdaşlığın genişləndirilməsinin qarşıda duran vəzifələrdən olduğunu qeyd edib.

UNICEF-in Azərbaycanla əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edən qurum yetgilisi M.P.Puarye isə Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu siyasət, o cümlədən uşaqların sosial müdafiəsi istiqamətində görülən işlər barədə məlumatlı olduğunu bildirib. O, həmçinin ölkəmnizdə əmək sosial müdafiə sahəsində aparılan islahatları, yeni sosial layihələri yüksək qiymətləndirib.

Azərbaycanda əlil uşaqların təhsil problemlərinin həlli üçün Heydər Əliyev Fondu ilə birgə layihələr həyata keçiririk”, – bunu isə jurnalistlərə YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib. Onun sözlərinə görə, Azərbaycanda qeydə alınan 56 min əlil uşaqdan yalnız 14 mini təhsil alır. «YUNİSEF əlil uşaqların hamısının təhsil almasını təmin etmək üçün imkanlarından istifadə edir”, – Herevard deyib.

O bildirib ki, əlil uşaqların təhsil probleminin həlli üçün YUNİSEF Təhsil Nazirliyi ilə birgə fəaliyyət göstərir. “Biz çalışırıq ki, Azərbaycanda müəllimləri əlilliyi olan uşaqlarla işləməyə hazırlayaq”, – Herevard əlavə edib.

Qeyd edək ki, iyunun 9-da Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı imzalanıb. Bu plan isə tərəflərin uşaqların hüquqlarının qorunmasında faydalı əməkdaşlığının genişlənməsinə xidmət edəcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə əmək əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahəyə diqqət qayğısının uşaqlarla bağlı dövlət siyasətinin, o cümlədən ölkədə uşaqların sosial müdafiə hüquqlarının təminatı sisteminin güclənməsinə səbəb olduğunu vurğulayıb: “Bu istiqamətdə aparılan işlərdə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə bizim əməkdaşlığımız getdikcə genişlənir. “Sosial xidmət haqqındaqanunun hazırlanmasında, BMT-ninƏlilliyi olan şəxslərin hüquqları haqqındaKonvensiyasının ratifikasiyasında, eləcə sağlamlıq imkanları məhdud uşaqlar sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional texniki baxımdan dəstəklənməsində bu əməkdaşlığın mühüm rolu vardır”.

S.Müslümov bildirib ki, imzalanan Fəaliyyət PlanındaUşaq qayğı sistemində islahatlarüzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının artırılması əksini tapıb: “Plan üzrə fəaliyyət istiqamətlərindən biri nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması olacaq. Bu, reabilitasiya sferasında tibbi modellə yanaşı, sosial modelin tətbiqinin genişlənməsinə yardım edəcək”.

Nazir sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi müvafiq texniki tapşırıqların hazırlanması, çətin həyat şəraitində olan uşaqların onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi, sosial sifarişlər əsasında icra olunan layihələrin icra mexanizminin təkmillləşdirilməsi digər vacib sahələrdə Fəaliyyət Planı üzrə birgə işlərin aparılacağını qeyd edib.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard ötən müddətdə Azərbaycanla əməkdaşlığını uşaq hüquqlarının müdafiəsində birgə səmərəli səylər göstərilməsinin yaxşı bir nümunəsi kimi dəyərləndirib. M.Herevard imzalanan Planın zəruri sahələrini kifayət qədər dəqiq dolğun şəkildə əhatə etdiyini deyib, aparılacaq işlərin Azərbaycanda uşaqlara qayğı sisteminin daha da təkmilləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Fəaliyyət Planında 2014-2015-ci illərdə görüləcək işlər sırasında respublikanın regionları üzrə sosial xidmətlərə ehtiyacları əks etdirənSosial xəritələşməlayihəsi əsasında 2015-ci sonrakı illər üçün prioritet istiqamətlərin müəyyən olunması da yer alıb.

 

Üç nöqtə.-2014.- 11 iyun.- S.9.