Çətin həyat şəraitində olan şəxslərin hüquqları qorunur

 

Bu, vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayır

 

Çətin həyat şəraitində olan şəxslərə (ailələrə ) dövlət qayğısı və onların hüquqlarının qorunması həmişə diqqət mərkəzində olub. Bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsait də ayrılır. Həmin vəsaiti hesabına göstərilən sosial xidmət genişləndirilib. Bu məqsədlə “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə ) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi” təsdiq edilib. Qərarda xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan vətəndaşlar, sağlamlıq imkanları məhdud uşaqlar, habelə baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün evdə (səyyar) sosial xidmət, yarımstasionar (günərzi) sosial xidmət, stasionar sosial xidmət, sosial məsləhət yardımı və həmin xidmətlərin həcmi müəyyənləşdirilib. Bu xidmətlər, həmçinin valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar, insan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər, müəyyən yaşayış yeri olmayan şəxslər, ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan insanlar, sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan vətəndaşlar üçün nəzərdə tutulub.

Sənədə əsasən, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələrə), xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə yemək (o cümlədən diyetik yeməklər) hazırlanmasına köməklik ediləcək. Özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması, onlar üçün zəruri ərzaq, sənaye və məişət mallarının alınması, mənzillərinin yığışdırılması və təmizlənməsi, yataqgeyim əşyalarının yuyulması, ütülənməsi, mənzil pulunun və digər kommunal xərclərin ödənilməsi təşkil olunacaq. Onlar sosial-psixoloji, tibbi-sosial xidmətlərlə təmin edilməklə yanaşı, zəruri hallarda evə həkim çağırılacaq, dərman alınacaq, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstəriləcək. Qərara əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə dövlət büdcəsi hesabına ay ərzində hər dəfə 1 saat 20 dəqiqə olmaqla 8 dəfə yemək hazırlanmasına kömək etmək (o cümlədən, diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması, hər dəfə 30 dəqiqə olmaqla 4 dəfə zəruri ərzaq, sənaye və məişət mallarının alınması, 1 saat olmaqla 4 dəfə mənzillərin yığışdırılması və təmizlənməsi, hər dəfə 1 saat 30 dəqiqə olmaqla 4 dəfə yataqgeyim əşyalarının yuyulması, ütülənməsi, 1 dəfə mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi təmin olunacaq. Ay ərzində zəruri hallarda evə həkim çağırılacaq, dərman alınacaq, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstəriləcək. Onu da nəzərə çatdıraq ki, “Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası”na 2 nömrəli əlavə də var. Burada da xidmətlər, xidmətin müddəti (dəqiqə ilə), xidmət haqqının məbləği (manatla) göstərilib. Belə ki, şəxsin çimizdirilməsi, saçlarının daranmasına yardım edilməsinin (hamamda su qızdırıcı sistemi olarsa) 40 dəqiqəsi 3 manat, şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım edilməsinin (hamamda su qızdırıcı sistemi olmadıqda) 50 dəqiqəsi 5 manat, həyətyanı sahənin nizama salınmasının (hər 50 m2 üçün) 25 dəqiqəsi 3 manat, paltarın xırda təmirinin 10 dəqiqəsi 1 manat, yataqgeyim əşyalarının camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparılıb-gətirilməsinin 40 dəqiqəsi 2 manat müəyyənləşib. Yeni xidmətlərin təklif olunması isə həm obyektlərin, həm də subyektlərin sayını artıracaq. Qanun layihəsi hazırlanarkən sosial xidmətə ehtiyacı olan insanların hüquqlarının daha yaxşı qorunduğu ölkələrin təcrübəsi hərtərəfli şəkildə araşdırılıb. Bu məsələdə ən maraqlı və keyfiyyətli təcrübə Avstraliyada mövcuddur. Məhz biz qanun layihəsini hazırlayarkən Avstraliya təcrübəsini əsas götürülüb. Azərbaycanda qanunun qəbul olunmasından sonra sosial xidmətlərə ehtiyacı olan insanların hüquqları daha yaxşı müdafiə olunacaq. Ümumilikdə bu qanunun qəbulu ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayacaq”.

Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyükkiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi, onlara sosial-pedaqojisosial-psixoloji xidmətlərin göstərilməsi təşkil ediləcək. Həmin uşaqların və ailələrinin sosial inkluziyasına köməklik ediləcək, uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlər veriləcək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadə öyrədiləcək. Baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlara sosial-psixolojisosial-hüquqi xidmətlər göstəriləcək. Göründüyü kimi bu kateqoriyadan olan uşaqlara qayğı dövlətin prioritetlərindən biridir.

Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlara sosial-psixolojisosial-pedaqoji xidmətlər göstərilməklə yanaşı, onlara sosial xidmət müddətində diyetik yeməklər də daxil olmaqla, isti yeməklər veriləcək. Valideyn himayəsindən məhrum olan, 18 yaşını tamamlayan uşaqların mənzil və ya yaşayış yeri ilə təmin edilməsi məsələsi də bu gün gündəmdədir. Onun həlli istiqamətində müəyyən işlər görülür. Qeyd edək ki, onların yaşayış sahəsi təmizlənəcək, onlar yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.) təmin ediləcəklər. İnsan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər üçün sosial-psixoloji xidmətlərin göstərilməsi, o cümlədən onların peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək, məsləhət yardımı və s. nəzərdə tutulub. Onlar üçün sosial-hüquqi xidmətlər (maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi, sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsi) də təşkil olunacaq.

Müəyyən yaşayış yeri olmayan şəxslər də sosial xidmət müddəti ərzində diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə, müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin ediləcəklər. Yataqgeyim əşyalarının yuyulması, ütülənməsi təşkil olunmaqla, onlar tibbi müayinədən də keçiriləcəklər. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üçün isə psixoloji zədələrin aradan qaldırılması məqsədi ilə psixososial dəstək veriləcək, xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələr aparılacaq. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üçün də fərdi planına əsasən sosial-psixolojitibbi-sosial xidmətlər təşkil ediləcək.

Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə onlara sosial məsləhət yardımı xidməti göstəriləcək.

 

Üç nöqtə.-2014.- 13 iyun.- S.9.