Hüquqi dövlət konsepsiyası qanunun aliliyinə əsaslanır

 

Dövlət hüquq cəmiyyətin iqtisadi bazisi üzərində üstqurumun müxtəlif hissələridir

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti üçün demokratikləşmə əsas prinsipdir.

Demokratiya hər şeydən əvvəl dövlət forması, xalqın hakimiyyət mənbəyidir. Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında xalq iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaqs. niyyətlər bəyan edilir. Demokratiya azlığın çoxluğa tabe olması prinsiplərinin rəsmi etirafına, vətəndaşların hüquq bərabərliyi, geniş siyasihüquqi azadlıqların olması, ali dövlət orqanlarının seçkili olmasını, hakimiyyətlərin bölgüsü, qanunların aliliyi və digər prinsipləri ilə başqa dövlət formalarından fərqlənir. Azadlıq və demokratiya düşünülmüş tətbiq ediləndə bir-biri ilə ziddiyyət təşkil etmir, hər bir təzahür ayrıca mövcudluğuna maneçilik yaratmır, əksinə bir-birini tamamlayır, cəmiyyətə nizamlı, ahəngli inkişaf verir.

Ölkə demokratikləşməsinin və onun ardınca gələn liberallaşmanın ilkin şərtləri iqtisadi modernləşmə, mərhələli demokratikləşmə vətəndaş cəmiyyətinin formalaşması prosesinin başlanğıcı sxeminin reallaşmasını təmin edən mühüm iqtisadi dəyişikliklər nəticəsində yaranır. Ölkə demokratik transformasiyanın və vətəndaş cəmiyyətinin qurulmasının əsası hərtərəfli azadlıq-güclü hakimiyyət formulasının başa düşülməsinə əsaslanır.

Hüquqi dövlətin formalaşması prosesi həyati tələbatdır. Bu anlayış yalnız dövlət çərçivəsində yox, eyni zamanda bütün cəmiyyətə aiddir. Sovetlər dövründə hüquqi dövlət ideyası tam mənası ilə yaxına buraxılmamış, yalnız neqativ aspektdə onun haqqında danışılmışdır. İkinci Dünya müharibəsi Qərbi Avropa ölkələrində mövcud totalitar rejimə zərbə vurmuşhüquqi dövlətin yaranmasına səbəb olmuşdur. Yer kürəsini bürüyən siyasiiqtisadi liberallaşma dalğası keçən əsrin 90-cı illərində avtoritaryaxud totalitar keçmişdən qopmuş cəmiyyətdə demokratik, hüquqi dövlət forması seçilməsi ilə şərtləndirilmişdir.

Azərbaycanın suverenliyi dövlətin hüquqi əsaslarının möhkəmlənməsi, mövcud dövlət-hüquq institutların keyfiyyət dəyişikliyinə, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaradılması, cəmiyyət həyatının bütün sahələrində hüquq normalarının realizəsi problemlərini ön plana keçirdi. Heydər Əliyev göstərirdi ki, «vətəndaş cəmiyyəti yaradılması və möhkəmləndirilməsi, demokratikləşməsi prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın inkişafının başlıca şərtidir». Hüquqi dövlətin formalaşması ictimai həyatda və elmi tədqiqatlarda köhnəlmiş demokratik stereotipləri aradan qaldırdı. Hüquqi dövlətin, dövlətçiliyin əsasını təşkil edən dövlət hüquq institutlarının formalaşması və funksiya göstərməsi yalnız demokratik şəraitdə mümkün olması qənaətinə gəlinirdi.

Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğubazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsini uğurla sınaqdan keçirir, ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Bir qayda olaraq dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz. Vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan dövlət demokratik ola bilməz. Demokratik cəmiyyətin yeganə ümumi siyasi hakimiyyəti hüquqi dövlətdir. O ümumi bəşəri sərvət sayılmalıdır. Hüquqi dövlətin qanunvericilik dövləti olması aksioma kimi qəbul edilir. Konstitusiyanın qəbulu hüquqi dövlətin formalaşması prosesinin mühüm tərkib hissəsidir. Azərbaycanın yeni Konstitusiyasının preambulasında qanunların aliliyini təmin edən hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması xalqın niyyətlərindən biri kimi təsbit olunmuşdur. Azərbaycan Konstitusiyası cəmiyyətin yeniləşməsi və inkişafının prinsip və parametrlərini göstərir, siyasi, iqtisadi sistemdə kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçidi əks etdirir. Konstitusiya öz mahiyyətinə görə bütün dövlət mexanizmin funksiya göstərməsi hakimiyyətin və onun prinsipləri çərçivəsində və əsasında fəaliyyət göstərir, vətəndaşların hüquq və azadlıq¬larının təminatının və müdafiəsinin hüquqi əsasıdır. Odur ki, ədəbiyyatda hüquqi dövləti konstitusiya dövləti hesab edilir. Burada söhbət sadəcə konstitusiyanın olmasından yox, hüquq sisteminin aliliyindən və ya onun ictimai avtoritetindən gedir. Yeni konstitusiyada əsas diqqət mərkəzində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüququn qəbul etdiyi bəşəri dəyərlər, xüsusən vətəndaşla cəmiyyət və dövlət arasında münasibətlər tutur.

Hüquqi dövlətin nəzəri konsepsiyası və müvafiq praktikası uzun tarixə malikdir. Hüquqi dövlət termini (Rechtsetaot) alman ədəbiyyatında XIX əsrin əvvəllərində K.T.Velkerin, R.fon Molyanın və s. əsərlərində göstərilmiş, sonralar geniş yayılmışdır. Hüquqi dövlət nəzəriyyəsinin fəlsəfi əsaslarını klassik alman fəlsəfəsinin banisi İ.Kant vermişdir. Onun konsepsiyasında mərkəzi yeri insan və şəxsiyyət tutur. Kanta görə dövlət hüquqi qanunlara tabe olan insan çoxluğudur. Dövlət yaşayır və öz fəaliyyətində həyata keçirəndə ilk növbədə ümumi məqsədlərə və dəyərlərə şüurda birləşmiş insanların fəaliyyətidir. Dövlət yaranır və mövcud olur ki, onun fəaliyyəti cəmiyyətin əsas maraqlarına cavab veririnsanlar öz tələblərini təmin etməyə imkan verir. Dövlətin rifahı mükəmməl hüquqdadır. Harda ki, dövlət konstitusiya hüququ əsasında hərəkət edirsə, xalqın ümumi iradəsini istifadə edirsə, o hüquqidir, orada vətəndaşların şəxsi azadlıqları, vətəndaş hüquqları məhdudlaşdırıla bilməz. Dövlətin təyinatı təkmilləşdirilmiş hüquqdadır, onun quruluşurejimi hüquqa maksimum uyğunluğudur. Məhz bu müddəalara görə Kant hüquqi dövlət nəzəriyyəsinin banisi sayılır.

Dahi alman filosofu Hegelin fikrincə dövlət də hüquqdur, ancaq daha inkişaf etmiş, daha məzmunlu, şəxsiyyətin, ailənin və cəmiyyətin hüquqlarını etiraf edən hüquq sistemidir. Hegelin konsepsiyasında hüquqi dövlət özbaşınalığa, güc işlətməyə və bütün qeyri-hüququ formalara qarşı yönəldilir. Onun fikrincə hüquqi dövlətin mahiyyəti olan hakimiyyət bölgüsü ümumi azadlığın təminatı sayıla bilər.

Milli elmdə A.F.Abbasovun, Z.M.Kasumovun, İ.A.İsmayılovun monoqrafiyalarında hüquqi dövlət və vətəndaş cəmiyyəti, hakimiyyət bölgüsü konsepsiyasının mahiyyəti, postsovet məkanına transformasiya problemləri tədqiq edilir.

Beləliklə, hüquqi dövlət ictimai həyatın qanun, hüquq prinsipləri və vasitələri əsasında qurulmasıdır. Ənənəvi olaraq hüquq müəyyən olunmuş prosedura ilə qəbul olunan qanundan əvvəl gəlir və o qanunla təsbit olunduqda hüquqi güc alır, dövlət strukturu vasitəsilə realizə olunur. Hüquq yüksək effektli və məqsədəuyğun tənzimləyici olmaqla cəmiyyətdə köklü siyasi, iqtisadi, sosial məsələlərin həllinə kömək edir. Dövlət və hüquq cəmiyyətin iqtisadi bazisi üzərində üstqurumun müxtəlif hissələridir. Hüquq insanların ümumi iradəsi ilə öz ictimai həyat fəaliyyətinin qaydaya salınmasında tələb və maraqlarını, şəxsiyyətin hüquq və azadlıqlarını, humanizmi, sosial ədaləti ifadə edir. Hüquqi dövlət konsepsiyası qanunun aliliyi, onun hüququn yüksək prinsiplərinə cavab verməsi, idarəedən və idarəolunan üçün məcburi olması, bütün insanlar öz davranışında ona əməl etməsi və hüququn hakimliyis. fundamental amillərə əsaslanır.

 

Üç nöqtə.-2014.- 1 mart.- S.9.